Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-252/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, borclu Ləman Qəhrəmanovanın vəkili və nümayəndəsi Nüsrət Hüseynovun və Tələbkar BOKT ASC-nin nümayəndəsi Cahangir Mahmudovun iştirakı ilə, borclu X1 tərəfindən verilmiş “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəyə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərardadından Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin “qətnamənin hissə-hissə icra edilməsi barədə” 01.10.2020-ci il tarixli qərardadından tələbkarın verdiyi şikayət geri qaytarılsın. Geriqaytarma onunla əsaslandırılıb ki, şikayəti tələbkarın nümayəndəsi imzalayıb, lakin onun səlahiyyətini təsdiq edən etibaramə iş materiallarında yoxdur və ya şikayətə əlavə edilməyib. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 361.2 və 363.1.1-ci maddələrinin göstərişlərinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsaslıdır. Belə ki, etibarnamə (iş v. 63) mövcud olub, lakin şikayətin verildiyi vaxt o, iş materiallarında olmayıb və ya şikayətə əlavə edilməyib. Geriqaytarma qərardadından şikayət verilərkən tələbkar həmin etibarnaməni məhkəməyə təqdim edib, buna baxmayaraq birinci instansiya məhkəməsi geriqaytarma qərardadını ləğv etməyib. Geriqaytarma qərardadı zamana (qəbul edildiyi zamana) görə düzgün olub, çünki etibarnamə təqdim edilməyib. Lakin sonradan (etibarnamənin mövcudluğu bəlli olduqdan sonra) birinci instansiya məhkəməsinin həmin qərərardadın ləğvindən imtina etməsi düzgün deyil. Çünki Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsində “imzalamağa hüququ olmayan şəxs” ifadəsindən istifadə olunub. Şikayətin imzalandığı zaman etibarnamə mövcud olduğuna görə nümayəndə “imzalamağa hüququ olan şəxs” sayılıb. Əgər müəyyən edilsəyidi ki, şikayətin imzalandığı zaman etibarnamə ümumiyyətlə mövcud olmayıb, belə halda birinci instansiya məhkəməsi geriqaytarma qərardadını dəyişdirmədən saxlaya bilərdi. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-252/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-252/2021
04.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver