Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-248/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-325/2016 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9271/2019 saylı icra sənədlərinin aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarlarından tələbkar tərəfindən verilmiş şikayətə baxılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-400/2022 saylı 23 iyun 2022-ci il tarixli qərardadından Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfdən verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-400/2022 saylı 23 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-325/2016 saylı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9271/2019 saylı icra sənədlərinin aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi və həmin icra sənədləri icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Bakı şəhəri Yasamal rayon İcra şöbəsi şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfdən verilmiş şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl edilmədən verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.5 və 361.1.6-cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Təqdim edilmiş şikayətdə qərardadda düzgün hesab edilməyən konkret əsaslar göstərilməmiş, hər hansı konkret fakt və hallara istinad edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-400/2022 saylı 23 iyun 2022-ci il tarixli qərardadından Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfdən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-248/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-248/2022
02.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver