Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-246/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Borclu etibarnamə üzrə nümayəndəsi X8 ərizə ilə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 17.08.2017-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5599/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu və X3 müştərək qaydada cəmi 2401,98 manat məbləğində borc və ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu Bank “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1135/2017 saylı, 17.08.2017-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5599/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 500” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bildirir ki, hal-hazırda “Mercedes Benz 500” minik markalı, 10- XV-103 dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” QSC-də girovdadır və həmin avtomobili Borclu ilkin ödəniş verərək almışdır və banka olan borcun qalıq vəsaitinin ödənilməsini öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq icra məmuru məhkəməyə təqdimat verərək avtomobilin üzərində öhdəliyin olmasına baxmayaraq həbs qoyulmasını xahiş etmiş və məhkəmə bunu təmin etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5599/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli məhkəmə əmri həmin məhkəmənin 2(005)-3772/2016 saylı, 12.05.2016-cı il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6648/2016 saylı, 27.09.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3772/2016 saylı, 12.05.2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. Belə olan halda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1135/2017 saylı, 17.08.2017-ci il tarixli qərardadı ilə “Mercedes Benz 500” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs qüvvədən düşmüş hesab olunmalıdır. Qeyd edir ki, Borclu hal-hazırda “xxxx” MMC-də işləyir və normal əmək haqqı alır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6648/2016 saylı, 27.09.2016-cı il tarixli qətnaməsi üzrə tələb Borclu əmək haqqısına yönəldilmişdir. Göstərilənləri nəzərə alaraq, Borclu mülkiyyətində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 17.08.2017-ci il tarixli qərardadı ilə “Mercedes Benz 500” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmış və buna görə də həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan X2 şikayət verərək, qəraradadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 17.08.2017-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes Benz 500» minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəsinə 29.12.2020-ci il tarixdə baxılmış və ərizəsi təmin edilməmişdir. Hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə işə baxan zamanı işin həqiqi hallarını araşdırmadan, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə öz qərardadı ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Hesab edir ki, aşağıda göstərilən səbəblərə görə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1135/2020-ci il tarixli, 29 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, ərizəsi təmin olunaraq, Borclu mülkiyyətində olan «Mercedes Benz 500» minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməlidir. Belə ki, iş üzrə Borclu hal-hazırda «xxxx» MMC-də işləyir və normal əmək haqqı alır. Bununla da, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6648/2016 saylı, 27.09.2016-cı il tarixli qətnaməsi üzrə icra vərəqəsinə əsasən icra məmuru tərəfindən tələb Borclu əmək haqqına yönəldilmişdir. Bu da bir daha onu sübut edir ki, Borclu borcu hərəkətsiz deyil, Bank «xxxx» ASC-yə borcun ödənilməsi hərəkətlidir. Məhkəmənin diqqətinə çatdırır ki, «Mercedes Benz 500» minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətində olsa belə, lakin uzun illərdir ki, onun sahibliyindədir. Bundan başqa, qeyd etmək istəyir ki, avtomobilin başqa banka 15.000 manat borcu var və belə halda sözügedən avtomobilin üzərinə həbsin qalması düzgün olmazdır. Göründüyü kimi, Borclu Bank «xxxx» ASC-yə olan 2401,98 manat məbləğdə borcu çoxluq təşkil etmir. Borclu əmək haqqından borcun tutulması, o deməkdir ki, yaxın gələcəkdə borcunun bitməsinə gətirib çıxaracaq. Beləliklə, inanır ki, işə baxan məhkəmə bütün faktiki halları araşdıraraq onun xeyrinə müsbət nəticəyə gələcəkdir. Qeyd etdikləri nəzərə alınaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)1135/220 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadını ləğv edərək, ərizəsi təmin edilməklə, Borclu mülkiyyətində olan «Mercedes Benz 500» minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında X2 izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Digər tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, X1 ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5599/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli əmrindən görünür ki, borclular Borclu və X3 müştərək qaydada Bank “xxxx” ASC-nin xeyrinə 2003 manat məbləğində əsas, 398,98 manat məbləğində faiz olmaqla, cəmi 2401.98 manat məbləğində borcun və həmçinin ödənilmiş 20.40 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1135/2017 nömrəli, 17 avqust 2017-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5599/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 500” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(103)-6648/2016 saylı qətnaməsindən görünür ki, X6 tərəfindən verilən apelyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli qətnaməsinin X5 münasibətdə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kreditor Bank «xxxx» ASC məhkəməyə ərizə ilə müraciət edərək borclular Borclu və X3 Bank «xxxx» ASC-nin xeyrinə 22.06.2015-ci il tarixinə ödənilməmiş 2003 manat məbləğində əsas, 398.98 manat məbləğində faiz olmaqla, cəmi 2401.98 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20,40 manat məbləğində vəsaitin müştərək qaydada tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.09.2015-ci il tarixli əmri ilə borclular Borclu və X3 müştərək qaydada Bank «xxxx» ASC-nin xeyrinə 2003 manat məbləğində əsas, 398.98 manat məbləğində faiz olmaqla, cəmi 2401.98 manat məbləğində borcun və həmçinin ödənilmiş 20.40 manat məbləğində dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Borclu X6 etirazla məhkəməyə müraciət edərək əmrdə göstərilənlərlə razı olmadığını bildirmiş və məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçib işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə 20 aprel 2016-cı il tarixli Qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.09.2015-ci il tarixli 2(005)-5599/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsini və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmasını qərara almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli Qətnaməsi ilə iddia təmin edilərək 30 may 2013-cü il tarixli C-050/13 nömrəli kredit xətti müqaviləsi üzrə 2003,00 manat məbləğində əsas borc, 398,98 manat məbləğində faiz borcu olmaqla, cəmi 2401,98 manat məbləğində borc, həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlər Borclu və X3 müştərək qaydada tutularaq iddiaçı Bank «xxxx» ASC-yə verilməsi, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Borclu və X3 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli Qətnaməsi ilə X6 tərəfindən verilən apelyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli qətnaməsinin X5 münasibətdə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 31 oktyabr 2017-ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikası qanunun 1.4.1. aşağıdakı məzmunda 69.1-1-ci maddə əlavə edilmişdir: “69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.”; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İş materiallarında olan ərizədən görünür ki, X2 ilkin olaraq 29.09.2020-ci il tarixdə və sonra 18.12.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesb edir ki, X2 ərizə verərkən prosessual hüququ olmamışdır. Belə ki, X2 Borclu yaxın qohumu və ya vəkil olmasını təsdiq edən hər hansı sənəd ərizəsinə əlavə etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. X2 isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə Borclu nümayəndəlik səlahiyyətlərinin X2 tərəfindən həyata keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilməli, X1 ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 v ə 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, 29 dekabr 2020-ci il tarixli qərardadı ləğv edilsin. X1 ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-246/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-246/2021
26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver