Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-246/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-290/2023 nömrəli 22 may 2023cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Vəkil1 şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra tədbirlərinin dayandırılmasına dair qərarın qəbul olunması vəzifəsinin icra məmuruna həvalə edilməsi, mütəxəssis qarşısında qaldırılan sualların mütləq cavablandırılması vəzifəsinin icra məmuruna həvalə edilməsi və icranın xx.xx.2023-cü il tarixinə saat 10:30-a təyin olunmasının qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X6 iddiaçı Tələbkar mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt etdiyi 91,65 kv.m. ölçüdə hissəsindən çıxarılmalıdır. Bununla yanaşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin cavabdeh X6 tərəfindən zəbt edilmiş 91,65 kv.m. ölçüdə hissəsi üzərində olan tikili cavabdeh X4 hesabına sökülərək iddiaçı Tələbkar təhvil verilməlidir. İcra sənədində göstərilən tikili hal-hazırda mülkiyyət hüququ üzrə borcluya məxsusdur və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin tikilinin altındakı torpaq sahəsi iddiaçı Tələbkar mülkiyyətində olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi onun iddiasını təmin etmişdir. Lakin qeyd olunan torpaq sahəsinin Tələbkar tərəfindən özəlləşdirilməsi üçün əsas olmuş Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının və həmin qərarın hüquqi nəticələri olaraq digər sənədlərin ləğv edilməsi üçün X7 tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Həmin iddia ilkin olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən mümkün sayılmasa da, sonradan buna dair qəbul olunan Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmuşdur və hal-hazırda iş həmin məhkəmənin icraatındadır. Yəni icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu X7 tərəfindən iddia qaydasında mübahisə qaldırılmışdır və həmin mübahisəyə hal-hazırda Bakı İnzibati Məhkəməsində baxılır. Bu səbəbdən icra sənədi üzrə icra məmuru icraata başlamaq haqqında qərar qəbul etdikdən sonra xx.xx.2022-ci il tarixdə borclu Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, iddiaçının tələbinə dair tərəfindən iddia qaydasında mübahisənin qaldırılmasını bildirmiş və “İcra Haqqında” Qanunun 17.1.4 maddəsinə əsasən icra tədbirlərinin dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Lakin naməlum səbəbdən borclunun bu ərizəsinə cavab verilməmiş və icra tədbirləri dayandırılmamışdır. xx.xx.2022-ci il tarixdə icra məmuru tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş və orada müəyyən olunmuşdur ki, sahədə olan tikililərin hansı hissəsinin sökülməli olduğuna dair fikir ayrılığı vardır. Məlumdur ki, icra sənədinə əsasən tikilinin 91,65 kv.m. ölçüdə hissəsi üzərində olan tikili cavabdeh X4 hesabına sökülərək iddiaçıya təhvil verilməlidir. Lakin tikilinin hansı hissəsinin sökülməli və hansı hissəsi X11in istifadəsində saxlanmasına dair icra vərəqəsində məlumat olmadığına görə əraziyə baxış zamanı mütəxəssisin dəvət olunması qərara alınmışdır. Bu səbəbdən icra məmuru tərəfindən müvafiq qərar qəbul olunmuş, həmin qərarda mütəxəssis qarşısında qaldırılan dörd sual qoyulmuş və xx.xx.2022-ci il tarixli məktubla həmin qərarın icra olunması DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli məktubla alınmış mütəxəssis rəyində qaldırılan sualların heç birinə konkret cavab verilməmişdir. Belə ki, Tələbkar məxsus sahədə olan hansı tikililərin sökülməsinə, borclunun mülkiyyətində olan qeyri-yaşayış binanın olduğu torpaq sahəsinin söküntüyə düşübdüşmədiyinə dair heç bir söz deyilməmişdir. Buna baxmayaraq icra məmuru kobud surətdə qanun pozuntusuna yol verməklə, ortaya çıxan suallara heç bir cavab almadan, verilmiş ərizəni cavabsız qoymaqla icranın dayandırılması qərarını qəbul etməmiş və icranın xx.xx.2023-cü il tarixinə saat 10:30-a təyin olunması barədə xx.xx.2023-cü il tarixli məktub göndərmiş, həmin məktubu borclu xx.xx.2023-cü il tarixdə almışdır. Bununla yanaşı icra məmuru məhkəmənin icra sənədində verdiyi birbaşa göstərişini də pozmaqdadır. Belə ki, icra sənədinə əsasən bütün söküntü işləri borclunun hesabına aparılmalıdır. Lakin icra məmuru borclunun bu məsələyə dair vəsaitinin olub-olmadığını müəyyən etmədən icranı təyin etməklə, söküntü işlərin kimi vəsaiti hesabına aparılması barədə heç bir məlumat verməməklə icra sənədinin tələbindən kənara çıxmış olur. Beləliklə icra məmuru faktiki olaraq bir neçə qanun pozuntusuna yol vermiş, icra sənədinə və onun verilməsinə əsas olan tələbə dair borclu şəxs tərəfindən iddianın qaldırılmasını nəzərə almamış, icra tədbirlərinin dayandırılması barədə qərar qəbul etməmiş və verilmiş ərizəni cavabsız saxlamış, özü tərəfindən mütəxəssisin dəvət olunması barədə qəbul etdiyi qərarın faktiki icrasız və qaldırılan sualların cavabsız qaldığını nəzərə almamışdır. Tikilinin hansı hissəsinin tələbkara məxsus torpaq sahəsində yerləşməsinə dair heç bir rəsmi məlumat olmadığı halda icranı xx.xx.2023-cü il tarixinə təyin etmiş, söküntü işlərin kim tərəfindən maliyyələşdirilməsinə dair hər hansı məlumatın verilməsindən imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-290/2023 nömrəli 22 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Borclunun qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və borclunun şikayəti qismən təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək cavabdeh X3 iddiaçı Tələbkar mülkiyyətində olmaqla, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt etdiyi 91,65 kv.m. ölçüdə hissəsindən çıxarılması, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin cavabdeh X7 tərəfindən zəbt edilmiş 91,65 m2 ölçüdə hissəsi üzərində olan tikilinin cavabdeh X3 hesabına sökülərək (həmin sahə boşaldılaraq) iddiaçı Tələbkar təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından müəyyən olunur ki, borclu X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini 10 gün müddətində könüllü icra etməsi üçün vaxt müəyyən edilmişdir. İcra sənədi üzrə X1 nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, borclu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın, inzibati icraat qaydasında verilmiş iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-791/2023 saylı qərardadına əsasən iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10700/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6767/2023 saylı qərardadına əsasən Tələbkar iddiaçı X3 cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı qərarın və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 186388-16 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 349/2021-ci saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin məcburi icrası könüllü qaydada icra edilmədiyi üçün xx.xx.2023-cü il tarixə saat 10:30-a təyin edilməsi icra sənədi üzrə tərəflərə bildirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, icra sənədi üzrə borclu qanuni qüvvəsini alan məhkəmə aktı əsasında verilən icra sənədini icra məmuru tərəfindən müəyyən olunan könüllü icra müddəti ərzində icra etməmiş, təyin olunan icra hərəkətlərinin həyata keçirilməsi üçün şərait yaratmamış, müvafiq sənədlərini icra məmuru tərəfindən cəlb edilən mütəxəssisə təqdim etməmiş, daha sonra icra sənədinin icrasının dayandırılmasına nail olmaq üçün icra sənədinin verilməsinə əsas olan tələbə dair iddia qaldırılması görüntüsü yaradan tələblə məhkəməyə müraciət etmişdir. Hələ mümkünlüyü məhkəmə tərəfindən araşdırılan, yəni mübahisənin qanunla yol verilməsinin mümkün olması müəyyən edilmədən icra məmurundan qanuni qüvvəsini alan məhkəmə aktı əsasında verilən icra sənədi üzrə icraatın dayandırılmasının tələb edilməsi qanunsuz olduğundan, mütəxəssisin cavablandırması mümkün olmayan sualların cavablandırılması vəzifəsinin icra məmuruna həvalə edilməsi mümkün olmadığından, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün borclunun bu barədə ərizə ilə icra məmuruna müraciət etmək hüququ olduğundan, icra hərəkətlərinin hansı vaxta təyin edilməsi icra məmurunun səlahiyyəti olduğundan şikayət əsassızdır, ona görə də təmin edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Göründüyü kimi hazırki iş üzrə borclu X7 icra sənədinin verilməsinə əsas olan tələbə dair inzibati qaydada iddia qaldırmışdır. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi qanunun tələbinə əsasən borclu tərəfindən icra sənədinin verilməsinə əsas olan tələbə dair iddia qaydasında mübahisə qaldırdıqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, icra məmuru qanunun tələbinə əsasən icra sənədi üzrə icraatı dayandırmalı olduğu halda etmədiyi üçün icra məmurunun bununla bağlı hərəkəti qanunsuz olmuşdur. Borclunun şikayəti icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi hissəsində əsaslıdır. Digər hissələrdə isə Kollegiya hesab edir ki, borclunun şikayəti əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-290/2023 nömrəli 22 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. X1 şikayəti qismən təmin edilməklə, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin 2(001)-349/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatı dayandırmamaq barədə hərəkəti qanunsuz hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-246/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-246/2023
25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver