Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-25/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin Bakı şəhəri 43 saylı Notariat Ofisinin 8İ-8910 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət barədə icraat üzrə (Açar sözlər: şikayət təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin Bakı şəhəri 43 saylı Notariat Ofisinin 8İ-8910 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri 43 saylı Notariat Ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ipoteka müqaviləsi üzrə ipoteka saxlayan Tələbkar ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" MMC, Borclu1, Borclu2, Borclu3 ipoteka predmeti olan: 1) Xızı rayonu, Baxışlı kəndində, ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi; 2) Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 321 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində, 226.2 kv.m sahəsi olan bağ evi və torpaq sahəsi; 3) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87.9 kv.m olan mənzil; 4) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 11.8 kv.m olan 3 (üç) otaqlı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi müəyyən edilmişdir.
2. İcra sənədi üzrə borclu "xxxx" MMC (vəkili-nümayəndəsi Nümayəndə) “icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə” şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8İ-8910 nömrəli icra qeydi əsasında qəbul etdiyi xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir.
3. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Tələbkar ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən illik 15% olmaqla 36 ay müddətində 350000 (üç yüz əlli min) manat məbləğində kredit vermişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq Borclu3 ilə bank arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 3, Borclu2 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 2, ünvan 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və üzərində 226 kv.m sahəsi olan bağ evi, Xızı rayonu, Baxışlı kəndində ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişlər. Borcalan tərəfindən kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş ödəniş qrafikinin şərtlərinə mütəmadi olaraq riayət edilmiş, daha sonra kredit borcunun ödənilməsində problemlər yaranmışdır. Tələbkar ASC Notariat Ofisinə müraciət edərək ipoteka predmetinə tutma yönəldilməsini xahiş etmiş, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X3 ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair xx.xx.2023-cü il tarixdə icra qeydi vermiş, öhdəliyin 232247,39 manat əsas borc, 16787,25 manat faiz borcu, 1444,19 manat dəbbə pulu olmaqla, cəmi 250478,83 manat təşkil etdiyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi ilə bağlı borclulara bildiriş göndərilmişdir. Həmin qərara əsasən borclular "xxxx" MMC-dən, Borclu1, Borclu2, Borclu3 232247,39 manat əsas borc, 16787,25 manat faiz borcu, 1444,19 manat dəbbə pulu olmaqla, cəmi 250478,83 manat məbləğində pul vəsaitinin Tələbkar ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Həmin qərar ləğv edilməlidir. Belə ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarda ipoteka qoyanlar Borclu2 və Borclu3 və müəssisənin direktoru Borclu1 borclu göstərilərək pul məbləğinin onlardan bankın xeyrinə tutulması müəyyən edilmişdir. Halbuki, Borclu2 və Borclu3 kredit müqaviləsi üzrə borcalan deyil, ipoteka qoyanlardır. Hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxılır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsi xahiş edilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" MMC (vəkili-nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş “icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” barədə şikayətin təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən, mülki işə baxılıb qurtaranadək icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2023-cü ildə daxil olmuş Borclu2 və Borclu3 ərizəsindən görünür ki, icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edildiyindən, icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ləğv edilməsi tələb edilən Nəsimi rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı Bakı şəhəri 43 saylı Notariat Ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydi üzrə verilmiş icra sənədinə müvafiq olaraq qəbul edilmişdir. Qərar qanunun tələblərinə uyğundur, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Borclu "xxxx" MMC Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-381/2023 saylı 23 noyabr 2023-cü il tarixli qəraradının ləğv edilməsini və şikayətin təmin edilərək, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş icra işinin materiallarından görünür ki, Borclu2 və Borclu3 ipoteka qoyanlardır və onlarla bank arasında hər hansı bir kredit müqaviləsi bağlanmamışdır. Qeyd edilən şəxslərin icraata başlamaq haqqında qərarda borclu kimi göstərilməsi qanunidir, lakin kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklərin, yəni 250478.53 manatın onlardan Tələbkar ASC-nin xeyrinə ödənilməsinin tələb edilməsi qanunvericiliyin tələbinə tamamilə ziddir. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın satdırılmasını tələb edərək əldə olunmuş vəsait hesabına pozulmuş mənafeyini təmin etsin. Hazırki iş üzrə ipoteka qoyanlar kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmamasına görə ipoteka predmetlərinin dəyəri həcmində məsuliyyət daşıyırlar. Onlardan öhdəliklərin tam icra edilməsinin tələb edilməsi əsassızdır. İcra məmuru tərəfindən qanunvericiliyin tələbi pozulmuş, icra qeydini geri qaytarmaq əvəzinə icraata başlamaq haqqında qərar qəbul etməklə, kredit müqaviləsi borcalan "xxxx" MMC ilə yanaşı ipoteka qoyanlardan 250478.83 manat pul vəsaitinin bankın xeyrinə ödənilməsini, icra xərclərinin və icra ödənişinin onlardan tutulmasını müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, tələbin könüllü icrası üçün qanunla nəzərdə tutulmuş 2 aylıq müddət müəyyən edilməmişdir. Halbuki, ipoteka və icra haqqında qanunlarda bu, imperativ norma olaraq göstərilmişdir. Məhkəmə icra məmurunun qərarının ləğv edilməsi ilə bağlı şikayətdə göstərilən əsaslara münasibət bildirməmiş, qərarın ləğv edilməsinə heç bir əsas olmadığını bildirərək, icra haqqında qanunun 8 və 85-ci maddələrinə istinad etmişdir. Məhkəmənin hansı səbəbdən bu nəticəyə gəlməsi anlaşılan deyil. İcra məmuru tərəfindən borcalanla yanaşı ipoteka qoyanlardan öhdəliyin tam icra edilməsinin, həmçinin icra ödənişinin tələb edilməsi ipoteka qoyanların haqlı narazılıqlarına səbəb olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4262/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Maddə 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Maddə 85.1. İcra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən görünür ki, Tələbkar ASC tərəfindən "xxxx" MMC-yə 36 ay müddətinə illik 15 % ödənilməsi şərtilə 350000 manat məbləğində kredit verilmişdir.
14. Bakı şəhəri 43 saylı Notariat Ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə ipoteka saxlayan Tələbkar ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" MMC, Borclu1, Borclu2, Borclu3 ipoteka predmeti olan: 1) Xızı rayonu, Baxışlı kəndində, ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi; 2) Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 321 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində, 226.2 kv.m sahəsi olan bağ evi və torpaq sahəsi; 3) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87.9 kv.m olan mənzil; 4) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 11.8 kv.m olan 3 (üç) otaqlı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi müəyyən edilmişdir (Öhdəliyi müəyyən edən 1**-MF-*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 232247,39 AZN əsas borc, 16787,25 AZN faiz borcu, 1444,19 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 250478,83 AZN təşkil edir).
15. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8İ-8910 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə icraata başlanılması, icra sənədi üzrə Tələbkar ASC-nin xeyrinə 10 gün könüllü müddət ərzində 250478,83 manat pul vəsaitinin ödənilməsi borclular "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Borclu1, Borclu2 və Borclu3 təklif olunması, könüllü müddət ərzində 250478,83 manat pul vəsaiti ödənilmədikdə tələbin ipoteka predmeti olan: 1) Xızı rayonu, Baxışlı kəndində, ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə; 2) Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 321 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində, ümumi sahəsi 226.2 kv.m olan bağ evi və torpaq sahəsinə; 3) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 87.9 kv.m olan mənzilə; 4) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 11.8 kv.m olan 3 (üç) otaqlı mənzilə yönəldilməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır.
16. Hazırda "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Ərizəçi şikayətini onunla əsaslandırır ki, icra məmurunun icraata başlamaq haqqında qərarına əsasən kredit müqaviləsi üzrə borc məbləğinin Borclu1, Borclu2 və Borclu3 tutulmalı olması müəyyən edilmiş, halbuki onlar borcalan deyil, ipotekaqoyanlardır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun “icra sənədi üzrə icraata başlamaq haqqında” qərarı Bakı şəhəri 43 saylı Notariat Ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydi əsasında verilmişdir.
18. İşin halları ilə həmçinin müəyyən edilir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-8910 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-4262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Tələbkar ASC, Borclu3 və Borclu2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə qanuni qüvvəsini aldığı təqdirdə ləğv edilməsi müəyyən edilən icra qeydi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərarın ləğv edilməsinə zərurət qalmır.
20. Digər tərəfdən icra işinin materialları ilə müəyyən edilir ki, icra qeydi 2 ay yarımdan sonra icraya yönəldilmiş, qanunvericiliyin tələbi pozulmaqla tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş olsa belə 3 ay müddət keçməsinə baxmaraq icra məmuru tərəfindən hər hansı məcburi icra tədbiri tətbiq edilməmişdir. Belə bir icra tədbiri tətbiq edilmiş olsaydı belə bu borcluların icra məmurunun məcburi icra tədbirinin tətbiqi ilə bağlı qərarından şikayət vermək hüququnu məhdudlaşdırmır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ağ Şəhər Taksi” MMC-nin icra məmurunun icraata başlamaq haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev