Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-25/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu tərəfindən Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmurunun “icraata başlamaq haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadı ilə Borclu Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Əhmədov Rövşən Arif oğlunun “icraata başlamaq haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Borclu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadının və Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Borclu qeyd olunan qərardaddan şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə ilə müracəət edərək, ötürülmüş müddəti üzürlü hesab edərək, bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadı ilə Borclu Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadından verdiyi şikayət qanunvericilikdə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyindən baxılmadan geri qaytarılmışdır. Borclu məhkəməyə yenidən şikayət ərizəsi ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadının və Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadı ilə Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadından verdiyi şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(006)- 4/2020 saylı qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması və icra məmurunun “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş,məhkəmənin xx xxxxxx 2002-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya, şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Borclu izahatını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və Borclu xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadından şikayət verilməsi üçün müddətin bərpasına dair ərizəyə baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından və borclunun izahatından görünür ki, Borclu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadının ləğv edilməsi, eyni zamanda Borclu qeyd olunan qərardaddan şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə ilə müraciət edərək, ötürülmüş müddəti üzürlü hesab edərək, bərpa edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etmədən, müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən, şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və Borclu xx xxxxxx 2020-ci il tarixli 8(006)-4/2020 saylı qərardadından şikayət verilməsi üçün müddətin bərpasına dair ərizəyə baxılması üçün iş materialları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-25/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-25/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver