Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-245/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 8(005)- 136/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İmran Cəfərquliyev məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin, 2(004)-53/2017 nömrəli, 14.02.2017-ci il tarixli icra sənədinə əsasən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan “Vaz 21033” minik markalı, **-DR- *** dövlət qeydiyyat nişanlı və “Peugeot 405GL” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 8(005)- 136/2021 saylı qərardadı ilə icra məmuru İmran Cəfərquliyevin təqdimatı ilə Borclu məxus “Vaz 21033” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı və “Peugeot 405GL” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmuşdur. Borclu tərəfindən şikayətlə məhkəməyə müraciət edərək məhkəmənin 16 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardaddan Borclu şikayət verərək avtomobillər onun adına olsa da onların hər ikisi etibranamə ilə müxtəlif şəxslərə satılıb və onlar həmin vaxtda onun sahibliyindən çıxmışdır. Hətta həmin avtomobillərdən biri borclunun mərhum atasının adına olub və onun sağlığında özü tərəfindən etibarnamə ilə satılıb. Həmin avtomobil sonradan vərəsəlik qaydasında borcluya keçib. Odur ki, üzərinə həbs qoyulan hər iki avtomobil üzərində borclunun mülkiyyət hüququ formal xarakter daşıyır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.04. 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-53/2017 nömrəli, 14.02.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus "Vaz 21033” minik markalı, **-DR- *** dövlət qeydiyyat nişanlı və “Peugeot 405GL” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə həbs qoyulmaqla bağlı birinci instansiya məhkəməsinin qərardadı əsaslı olmuşdur. Borclu şikayətində mübahisəli nəqliyyat vasitəsinin başqa şəxsin mülkiyyətinə verildiyini bildirsə də bunu təsdiq edən sübutlar əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) aymüddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 8(005)- 136/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-245/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-245/2021
27.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver