Məhkəmə qərarları › İş №8(103)-246/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-246/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-246/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4158/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 220 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində indeksasiyası olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu şikayət vermiş, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, artan qiymətlərlə əlaqədar uşaqları tək başına saxlamağa çətinlik çəkir. Ona görə də alimentin indeksasiya olunmaqla artırılmasını tələb etmişdir. Onun aylıq gəliri 420 manatdır. Lakin hər ay üçün uşaqlara 670 manat aliment verir. Bir il ərzində aliment vermək üçün aldığı borc 3000 manatı keçmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-270/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 4158/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2024-cü ildən ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2024-cü ildə qüvvəyə mindiyindən, həmin qətnamə ilə hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən, həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 345 manat olduğundan xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar