Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-250/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Tələbkarın nümayəndəsil X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatına dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-224/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadından Tələbkar MMC-nin direktoru tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, sahə 713 də yerləşən 0,0592 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 8(011)-224/2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan Tələbkar MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq Borclu və Xəta rayon İcra və Probasiya şöbəsinn səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən tələbkarın səlahiyyətli nümayəndəsini, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Xətai rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən müddəanın mənasından da göründüyü kimi, qanun tələb edir ki, tətbiq edilən məhdudiyyət icra tədbirinə mütənasib olmalı və qətnamənin icrası məqsədlərindən həddən artıq kənara çıxmamalıdır. Başqa sözlə, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyulmalıdır. Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatından da görünüdüyü kimi, borclunun 1433 manat borcu olduğu halda, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, sahə 713-də yerləşən 0,0592 ha olan torpaq sahəsinin üzərinə həbsin qoyulması görülən icra tədbirinə mütənasib olmamaqla, həm də qətnamənin icrası məqsədlərindən kənara çıxır. Kollegiya hesab edir ki, icra haqqında qanunla nəzərdə tutulmuş məcburi icra tədbiri kimi borclunun əmlakının üzərinə həbs qoyulması məhkəmə qətnaməsi üzrə icranın təmin edilməsi məqsədi daşıdığından və görülən icra tədbiri qətnamənin icrasına xidmət etsə də, bu borclunun həddən artıq ağır vəziyyətə düşməsi ilə nəticələndiyindən borclunun təqdimatda göstərilən əmlakına həbs qoyulmasına zərurət olmadığından, təqdimatı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar MMC tərəfindən vernilmiş şikayət təmin edilməsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-250/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-250/2021
03.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver