Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-246/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-158/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-158/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Plenumun qərarı çıxmadan Konstitusiya Məhkəməsinə müraciəti mümkün deyil. Elə ona görə də xx.xx.2024-cü il tarixlı 8(006)- 158/2024№-li mülki işin məhkəmə prosesinə (icraatın dayandırılmasına dair olan prosesə) şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə sübut təqdim oluna bilməzdi, hətta həmin sübutu bu mərhələdə tələb etmək qanunsuzdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisə ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəyə minməklə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərildiyindən və hazırda məhkəmə aktından şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə sübut məhkəməyə təqdim edilmədiyindən, Borclu ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-158/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-246/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-246/2024
08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver