Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-254/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından borclu X12 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2967/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X13 anaları X3 yanında saxlanılmalı, Borclu alimentin tutulması uşaqların analarına faktiki veriləcəyi gündən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədi üzrə borclu X8 məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2967/2023-021 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, alimentin tutulması uşaqların analarına faktiki veriləcəyi gündən hesablanmaqla tutulmalıdır. Lakin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X14 xx.xx.2024-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etmiş və aliment borcuna görə tədbir görülməsini tələb etmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 5656/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu ödəməli olmadığı aliment borcuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu qərar tamamilə əsassızdır, qərəzli olaraq çıxarılmışdır. X13 ödəməli olmadığı alimentə görə cəza almışdır. Ona görə ki, uşaqlar heç vaxt ananın yanında olmamışdır və bu günə kimi ata ilə birgə yaşayırlar, anaya getmək istəmirlər (işin içərisində saysız tərtib olunmuş aktlar var). Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru X16 Bakı Apelliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2967/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah vermək üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin məhkəmənin 2(010)-2055/2024-cü il tarixli qərardadı ilə izahı təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2055/2022-cü saylı, 19.09 2022-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2967/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmiş və Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2967/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bunun əsasında Bakı Apellyasiya Məhkəməsi 2(103)- 2967/2023-021 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqi vermişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən dəyişdirmişdir. Bu halda, icra sənədi apellyasiya məhkəməsinin qətnaməsinə əsaslanır və yalnız bu qətnamədəki tələblər icra oluna bilər. Əgər icra məmuru apellyasiya məhkəməsinin qətnaməsini deyil, birinci instansiya məhkəməsinin verdiyi izahatı əsas götürürsə, bu, qanun pozuntusudur, çünki apellyasiya qətnaməsi birinci instansiya qətnaməsini ləğv edir və ya dəyişdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və "İcra haqqında" Qanuna əsasən apellyasiya məhkəməsinin verdiyi icra sənədinə digər instansiya məhkəmələrinin izah verməsi ilə bağlı birbaşa qadağa və ya məhdudiyyət açıq şəkildə müəyyən edilməmişdir. Bununla belə, qanunvericilikdə icra sənədlərinin izahı və onların icrası ilə bağlı konkret qaydalar mövcuddur . MPM-nin 230-cu maddəsinə əsasən məhkəmə qətnaməsinin izah edilməsi yalnız onu qəbul etmiş məhkəmə tərəfindən həyata keçirilə bilər, əgər qətnamədə qeyri-müəyyənlik və ya anlaşılmazlıq varsa. Bu norma, ümumiyyətlə, qətnamənin mahiyyətinə təsir etmədən onun mətnindəki anlaşılmazlıqların aradan qaldırılmasını nəzərdə tutur. MPM 230-cu maddəsi göstərir ki, məhkəmə qətnaməsinin izahı yalnız onu qəbul etmiş məhkəmə tərəfindən verilə bilər. Bu o deməkdir ki, apellyasiya məhkəməsinin verdiyi icra sənədini izah etmək səlahiyyəti yalnız apellyasiya məhkəməsinə aiddir. Birinci instansiya məhkəməsinin belə bir səlahiyyəti yoxdur, "İcra haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən əgər icra sənədində qeyrimüəyyənlik varsa, icra məmuru sənədi verən orqana (bu halda apellyasiya məhkəməsinə) müraciət etməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 Orxan Namiq oğlundan məcburu gətirilməsi barədə tədbir görülməsini xahiş edir. Lakin onun icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyini təsdiq edən heç bir sənəd təqdim etmir. Məhkəməyə təqdim etdiyi sənədlər 2 ədəd SMS-dir ki, onun biri alimentlə bağlıdır. Alement isə ona görə ödənmir ki, uşaqlar atanın yanındadırlar. Digər SMS icra şöbəsinə çağrışla bağlıdır, cavabdehin nümayəndəsi cavab verərək rəsmi bildiriş göndərilməsini təlıəb edib. İndiyə kimi 2 xəbərdarlıq var, onlar da cavabdehə göndərilməyibdir. Heç bir bildiriş, qəbz təqdim olunmur və nümayəndə dəfələrlə icra məmurunun yanında olmuş, izahat, sübutlar təqdim etmiş və müxtəlif məzmunlu ərizələr vermişdir. Uşaqların analarının yanında saxlanılması hissəsinə gəldikdə isə uşaqlar ataları X7 yanındadırlar və hər zaman onunla yaşamışlar. Dəfələrlə icra məmuru polis, qəyyumluqdan nümayəndə, psixolq, həkim və ananın iştirakı ilə görüş keçirib, lakin uşaqlar anaya getməyiblər. Bu görüşlər icra şöbəsində, parkda, yaşadıqları evdə keçirilibdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəyə əsasən İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Konstitusiyanın 60-cı maddəsinin l hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ona görə də həmin qərardad ləğv olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur; 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda göstərilən maddələrin tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid edilən tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Bu vəziyyət icra məmuru tərəfindən icra sənədinin icrasının təmin edilməsini, o cümlədən məcburi icra tədbirlərinin həyata keçirilməsini şərtləndirir və bu tədbirlər çərçivəsində icra məmuru borclunu icra şöbəsinə çağırmağa, ondan izahatlar almağa və sair tədbirləri görməyə haqlıdır. Borclu isə üzürsüz səbəbdən belə çağırışdan yayınmamalıdır. Belə ki, icra sənədinin icrası ilə bağlı borclunun hər bir hərəkəti və ya hərəkətsizliyi onun icra sənədinə olan münasibətini əks etdirir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2967/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icra icraatına başlanılmış və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Bundan sonra xx.xx.2024cü il tarixdə icra məmuru tərəfindən göndərilmiş elektron sms bildirişlərlə borclu icra sənədi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinə çağırılmış, lakin nəticə etibarı ilə şöbəyə gəlməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilmişdir. Həmin qərardan verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Eyni zamanda borclu xx.xx.2024cü il tarixdə şöbəyə dəvət edilmiş, ondan tələbin təmin olunması tələb olunmuş və tələbi təmin etmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu təqsirli bilinib 8 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bu qərarın qəbul edilməsi borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsinin icra edilməməsi, o cümlədən birgə nikahdan doğulmuş uşaqların tələbkara verilməməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, borclunun icra sənədinin icrasından yayınması ilə əlaqədar Xətai rayon İcra şöbəsi həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə də məhkəməyə müraciət edərək, icra sənədi üzrə xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları X3 yanında saxlanılmasının uşaqların atadan alınaraq anaya verilməsini özündə ehtiva edib-etməməsi barədə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2055/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, izah edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2055/2022 saylı qətnaməsində “tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 anaları X3 yanında saxlanılması” dedikdə xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 ataları Borclu alınaraq anaları X4 verilməsi nəzərdə tutulur. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilməmişdir. Başqa sözlə, qətnaməyə verilmiş izaha əsasən borclu birgə nikahdan doğulmuş uşaqları tələbkara verməlidir. Bundan başqa xx.xx.2025-ci il tarixdə borclu barəsində olan icra işi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmiş və bununla bağlı borcluya məlumat verilməklə, 10 gün müddətində icra qurumuna gəlmədiyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Bu tədbirin də bir nəticəsi olmadığından icra məmuru borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bununla belə, hüquqi nəticə etibarı ilə icra sənədinin vaxtında və lazımi qaydada icra edilməməsi artıq bunun səbəblərini araşdırmaq və icra sənədinin icrasını təmin etmək vəzifəsini daşıyan icra məmuruna borcluya çağırışla müraciət etmək hüququnu yaradır. Borclunun hazırki davranışı isə onun məhkəmə qərarının icrasına olan laqeyd münasibətini nümayiş etdirir və onun bu hərəkətinə məhkəmə aktının icrasından boyun qaçırması və icra məmurunun çağırışlarından üzürsüz səbəbdən yayınması kimi qiymət verməyə əsas yaradır. Qeyd edilənlər öz növbəsində borclunun icra sənədinin icrası ilə bağlı məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə təqdimatın təmin edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi borclunun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-350/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-254/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-254/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver