Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-259/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)-279/2021 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 icra məmurunun hərəkətindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 20.06.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsinə dair” qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23 may 2019-cu il tarixdən “xxxx” ASC-nin əməkdaşları tərəfindən ünvan 1nında yerləşən fərdi yaşayış evinin su təchizatı dayandırılmış və 16.10.2020-ci il tarixə qədər bərpa edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3479/2019 saylı, 27.05.2019- cu il tarixli qərardadı göstərilən tarixə qədər icra edilməmişdir. Su təchizatının bərpa edilməsi üçün 07.06.2019, 19.09.2019 və 07.11.2019-cu il tarixlərdə “xxxx” ASC-yə müraciət etmişdir. 07.11.2019-cu il tarixli müraciətinə Binəqədi Rayon Sukanal İdarəsi 26.11.2019-cu il tarixli 01-02/02-344 cavabında su təchizatının həqiqətən dayandırıldığını etiraf edir. Eyni zamanda ******* saylı 16.10.2020-ci il tarixli əmrindən görünür ki, sayğac quraşdırılan tarixə qədər su təchizatı olmamışdır. “xxxx” ASC su təchizatının bərpa edilməsi barədə heç bir sənəd təqdim edə bilmir və su təchizatının 23 may 2019-cu il tarixdən 16.10.2019-cu il tarixə qədər bərpa edilmədiyini etiraf edir. Lakin “xxxx” ASC-dən fərqli olaraq Yasamal Rayon İcra Şöbəsinin icra məmuru 20.06.2019-cu il tarixli qərarla icraata xitam vermiş və icraata xitamın nə əsasla verilməsi barədə 10.02.2021-ci il və 01.03.2021-ci il tarixli müraciətlərinə cavab verilməmişdir. Belə ki, Yasamal Rayon İcra Şöbəsi ehtimallara əsaslanaraq icraata xitam vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)- 279/2021 saylı qərardadı ilə X2 Yasamal Rayon İcra Şöbəsinin 20.06.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarından verilmiş şikayət təmin edilməmişdir. X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)- 279/2021 saylı qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)-279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 20.06.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra məmuru Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3974/2019 saylı 30.05.2019-cu il tarixli icra sənədi icra edildiyindən icraata xitam vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhəməsinin 2(004)- 3974/2019 saylı 27.05.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xutor yaşayış sahəsi, sıra 3, ev 2 A fərdi yaşayış evinə təbii su təchizatının bərpa olunması qərara alınmışdır. Daha sonra qərardad icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və icra sənədi icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən 52 Mexaniki su sayğacının quraşdırılması haqqında arayışdan görünür ki, abonentin həyətindən olan köhnə su xəttində su olmadığı üçün yeni xətt bərpa olunmuş, yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən Abbaslı Sənana ünvanlanmış məktubdan da görünür ki, ünvan 1nında yerləşən fərdi yaşayış evinin su xətti üzərinə 16.10.2020-ci il tarixdə CSS-20 markalı, 20011045 saylı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Həmçinin birinci instansiya məhkəməsində iştirak edən X1nun nümayəndəsi X3 da ünvan 1nında yerləşən fərdi yaşayış evinə artıq suyun verilməsinin bərpa edilməsini təsdiq etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, icra sənədi icra olunduğundan, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə, şikayətin əsassız olması nəticəsinə gələn məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)- 279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)-279/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-259/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-259/2021
16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver