Məhkəmə qərarları › İş №8(103)-247/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-247/2021

11.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-247/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili X11 və tələbkar X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-221/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-369/2020 nömrəli qətnaməsinə əsasən ilk iddia ərizəsi qismən təmin edilərək iddiaçı Tələbkar övladı 07.04.2018-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə və bazar günləri saat 16:00-dan 18:00-dək ünsiyyətdə olması qaydasının müəyyən edilməsi, iddiaçı X9 cavabdeh Tələbkar qarşı cavabdehin 07.04.2018-ci il təvəllüdlü X10 münasibətdə valideynlik hüququndan məhrum etmə və ya məhdudlaşdırılmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Daha sonra X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)- 369/2019 nömrəli qətnaməsinin icrasına 3 il müddətinə möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-369/2020 nömrəli qətnaməsinə əsasən ilk iddia ərizəsi qismən təmin edilərək iddiaçı Tələbkar övladı 07.04.2018-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə və bazar günləri saat 16:00dan 18:00-dək ünsiyyətdə olması qaydasının müəyyən edilməsi, iddiaçı X9 cavabdeh Tələbkar qarşı cavabdehin 07.04.2018-ci il təvəllüdlü X10 münasibətdə valideynlik hüququndan məhrum etmə və ya məhdudlaşdırılmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 27.02.2021-ci il tarixdə saat 17:00 radələrində Tələbkar uşaqla görüşməli olduğu vaxt uşağın yatdığını əsas gətirərək evdə olan şəxsləri təhqir etmişdir. Bu barədə polis xidmətinin 102 qaynar xəttinə xəbərdarlıq verilmişdir. Tərəflər arasında nikah qeydiyyata alındığı gündən borclu Bakı şəhəri, Şüvəlan bağ sahəsində yerləşən 42A saylı bağ evinə cehizlə bir yerdə gəlin köçmüşdür. Uşaq dünyaya gəldikdən sonra Tələbkar ilə münasibətləri kəskinləşmişdir. Mütəmadi olaraq fiziki və psixoloji təzyiqlərə məruz qalmışdır. 14 avqust 2018-ci il tarixdə sonra Dadaşov X4 Esmira Akif qızını və dörd aylıq qızı Leylanı evdən qovmuşdur və borclu uşaqla birlikdə anasının evinə qayıtmışdır. X1 Hənifə Bəxtiyar oğlu tərəfindən dəfələrlə şiddətə məruz qaldığına görə Bakı şəhəri Xətai rayon məhkəməsinə nikahın ləğvi və alimentin tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehlə 14.08.2017- ci il tarixdə qeydə alınmış nikah məhkəmə tərəfindən ləğv olunmuşdur. Nikahdan olan 07.07.2018 -ci il təvəllüdlü X7 anasının yanında qalması müəyyən olunmuş onun saxlanılması üçün cavabdehdən 160 manat sabit pul məbləğinin tutulması qət olunmuşdur. Tələbkar əsəb və nevroloji xəstəlikdən əziyyət çəkdiyindən müalicə almışdır, lakin heç bir dəyişiklik olmamışdır. Himayəçilik komissiyası ata Tələbkar uşaqla görüşünün ananın yanında keçirilməsini barədə rəy vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-221/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə X2nın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-369/2020 nömrəli qətnaməsinin icrasına 3 il müddətinə möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Sərdar Mehrəliyev). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 8(011)-221/2021 saylı qərardadından X2 şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-221/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili X11 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən tələbkar X8 borclunun şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində qeyd edilir ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya işin hallaraına qeyd edilən hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-369/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, ərizəçi icra sənədini icra edə bilməməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ərizəçinin ərizədə və şikayətdə qeyd etdiyi arqumentlər qətnamənin icrasına möhlət verilməsi üçün qanuni əsaslar hesab oluna bilməz. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, tərəflər arasında məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair razılıq olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-369/2020 saylı qətnaməsinin icrasına 3 il müddətinə möhlət verilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-369/2020 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri onun ləğvi üçün əsas deyildir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-221/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-221/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar