Məhkəmə qərarları › İş №8(103)-248/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-248/2025

27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-248/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair icra məmuru Türkay Yusiflinin ərizəsi təmin edilmişdir. Borclu MMC həmin qərardaddan verdiyi şikayət qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülülməklə verildiyindən Məhkəmənin eyni saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Borclu MMC-nin şikayət vermək üçün müddətin bərpasına dair ərizəsi Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadla təmin edilmiş, xx.xx.2025-ci il tarixli qərardad ləğv edilmiş, qətnaməyə izah verilməsinə dair Xətai İcra Şöbəsinin ərizəsinə baxılması baxışa təyin edilmişdir. Sonuncu qərardaddan Tələbkar verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin e- 2(011)-4171/2022 icra vərəqəsinə əsasən Tələbkar Bəhrəm oğlunun işdən azad olunmağı barədə Borclu MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin ləğv edilməsi, Tələbkar Borclu MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İcra tədbirləri tətbiq edilməklə icra sənədi icra edilmişdir. Belə ki, Tələbkar Borclu MMC-yə əvvəlki vəzifəsinə bərpa edilmiş, əmək haqqısı 488 manatdan hesablanmaqla tələbkarın bank hesabına ödənilməklə icra olunmuşdur. Tələbkar şöbəyə ərizə göndərərək əmək haqqısının tam ödənilmədiyini bildirmişdir. Daha sonra qətnaməyə izah verilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli izahla bağlı qərardadı borclunun kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, borclu tərəfindən qərardaddan şikayət xx.xx.2025-ci il tarixində verilmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti isə geri qaytarılmış, daha sonra isə borclunun ərizəsinə əsasən müddət bərpa olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməyə izah verilərkən tərəflərin iştirakı olmadan çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Ona görə də borclu tərəfindən prosessual müddətin bərpasına dair ərizəni təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, bərpa edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün qənaətə gəlmiş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar