Məhkəmə qərarları › İş №8(103)-249/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-249/2022

02.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-249/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-441/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Xətai rayon İcra şöbəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-620/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və AR İqtisadiyyat Nazirliyi DVX-nin yanında Milli Gəlirlər Departamentinin X8 Qeydiyyatı İdarəsinə aid hissəsində xitam verilməsi qərara alınmışdır. X1 Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-441/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkarın verdiyi şikayət Məhkəmənin eyni saylı, 27 iyul 2022ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, tələbkarın verdiyi şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, tələbkarın şikayəti X4 məxsus elektron kabinet vasitəsilə göndərilmişdir, lakin X.Babayevanın şikayəti imzalamaq və digər bu kimi hüquqlarının olmasına dair etibarnamə və order şikayətə əlavə edilməmişdir. Digər tərəfdən iş materiallarında olan “PDF formatlı” apellyasiya şikayəti isə ümumiyyətlə, imzalanmamışdır. Bununla da müəyyən olunur ki, tələbkarın qərardaddan verdiyi şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qərardaddan verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-441/2022 saylı, 18 may 2022-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar