Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-248/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar X2 iştirakı ilə, Borclu MTK-nın Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 8(011)- 44/2021 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elçin Həsənov Borclu MTK-ya məxsus ünvan 1 ünvanda yerləşən 0,1717 ha torpaq sahəsində inşa edilmiş 34 otaqlı ümumi sahəsi 1396,30 kv.m olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apelyasiya Məhkəməsinin 15.04.2019-cu il tarixli 2(103)-4474/2019 nömrəli icra sənədinə əsasən Borclu MTK-dan 108643 manat pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(005)-3974/2018 nömrəli icra sənədinə əsasən Borclu MTK-dan 120000 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədləri müavifq olaraq 06.07.2020-ci il və 12.09.2019-cu il tarixlərdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra olunması üçün borcluya, məlumat üçün tələbkarlara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyəti təşkilatlara elektron sistem vasitəsilə sorğular göndərilmişdir. Belə ki, elektron icra informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən 0,1717 ha torpaq sahəsində inşa edilmiş 34 otaqlı ümumi sahəsi 1396,30 kv.m olan daşınmaz əmlak aşkar olunmuşdur. Ona görə də Borclu MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən 0,1717 ha torpaq sahəsində inşa edilmiş 34 otaqlı ümumi sahəsi 1396,30 kv.m olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 8(011)-44/2021 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu MTK-ya məxsus ünvan 2 ünvanda yerləşən 0,1717 ha torpaq sahəsində inşa edilmiş 34 otaqlı ümumi sahəsi 1396,30 kv.m olan daşınmaz əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu MTK tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 8(011)-44/2021 saylı qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 26 aprel 2021ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2845/2019 saylı, 02 aprel 2019-cu il tarixli qərardadı ilə Borclu MTK-nm adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, həmin qərardaddan Borclu MTK tərəfindən apelyasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2845/2019 saylı, 02 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2845/2019 saylı, 12 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu MTK və X1 müştərək qaydada pul tutularaq X4 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırda icra mərhələsindədir və qətnamənin icrasının təmini məqsədilə hazırki qərardadla üzərinə həbs qoyulması nəzərdə tutulan əmlakın üzərinə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2845/2019 saylı, 02 aprel 2019-cu il tarixli qərardadı ilə artıq həbs qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında tələbkar X5 şikayəti qəbul etmədi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 8(011)-44/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Borclu MTK və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası tələbkarı dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 8(011)-44/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Elektron icra sistemindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 0,1717 ha torpaq sahəsində inşa edilmiş 34 otaqlı ümumi sahəsi 1396,30 m2 olan daşınmaz əmlak Borclu MTK-nın adına qeydiyyatdan keçmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu X3 qanuni qüvvəsini almış məhkəmə aktını könüllü olaraq icra etməmişdir. Kollegiya borclunun dəlilinə münasibətdə qeyd edir ki, əmlak üzərində bir icra sənədinə görə həbs qoyulması, başqa icra sənədinə görə həbsin qoyulmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 8(011)- 44/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-248/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-248/2021
26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver