Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-249/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1990/2022-012 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Borclu, X2, X4 və X3 ümumilikdə 23884.21 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 161.65 manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 1.0953, torpağın sahəsi 1.0953 əkin növü, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.12, torpağın sahəsi 0.12 həyətyanı, Bərdə rayonu, Kətəlparaq kəndi, əmlakın ümumi sahəsi 0.30, torpağın sahəsi 0.30 həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada tam təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-176/23 saylı, 17 may 2023-cü il tarixli qərardadı ilə (hakim Ü.Yusifova) təqdimat təmin edilmişdir. Borclu qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə məhkəmə nəzərə almamışdır ki, Tələbkar ASC-dən sahibkarlık fəaliyyəti ilə əlaqədar 2020-ci il tarixdə borc pul götürüb. COVİD-19 xəstəliyi ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirə bilməyib, banka olan borcunu vaxtında ödəyə bilməyib. Artıq 3 aydır ki, pulun götürülməsinə zamin durmuş X5 əmək haqqından hər ay 500 manat pul bankın xeyrinə tutulur. Məhkəmə isə pulun ödənilməsini nəzərə almayaraq qanunsuz və əsassız olaraq mülkiyyətində olan əmlakların üzərinə həbs qoyub. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir( maddə 45.7). Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, icra sənədinə əsasən borc Borclu, X2, X4 və X3 müştərək qaydada tutulmalıdır. Borclulardan birinin icra sənədini icra etməsi, digər borcluların icra sənədinin icrasından kənarda qalacağı anlamına gəlmir. İşdən görünür ki, Borclu icra sənədinin icrası istiqamətində hər hansı hərəkət etməmiş, borcu könüllü ödəməkdən yayınmışdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq, Borclu məxsus əmlakın üzərinə həbs qoymaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-249/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-249/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver