Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-257/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-12/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)-302/2017 saylı,14.02.2017-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 630 manat pul vəsaiti tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir.Borclu edilən çoxsaylı xəbərdarlıqlara borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, icra məmuru Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)-302/2016 saylı, 14.02.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdı. Borclu Bakı şəhəri Səbail rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərardadından verdiyi şikayət həmin məhkəmənin 08 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, bildiriş ona təqdim olunmamışdır. Lakin məhkəmənin qətnaməsinin olması ilə bağlı icra məmuru Tural bəyin köməkçisi təxminən üç il bundan əvvəl ona zəng edərək, bununla bağlı ödəniş etməyini bildirdi, o, isə həmin ərəfədə digər ödənişlərinin olması səbəbindən hal-hazırki ödənişi edə bilməyəcəyini bildirmişdir. Bundan sonra ona rəsmi bildiriş verilməmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-12/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, təqdimat üzrə materiallardan görünür ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu tələbin könüllü icrası ilə bağlı 17 aprel 2017-ci il tarixli bildiriş göndərilmiş, lakin borclu bu müddətdə tələbi icra etməmişdir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu səbəbdən Səbail rayon Məhkəməsinin 2(009)-302/2016 saylı, 14.02.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi qaydada Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-12/2021 saylı, 27 yanvar 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №8(103)-257/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-257/2021
09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver