Məhkəmə qərarları › İş №8(103)-259/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-259/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-259/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X5 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 8(006)-180/2025 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X2 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 avtomobilin üzərinə həbs qoyulması barədə qərarından şikayət verərək xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və X2na məxsus "Lexus LX 570" minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 icraatında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 19/2023-049 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X8 mülkiyyətində olan “Lexus LX 570" markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2025-ci ildə həbs qoymuşdur. İcra məmuru "Lexus LX 570 ” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyarkən tərəflər arasında olan borc mübahisəsini nəzərə almamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-19/2023-049 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin müdiri X6 İradə Qayediyə 560895,75 manat borcu vardır və bu barədə olan icra vərəqəsi Səbail Rayon İcra Şöbəsinin icraatındadır. Yəni, həmin məhkəmə qətnaməsinə əsasən İradə Qayedinin borcu cəmi 70000 manatdır. Belə vəziyyətdə 70000 borca görə İradə Qayediyə məxsus "Leksus LX 570" markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyması real vəziyyətə uyğun deyil. Nəzərə almaq lazımdır ki, icra məmuru Cəlaləddin Əliyev xx.xx.2025-ci ildə icra işlərinin bir icraatda birləşdirilməsini məqsədə uyğun hesab edərək icra işinin Səbail İcra şöbəsinə göndərilməsini qərara alıb. Yəni dolayısı ilə də olsa icra məmuru Qayedi İradənin əmlakının üzərinə həbs qoymaqda tələsik qərar qəbul etdiyini etiraf edib. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra məmuru yuxarıda göstərilən normaların tələblərinə əməl etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 8(006)-180/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin müdiri X9r. MMC-ni idarə etmək vəzifəsi müəssisənin direktorunun səlahiyyətinə aiddir. Təsisçinin MMC-ni təmsil etmək hüququ yoxdur. Bu səbəbdən də təsisçinin MMC-ni təmsil etmək üçün vəkilə etibarnamə vermək hüququ yoxdur. Lakin məhkəmə göstərilənləri nəzərə almadan Nümayəndə1 vəkil qimində dindirmişdir. İcra məmuru “İcra haqqında” qanunun 45-ci maddəsinin tələbinə əməl etməmişdir. Şikayət verilən günə kimi borcluya könüllü icra haqqında bildiriş verilməyib və tələbkarın bank rekvizitləri ona təqdim olunmayıb. Məhkəmə qərardad qəbul edərkən “İcra haqqında” qanunun və Mülki Məcəllənin bir sıra normalarından bəhs etmişdir ki, həmin normaların mübahisə ilə əlaqəsi yoxdur. İcra məmuru icraata başlamaq haqqında qərarı İradə Qayediyə göndərməyib və borcun ödənilməsi üçün vaxt müəyyən etməyib. X19 Polisi tərəfindən İradə Qayedinin telefonuna mesaj göndərildikdən sonra avtomobilin üzərinə həbs qoyulması məlum olub. Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Borclu və kreditor eyni olduqda öhdəliyə xitam verilir. Əmlakın üzərinə həbs qoyularkən Mülki Məcəllənin bu normasının tələbi nəzərə alınmayıb. Məhkəmə "xxxx" MMC-nin hazırda fəaliyyət göstərib-göstərməməsini, bank rekvizitləri barədə borcluya məlumat verilməməsini nəzərə almamışdır. İcra məmuru hərəkətlərinin qanuni olması barədə məhkəməyə sübut təqdim etməyib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(006)-180/2025 saylı qərardadı ilə ərizə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İcra vərəqəsindən görünür ki, X4 X8 xeyrinə 560895,75 (beş yüz altmış min səkkiz yüz doxsan beş manat 75 qəpik) manat, X7 "xxxx" MMC-nin xeyrinə 70000 (yetmiş min) manat tutulmalıdır. Göründüyü kimi, hər iki borc üzrə tərəflər eyni şəxs deyillər. Belə ki, İradə Qayedi hüquqi şəxs "xxxx" MMC-yə münasibətdə borclu olduğu halda, hüquqi şəxs kimi həmin MMC-nin özü deyil, direktoru X18 Qayediyə münasibətdə borclu kimi tanınmışdır. Mülki Məcəllənin 43.1-ci maddəsində hüquqi şəxsin mülkiyyətində ayrıca əmlakının olması, öz öhdəlikləri üçün bu əmlakla cavabdeh olması, 52.2-ci maddədə isə hüquqi şəxsin təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh olmaması təsbit edilmişdir. Fiziki və hüquqi şəxslər mülki hüquq münasibətlərinin müstəqil subyektləri qismində çıxış edirlər və belə olan halda Arzu Nuriyeva hüquq münasibətlərində iştirak edən fiziki şəxs olmaqla İradə Qayediyə, sonuncu isə hüquq münasibətinin müstəqil subyekti olan MMC-yə borcludur. Bu baxımdan hüquqi şəxslə onun direktorunun eyniləşdirilməsi istisna olunur və belə olan halda borcun əvəzləşdirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, məhkəmə X1 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 8(006)-180/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar