Məhkəmə qərarları › İş №8(103)-247/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-247/2024

15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-247/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov X10 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-158/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Babaşov Şəfayət Məmməd oğlundan Tələbkar xeyrinə 72400,00 manat vəsaitin tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Babaşov Şəfayət Məmməd oğlunun X12 qarşı "39500,00 manat vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 X12 qarşı "60000,00 manat vəsaitin tutulması” barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı Babaşov Şəfayət Məmməd oğlu və X14 tərəfindən hər biri tərəfindən ayrı-ayrılıqda çəkilmiş 300 manat qiymətləndirilmə xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun onlara aid edilməsi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X8 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun onlara aid edilməsi, X4 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 190/2023 saylı qətnaməsi ilə cavabdeh Babaşov Şəfayət Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsinin ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilməsi, Babaşov Şəfayət Məmməd oğlundan X9 xeyrinə 64452,6 manat vəsaitin tutulması, qətnamənin qarşılıqlı iddianın 17000 manat borcun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin edilməsi, Tələbkar Babaşov Şəfayət Məmməd oğlunun xeyrinə 17000 manat (pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 114 manatının cavabdeh Babaşov Şəfayət Məmməd oğlundan, 86 manatının isə iddiaçı Tələbkar tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-273/2024 saylı qərarı ilə iddiaçı Tələbkar və cavabdeh Babaşov Şəfayət Məmməd oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu Babaşov Şəfayət Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-190/2023 saylı qətnaməsində göstərilən borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Tələbkar borclu olduğu pulun hissə-hissə olaraq hər ay 700 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-158/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1, 231.2; "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndinə; Avropa İnsan hüquqları Məhkəməsinin Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997- ci il tarixli qərarına; Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Babaşov Şəfayət Məmməd oğlu məhkəmə qətnaməsinin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən məhkəmə qətnaməsi hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Borclu Babaşov Şəfayət Məmməd oğlunun hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Əksinə, Babaşov Şəfayət Məmməd oğlunun məhkəmə iclasında verdiyi izahatı ilə borclunun 1500 manat təqaüd alması, borcunu ən geci 4-5 aya, onun adında olmasa da satışa çıxardığı qeyriyaşayış sahəsinin satılacağı təqdirdə birdəfəlik ödəyə biləcəyi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, bu barədə qərar qəbul edilərkən tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: X1 şikayət vermiş və şikayətinin tam təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-158/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və borcunun hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına istinadən qeyd edilmişdir ki, o qətnaməninin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Belə ki, məhkəməyə təqdim etdiyi qəbzdən də aydın olduğu kimi borcun bir hissəsini də ödəmişdir. Lakin, qalıq məbləğin 42000 manatın birdəfəlik tərəfindən ödənilməsi mümkün deyildir. Ailəsinin maddi vəziyyəti ilə əlaqədar o bu günədək sözü gedən qətnaməni birdəfəlik qaydada icra edə bilməmişdir. Hazırda övladı da ali təhsil alır. Ailənin maddi və mənəvi tələbatının ödənilməsi yalnızca onun hesabına realizə edilir. Təhsillə bağlı xərclərdə olduqca yüksək məbləğ tələb etdiyindən ona dövlət tərəfindən təyin edilən əmək pensiyası ilə bütün bunları ödəməkdə çətinlik çəkir. Hazırda əmək fəaliyyəti ilə məşğul olmur. Ailəsinə gələn yeganə məbləğ onun əmək pensiyasıdır ki, bu məbləğlə həm ailəni dolandırmalı, həm də öhdəlikləri icra etməlidir. Bütün bunlar onun maddi imkanları xaricində olduğu üçün tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş bütün sübutlar onun bu qədər məbləği bir dəfəyə ödəmək iqtidarında olmadığına dəlalət etdiyi halda məhkəmə bu faktlara düzgün hüquqi qiymət verməmiş və onun hüquqlarının pozulmasına səbəb olan yekun akt qəbul etmişdir.Hörmətli məhkəmə, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair qərardad qəbul edilməli olduğu halda, belə bir qərardadın qəbul edilməməsi onun hüquqlarını kobud şəkildə pozmuşdur.Mövcud qanunvericilik borclunun əmlak vəziyyətini nəzərə almaqla borcun hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini şərtləndirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-158/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissəhissə icrası adlanan İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən: Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 60, 80, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385, 387, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki,qərardadda göstərilən əsaslar (işdə iştirak edən şəxslərin əmlak vəziyyəti), ələxüsus tələbkarın mövqeyin ilə bağlı heç bir mötəbər sübut müəyyən edilmədiyindən, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, tələbkarın və borclunun əmlak və ya maddi vəziyyətini müəyyən edən əhatəli sübutlar onların hüquq bərabərliyinə müvafiq tam araşdırılmalıdır. Formal əsasla ərz edilmiş meyyarlara istinadən, tələbkarın razılığı olmadan, ərizənin təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İzah edilməlidir ki, ərizəçinin tələbkarın razılığı və ya ona edilən rəsmi təklif, habelə təkzibedilməz sübutlar əlavə etməklə və hər iki tərəfin mənafelərinə uyğun olan qənaətbəxş meyyarları müəyyən edən ərizə ilə yenidən müraciət etmək hüquqları vardır. Nəzərə alınmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-158/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar