Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-251/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə maraqlı şəxs Nümayəndə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)-27/2023 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 72/2020 nömrəli icra sənədinə əsasən birgə nikah dövründə əldə olunmuş **-UZ-*** nömrə nişanlı Opel-Astra markalı, **-HB-*** nömrə nişanlı, Audi A4 markalı, **-GG-*** nömrə nişanlı, QAZ 2410 markalı avtomobillərə X2 payı ½ hissədə tanınması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70.000 manat pulun yarısı – 35.000 manatın Borclu alınaraq X3 verilməsi, Bakı şəhəri, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinə Borclu payının ½ hissədə tanınması qət edilmişdir.
2. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Tahir Ağayev xx.xx.2023-cü il tarixdə “Borclunun əmlakının üzərinə həbsin qoyulması barədə” təqdimatla məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-27/2023 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus olan **-UZ-*** nömrə nişanlı Opel Astra markalı, **-HB-*** nömrə nişanlı, Audi A4 markalı, **-GG-*** nömrə nişanlı, QAZ 2410 markalı avtomobillərdən ona düşən payın ½ hissəsi və Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
3. Borclu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir
4. Nümayəndə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2023-cü ildə vəfat etmişdir və o, mərhumun qanun üzrə iki vərəsəsindən biridir. Bununla əlaqədar, yəni mərhum atasının miras əmlakına payının tanınması ilə bağlı 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu Pərvin Xudiyevin açdığı vərəsəlik işinə əsasən ona və bacısına mərhum atasından qalmış miras aktivinə payları müəyyən edilməli olmuş, lakin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin miras aktivinə qoyulmuş həbs onların hüquqlarının dövlət qeydiyyatına alınmasını məhdudlaşdırır. Buna görə də, həbsin götürülməsi və onların qanun üzrə vərəsə olaraq öz hüquqlarının qeydiyyatına alınması zərurəti ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bütün bunların nəzərə alınaraq, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının qismən ləğv edilməsi və mərhum atası Borclu mülkiyyətində olmuş ** HB *** nömrə nişanlı- Audi A4 markalı avtomobildən ona düşən payın ½ hissəsi və Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinin ½ pay hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Tələbkar X2 nümayəndəsi və vəkili ərizəyə etiraz təqdim edərək göstərmişdir ki, avtomobilin və mübahisəli mənzilin üzərindən həbsin götürülməsi iddiaçının hüquq və qanunla pozulan mənafelərini kobud şəkildə pozar. Belə ki, hələ də məhkəmə qətnaməsi üzrə borc ödənilməmiş qalır, yəni əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsaslar aradan qalxmamışdır. Cavabdehin - borclunun hüquqi varisi həbsin götürülməsi ilə bağlı müraciət etsə də, gülünc bir şəkildə həbsin götürülməsinə əsas olacaq heç bir addım atmamışdır. Onun tələbkara 35.000 manat borcu ödənilməmiş olaraq qalır. Bundan başqa, həbs götürülsə avtomobilləri təcili satacaqlar. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(007)-72/2020 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə olunmuş **-UZ-*** nömrə nişanlı Opel Astra markalı, **-HB-*** nömrə nişanlı, Audi A4 markalı,**-GG-*** nömrə nişanlı, QAZ 2410 markalı avtomobillərə X2 payının ½ hissədə tanınması, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsində inşa edilmiş tikiliyə sərf olunan 70.000 manat pulun yarısı- 35000 manatın Borclu alınaraq X3 verilməsi, qalan hissədə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, Bakı şəhəri, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilinə Borclu payının ½ hissədə tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Daha sonra həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7903/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin rədd olunması, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2355/2021 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7903/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsinin qismən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorotiv tingliyi 2/13 saylı torpaq sahəsinə istifadə hüquqlarının bölünməsi və onun üzərindəki tikiliyə sərf edilmiş vəsaitin bölünməsi hissəsində ləğv olunaraq, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6494/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə Borclu apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin apellyasiya icraatının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Daha sonra həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2188/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6494/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yəni buradan göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ola-ola, birgə nikah dövründə əldə olunmuş **-UZ-*** nömrə nişanlı, Opel-Astra markalı, **-HB-*** nömrə nişanlı, Audi A4 markalı avtomobilin ½ hissəsi üzərində tələbkar X2 payı ola-ola qanunsuz olaraq xx.xx.2022-ci ildə Borclu maşını Maraqlı şəxs1 adına özgəninkiləşdirmişdir. Lakin Maraqlı şəxs1 vicdanlı alıcı deyil və buna görə də maşın üzərindəki həbs götürülə bilməz. İş materiallarından açıq aydın görünür ki, avtomobil Maraqlı şəxs1 adına keçməmişdən öncə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (xx.xx.2020) mövcud olmuşdur. X6 bu yaxınlarda həmin avtomobillərin açıq hərracda satılmasına dair iddia da qaldırmışdır. Həmin mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatındadır. Bilindiyi üzrə Borclu avtomobili satdığı qohumu Maraqlı şəxs1 əli ilə maşının həbsdən çıxarılması üçün Məhkəməyə ərizə vermişdir. Aydın məsələdir və ağlabatandır ki, işə baxacaq olan məhkəmə Borclu ilə Maraqlı şəxs1 arasında **-UZ-*** nömrə nişanlı, Opel Astra markalı avtomobilə dair bağlanılmış olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edəcəkdir. Bununla bağlı artıq Ali Məhkəmənin Plenumunun qərarı da mövcuddur. “İcra Haqqında” Qanunun 50-ci maddəsinə əsasən, qanuni qüvvəsini almış qətnamə üzrə borcluya məxsus əmlak üzərinə həbs qoyulması barədə Nizami Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı Məhkəmənin qərardadı ilə təmin olunmuş və mübahisəli əmlaklar üzərinə həbs qoyulmuşdur. Hazırda da həmin həbsin götürülməsi ilə bağlı heç bir hüquqi əsas mövcud deyildir. Daha sonra həbs qoyulmuş ½ hissə tələbkar X3 təklif olunmuşdur. Tələbkar həbs qoyulmuş ½ hissə ilə bağlı təklifi qəbul etmiş, buna görə də Nizami Rayon İcra şöbəsi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki 65 saylı evin 33 saylı mənzilin tam tələbkarın mülkiyyətinə keçməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət etmişdir. İş materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə Borclu vəfat etmişdir. İş materiallarından görünür ki, hələ Nümayəndə vəfat edənin vərəsəsi kimi tanınmasa da, onun atasının nümayəndəsi kimi müxtəlif məhkəmələrdə qaldırdığı iddialar atasından qalan miras aktivinin qəbul etməkdə maraqlı olduğunu göstərir. Əgər miras aktivini qəbul edəcəksə, deməli atası Borclu iddiaçı X3 olan 35.000 manat borcunu da yəni miras passivini də qəbul edir, həmin 35.000 manat pul 4 ildir ki ödənilmədiyindən Borclu payına tutma yönəldilmiş və tələbkar X6 həmin təklifi qəbul etmişdir. Yəni, de fakto və de yure olaraq həmin ½ hissə artıq X3 məxsusdur. Köçürülmə tələb edilən mübahisəli mənzilin tam pay hüququ ilə potensial mülkiyyətçisi X4r. Nümayəndə atasından qalan mirası qəbul edirsə, demək ki, onun vəzifələrini də qəbul edir. Belə olan halda Borclu artıq üzərinə həbs qoyulmuş və tutma yönəldilmiş əmlak üzərindən borcunu ödəməmiş həbs götürülə bilməz. Nümayəndə bütün məhkəmə iclaslarında atasının nümayəndəsi kimi gələcək potensial borclu kimi iştirak edib. İndi isə Azərbaycan Respublikası adından çıxan məhkəmə qərarlarını icra etmədən həbsin götürülməsini istəyir. Qeyd olunanlara əsasən, Nümayəndə mübahisəli mənzil və avtomobillər üzərindən həbsin götürülməsinə dair ərizəsinə kəskin şəkildə etiraz edərək həmin ərizənin tələbkarın hüquq və qanunla qorunan mənafelərini kobud şəkildə pozacağı üçün təmin edilməməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)- 27/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
8. Qərardad belə əsaslandırılmışdır ki, mübahisəli əmlakların üzərinə həbs, məhz Borclu tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 72/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə qoyulmuşdur ki, hələ də həmin icra sənədi icra edilməmişdir. Borclu vəfat etmişdir. Hal-hazırda maraqlı şəxs qismində iştirak edən, əvvəlki məhkəmə iclaslarında borclunun nümayəndəsi kimi iştirak etmiş borclunun oğlu Nümayəndə atası Borclu vəfat etdiyi üçün həmin əmlaklara vərəsəlik şəhadətnaməsi alınması üçün əmlakların üzərindən həbsin götürülməsini xahiş etmiş, lakin hazırki iş üzrə prosessual hüquqi varis qismində cəlb edilməsini istəməmişdir.
9. Həbsin götürülməsi tələb edilən əmlaklar ilə bağlı hazırda da mübahisə mövcuddur.
10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-681/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, işin faktiki hallarından görünür ki, iddiaçı Nümayəndə atası Borclu miras qalan mübahisəli Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65, 33 saylı mənzilin ½ hissəsini digər vərəsə X7 ilə birlikdə miras əmlak qismində qəbul etmiş, qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Nümayəndə miras əmlakı qəbul etməsi işin mübahisəsiz halı olduğundan o, mübahisəli mənzilə mülkiyyət hüququna malikdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən Nümayəndə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etdiyi üçün mirasdan imtina edə bilməz. Belə olan halda miras açıldığı andan onun mülkiyyəti sayılır (MM 1255 m). Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə olan payının rəsmiləşdirilməməsi onun öz miras payına sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneə deyildir. Həmçinin, məhkəmə cavabdehin izahatına (mübahisəli mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması, İsayeva Saraya təklif edilməsi, cavabdehin təklifi qəbul etməsi ilə əlaqədar mübahisəli mənzilin üzərinə həbs qoyulmuş ½ hissəsinin potensial mülkiyyətçisi olması) münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan Borclu vəzifələri (o cümlədən, 35.000 manat pul vəsaitinin X5 ödənilməsinə dair öhdəliyi) də vərəsələr tərəfindən qəbul edilmiş sayılır.
11. Borclu vərəsəsi olaraq iddiaçı Nümayəndə öhdəliyin ona aid olan hissəsini yerinə yetirmədiyi halda öhdəliyin icrası qanunla müəyyən edilmiş qaydada ondan tələb edilə bilər. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
12. Nümayəndə həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadı formal mülahizələrə əsaslanaraq əsassız və qanunsuz qəbul edilmişdir. Belə ki, məhkəmə yalnız onu prosessual hüquq varisi kimi işə cəlb edərək bütün borcu onun üstünə yıxmaq istəyir. Məhkəmə nəzərə almır ki, o, və bacısı mərhum atasının qanun üzrə iki vərəsəsidir. Bundan başqa, məhkəmə qərardadın təsviri, əsaslandırıcı hissəsində və qarşı tərəf öz etirazında uzun uzadı mərhum atasının qanuni qüvvəsini almış qərarlar üzrə borcunun ödənilməməsini və hazırki qərardad üzrə həmin borca görə əmlaklarına həbsinin qoyulmasını əsaslandırır və göstərir ki, onlar həmin əmlaklara dair hüquqlarını rəsmiləşdirən kimi onu satacaqlar. Bu mövqe tamamilə absurddur. Belə ki, həmin əmlaklar paylı mülkiyyətdir və həmin əmlakları öz adlarına rəsmiləşdirəndən sonra satmaq istəsələr belə heç kim onu alan deyildir, çünki paylı mülkiyyətdə heç kim hissəvi payı faktiki olaraq almayacaqdır və bu barədə qarşı tərəfin dərhal xəbəri olacaqdır. Bundan başqa, mərhum atası Borclu qalmış miras aktivinə onun və bacısının vərəsəlik hüquqlarının tanınmasını həmin bu qərardad məhdudlaşdırır. Onların həmin əmlaklara vərəsəlik hüquqları tanınmasa qarşı tərəfin borcunu ödəmək üçün onların üzərinə hər hansı vəzifə qoyula bilməz və deməli həmin qərarlar yenə də icrasız qalacaqdır. Bu gün də borclunun, yəni mərhum atasının vəfat etməsi səbəbindən qərarların icrası üzrə icraatlar dayandırılmışdır. Deməli, əslində hakimin qərardadda göstərdiyi və qarşı tərəfin etiraz ərizəsində qeyd etdiyi məqamlar öz əhəmiyyətini itirir. Belə çıxır ki, nə qarşı tərəf, nə də məhkəmə qanuni qüvvəsini almış qərarların icrasını istəmir. O, və bacısı isə mərhum atasının qanun üzrə vərəsəsi olaraq həmin qərarların icrasına şərait yaradılması məqsədilə mərhum atasının miras aktivinə onların hüquqlarının rəsmiləşdirilməsini və vərəsə olduqdan sonra borcun ödənilməsini vəd edirlər. Lakin məhkəmənin qərardadı bütün bu halları mümkünsüz edir.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
16. Tələbkar X2 nümayəndəsi və vəkili şikayətə qarşı yazılı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
17. Tələbkarın nümayəndəsi və vəkili həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, əmlaklar üzərinə həbs qoyulması ilə bağlı səbəblər bu gündə aradan qalxmamışdır. Məhkəmə qətnaməsi üzrə cavabdehin tələbkaraolan 35.000 manat borcundan 1 manat belə olsun ödəniş olunmamışdır. Avtomobillərin açıq hərracda satılmasına dair iddiaya Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatında baxılır. Maşınların ciddi şəkildə satılma təhlükəsi var. Həbs götürülürsə tələbkarın hüquq və azadlıqları kobud şəkildə pozula bilər. Onsuz da tələb üzrə olan borc - 35.000 AZN ödənildiyi təqdirdə həbsin qoyulması ilə bağlı zərurət özü-özlüyündə aradan qalxacaqdır. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
19. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 31. İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)-27/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. İcra qanunvericiliyinin tələblərinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbirləri tətbiq olunur.
23. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə aktlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır.
24. İşdən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkara ödənilməli olan 35.000 manat halhazıradək ödənilməmiş, qətnamə icrasız qalmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(007)-27/2023 saylı qərardadı ilə borclunun əmlakının üzərinə həbsin qoyulması da məhz icra sənədinin icasının təmin edilməsinə yönəlmişdir.
25. Kollegiya hesab edir ki, belə olan halda borclunun əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə onun vərəsəsinin xahişi təmin edilə bilməz.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)- 27/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: