Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-260/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər oğlundan ibarət tərkibdə, 8(011)-444/2023 nömrəli iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi 25 iyun 2023-cü il tarixli qərardaddan borclu X5 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020-009 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.metr olan 83 nömrəli 3 otaqlı mənzilə tələbkar (iddiaçı) Tələbkar sahiblik və istifadə hüququ tanınmalı, cavabdehlərin (borcluların) üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmalı, borclu (cavabdeh) Borclu həmin mənzildən çıxarılmalı, Borclu dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 manat pul məbləği tutularaq Tələbkar ödənilməlidir. İcra vərəqəsində tələbkar kimi Tələbkar, borclular kimi isə "xxxx" Mənzil Tikinti Kooperativi və Borclu göstərilmişdir. İcra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin icrasının təmini məqsədi ilə Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir, məcburi gətirilmə barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardaddan şikayət verilməmişdir. Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərardadla təqdimatın təmin edilməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu qeyd olunan ünvanda inşa edilmiş binada 83 deyil, 78 saylı və ümumi sahəsi 141.5 kv.m olan mənzili alğı-satqı müqaviləsi əsasında X1 almış, xx.xx.2019-cu il tarixdə həmin mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Çıxarışda isə mənzilin ümumi sahəsi 130.5 kv.m göstərilmişdir. Borclu mülkiyyətində olmuş, hazırda isə müvafiq çıxarış əsasında digər şəxsin mülkiyyətində olan mənzilin boşaldılması və tələbkara təhvil verilməsi əsassızdır. Bundan başqa, tələbkara məxsus mənzilin təhvil verilməsi icra sənədi üzrə digər borclu "xxxx" MTK-dan tələb edilməlidir. İcra məmuru MTK barəsindən heç bir tədbir görməmişdir. İcra prosesi zamanı icra məmuru Borclu mülkiyyət hüququ tanınmış mənzilin tələbkara aid olmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-6501 saylı iddianın təmini tədbiri barədə qərardadının icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla əsaslandırır. İcra məmurunun istinad etdiyi rəyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi Xətai Rayon İcra Şöbəsinin müraciəti əsasında xx.xx.2018-ci il tarixdə vermişdir. Müraciətdə Agentlik qarşısında qoyulan suallardan biri "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbədə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı 78 saylı mənzili binanın konkret hansı hissəsində (binanın oxları göstərilməklə) yerləşməsi ilə bağlı olmuşdur. Agentlik isə binanın təsdiq edilmiş layihəsi əsasında sualı cavablandırmış və bildirmişdir ki, 13-cü mərtəbədə ümumi sahəsi 141.5 kv.m olan mənzil liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşir, həmin mərtəbədə ümumi sahəsi 141.5 kv.m olan 3 otaqlı bir mənzil vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 6826 nömrəli rəyində də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyinə əsaslanaraq 13-cü mərtəbədə ümumi sahəsi 141.5 kv.m olan mənzilin liftdən çıxan zaman sol tərəfdən 4-6 oxları ilə F-D/E(D) oxlarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdur. Bununla yanaşı, “Torpaq sahələrinin plan və ölçülərinin tərtibi, tikili və qurğuların texniki inventarlaşdırılmasına və cari dəyişikliklərin aparılmasına dair” Təlimatın 6.1-ci bəndində göstərilir ki, sahələrin sərhədləri müəyyən qaydada, ölçüləri üz tərəfdən başlamaqla, soldan sağa sərhəd boyu gedərək əvvəlcə bütün tikililər, sonra isə ortada olan tikililər ölçülür. Lakin icra məmurunun bu sənədləri hərtərəfli araşdırmadan yol verdiyi qanunsuz hərəkətləri nəinki borclunun, hətta vicdanlı alıcı hesab edilən X6 da mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin icra məmuru icra sənədində göstərilən 83 saylı mənzilin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin müraciətə alınmış xx.xx.2022ci il tarixli cavab məktubunda mənzilin yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan başqa, icra məmuru təkrarən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edərək icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmiş, həmin İdarə qeyd olunan blokun 13-cü mərtəbəsində liftdən çıxarkən soldan 1-ci mənzilin 78 saylı olduğunu, 83 saylı mənzilin isə yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Borclunun dəyərini ödəməklə aldığı 78 saylı mənzilin əvvəlki sahibi X2 həmin mənzilə sahiblik və istifadə hüququ Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tanınmışdır. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən mənzil Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri əsasında Xətai Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən müvafiq akt əsasında X3 təhvil verilmişdir. Başqa sözlə, borclu 78 saylı mənzilin vicdanlı alıcısı və sahibi olmuşdur. Həmçinin borclunun məcburi gətirilməsi barədə təqdimata baxılarkən borclu tərəfindən icra məmurunun “borclunun məcburi qaydada gətirilməsi haqqında” icra məmurunun qərarından verilən şikayətə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək “borclunun məcburi qaydada gətirilməsi barədə təqdimata” baxılmasının dayandırılması xahiş olunmuşdur. Lakin Xətai Rayon Məhkəməsi tərəfindən iş üzrə icraat dayandırılmamışdır. Bununla yanaşı, “borclunun məcburi qaydada gətirilməsi barədə” icra məmurunun qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, həmin qərardan tərəflərin qərarı aldıqdan sonra 10 gün müddətində şikayət vermək hüququ nəzərdə tutulsa da, icra məmuru bu müddəti gözləmədən xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə ilə bağlı təqdimat vermişdir. Halbuki həmin qərarı borclunun vəkili xx.xx.2023-cü il tarixdə icra şöbəsində rəsmi qaydada almışdır. Beləliklə icra məmuru borclunun qərardan şikayət vermək hüququnu gözləmədən məhkəməyə təqdimat vermiş, məhkəmə isə bu halı görməzdən gəlməklə borclunun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Xətai Rayon Məhkəməsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin normaya əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə tədbiri tətbiq olunur. Lakin borclu icra sənədində göstərilən 83 saylı mənzildə yaşamır, həmin mənzili zəbt etməmiş, bütün bunlar isə icra işinin materialları ilə sübut olunur. Bu halda isə borclunun icra şöbəsinə çağırılması ümumiyyətlə qanunsuzdur, nəinki məcburi qaydada gətirilməsi. Həmçinin icra məmuru tərəfindən təyin edilmiş bütün icra proseslərində borclu nümayəndəsi vasitəsilə təmsil olunmuş, bütün bunlar müvafiq aktlarda və video çəkilişlərdə öz təsdiqini tapır. İcra məmurunun təqdimatına baxarkən Xətai Rayon Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları tam araşdırmamış, borclunun məcburi qaydada gətirilməsinə lüzum olmadığını müəyyən etməmiş, Borclu İcra Şöbəsinə məcburi gətirilməsinin zəruriliyi əsaslandırmamışdır. Göründüyü kimi, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini, barəsində verilmiş qərardadı dəyişdirilmədən saxlanılmasını və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “borclunun məcburi gətirilməsi barədə” icra məmurunun təqdimatına yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-728/2020-009 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.metr olan 83 nömrəli 3 otaqlı mənzilə tələbkar (iddiaçı) Tələbkar sahiblik və istifadə hüququ tanınmalı, cavabdehlərin (borcluların) üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmalı, borclu (cavabdeh) Borclu həmin mənzildən çıxarılmalı, Borclu dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 manat pul məbləği tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Xətai Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilməsi barədə qeyd aparılmışdır İcra məmuru Xatir Məmmədov, icra məmuru Mehdi Zeynalov, hal şahidi X7 və hal şahidi X9 tərəfindən imza edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin həmin icra sənədi üzrə Borclu sms bildiriş göndərilmiş, həmçinin istifadəsində olan ********** nömrə ilə əlaqə saxlanılmış, xx.xx.2023-cü il tarixdə gələcəyini bildirsə də gəlməmişdir. Təkrarən həmin tarixdə yenidən borclu ilə əlaqə saxlanılmış Borclu qardaşının arvadının rəhmətə getdiyini bildirərək gələn həftə yaxınlaşacağını bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İcra Şöbəsi tərəfindən Borclu İcra Şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və borclunun qeydiyyat ünvanına göndərilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, İcra Şöbəsi tərəfindən Borclu xx.xx.2023-cü il tarixdə sms bildirişlər (502497743; 512699225; 519842783; 519842793; 507282868; 502108249; 502073504; 518925049; 515267571; 505943979; 505348908; 505348988; 502108349; 503092252; 552108249; 502108264; 5********) göndərilməklə, ona icra işi üzrə Xətai Rayon İcra Şöbəsinə çağırıldığı bildirilmiş, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə İcra şöbəsinə gəlməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, Borclu tərəfindən “icra qurumunun rəhbərinin və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” haqqında məhkəməyə şikayət verilmiş və Xətai Rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad, hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi məhkəmədən xahiş olunmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, təqdimata baxmış və təqdimatı təmin etmiş Rayon Məhkəməsi aşağıdakı maddi və prosessual normalara istinad etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə görə, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanununun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun 84.3-cü maddəsinə görə, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Yuxarıda qeyd edilən hüquq normalarına istinad edərək təqdimatı təmin etmiş Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, borclu, icra sənədi üzrə icraata başlanmaq haqqında qərar və icra sənədinin könüllü icrası barədə bildirişlərlə məlumatlandırılmış, həmçinin ona icra şöbəsinə çağırılma barədə çoxsaylı rəsmi bildirişlər (könüllü icra barədə bildiriş və 502497743; 512699225; 519842783; 519842793; 507282868; 502108249; 502073504; 518925049; 515267571; 505943979; 505348908; 505348988; 502108349; 503092252; 552108249; 502108264; ********* saylı mobil nömrələr üzrə sms bildirişlər) verilmiş, icra sənədinin icraata qəbul olunmasından 3 ildən çox müddət keçməsinə baxmayaraq həmin sənəd icra edilməmiş qalmış, icra məmuru tərəfindən borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməklə borcluya məlumat verilmişdir. Həmçinin iş materiallarından görünür ki, borclu hazırkı icra sənədi üzrə icra məmurunun göstərişlərinin yerinə yetirilməsindən, o cümlədən icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun qərarının icrasından imtina etmişdir. Bununla belə, iş materiallarından borclunun icra sənədinin icra etməməsinin, o cümlədən icra məmurunun çağırışları üzrə gəlməməyinin üzrlü səbəbləri görünmür. Belə olan halda Rayon Məhkəməsi hesab etmişdir ki, borclunun icra məmurunun çağırışları ilə gəlməkdən yayınması icra sənədinin icra olunmasını mümkünsüz etdiyindən, həmçinin qanunvericiliklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, məcburi gətirilmə barədə məhkəməyə verilmiş təqdimat da təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanununun 84.2-ci maddəsində borclunun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbirinin tətbiq edilməsi üçün əsas şərt ondan ibarətdir ki, borclunun, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmasıdır. İcra məmuru öz təqdimatını borclunun icra sənədini icra etməməsi ilə əsaslandırmışdır. “İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınma” anlayışı ilə “icra sənədini icra etməmə” anlayışı məna baxımından və doğurduğu hüquqi nəticələr etibarilə bir-birindən fərqli anlayışlardır. Təqdimata borclulara ünvanlanmış “tələbin könüllü icrası haqqında bildiriş” əlavə edilsə də, həmin bildirişin hansı ünvana göndərildiyi qeyd edilməmiş, bildirişin göndərilməsini və borclular tərəfindən alınmasını təsdiq edən sübutlar təqdimata əlavə edilməmişdir. Borclu bildirir ki, icra sənədində onun tərəfindən təhvil verilməli olduğu nəzərdə tutulmuş Bakı şəhəri, Nobel prospekti, 189 “A” ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzildə yaşamır. Həmin binada 78 saylı ümumi sahəsi 141.5 kv.m olan mənzil ona məxsus olmuş, hazırda isə başqa şəxsin mülkiyyətində və sahibliyindədir. Həmin mənzil isə icra sənədində nəzərdə tutulan mənzil deyil. Bu səbəbdən də icra sənədində nəzərdə tutulan mənzilin onun tərəfindən tələbkara təhvil verilməsi mümkün deyil. Bu hal onun tərəfindən icra məmurunun diqqətinə çatdırılmışdır. Belə olan halda, hazırki icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə təqdimat əsassızdır. Rayon Məhkəməsi Borclu irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək qeyd etmişdir ki, borclunun şikayətinin dəlillərini iddia tələbi üzrə işin halları təşkil edir və bu səbəblə də borclu tərəfindən icra şöbəsinə gəlməkdən imtina olunur. Borclu tərəfindən təqdim edilmiş Xətai Rayon İcra Şöbəsinin “mütəxəssisin (mütəxəssislərin) dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Nobel pr., bir bloklu yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilin yerini müəyyən etmək mümkün olmamışdır. Mənzilin yerini müəyyən etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyindən mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Borclu nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Aktdan” müəyyən olunur ki, icra məmurları Xatir Məmmədov və Tural Rəhimov, icra məmuru tərəfindən dəvət edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nəzdində yerləşən Layihə İnstitutunun mühəndisi (mütəxəssisi) Madər Nəbiyev, mübahisəli mənzildə yaşayan X10 və hal şahidlərinin iştirakı ilə Akt tərtib olunmuşdur ondan ötrü ki, Bakı şəhəri Nobel prospekti 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsində yerləşən (liftdən çıxanda soldan 1-ci mənzil) mənzilə gedildi, mütəxəssisin iştirakı ilə qapı döyüldü, mənzildə yaşayan X10 qapını açdı və mütəxəssisin baxış keçirməsinə şərait yaradıldı. Borclu sözügedən binada əvvəl ona məxsus olduğunu və hazırda X6 mülkiyyətində və sahibliyində olduğunu bildirdiyi ünvan 4 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən **********65-05301-093002 reyestr nömrəli çıxarışdan görünür ki, həmin mənzil xx.xx.2020-ci il tarixdən X6 xüsusi mülkiyyətindədir. Qeyd edilən sənədlərə əsasən müəyyən edilir ki, Borclu tərəfindən formal olaraq icra sənədinin verilməsinə əsas olmuş işin hallarına istinad edilməklə icra sənədinin icrasından yayınma halı yoxdur. Belə ki, icra məmurunun özü tərəfindən də icra mərhələsində mənzilin yerinin dəqiqləşdirilməsi məqsədi ilə mütəxəssis dəvət edilmiş, mütəxəssis tərəfindən mənzilə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. Həmin binada Borclu sahiblik etdiyi mənzilin hazırda borclunun mülkiyyətində olmadığı müəyyən edilmişdir. Bundan başqa qeyd edilməlidir, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 728/2020-009 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqəsində borclu kimi yalnız Borclu deyil, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativi də göstərilmişdir. İcra vərəqəsində göstərilən icra edilməli olan və icra məmurunun bildirdiyi kimi Borclu tərəfindən icra edilməyən hərəkət aşağıdakı kimi ifadə edilmişdir:
1. borcluların üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulsun;
2. Borclu həmin mənzildən çıxarılsın. Yuxarıda qeyd edildiyi kimi, Borclu bildirir ki, o, həmin mənzildə yaşamır, mənzil onun sahibliyində deyil. Belə olan halda təqdimata baxmış Rayon Məhkəməsi işin bu halını araşdırmalı və araşdırma nəticəsində müəyyən etdiyi hallardan asılı olaraq icra edilməli olan “birinci” hərəkətin, yəni mübahisəli mənzilin tələbkara təhvil verilməsindən ibarət hərəkətin borclulardan hansı tərəfindən icra edilməməsini müəyyən etməli idi, çünki əks halda təqdimatın əsaslı olub-olmamasına obyektiv qiymətin verilməsi qeyrimümkündür. Lakin Rayon Məhkəməsi həmin məsələni araşdırmamışdır. Qeyd edilən halların müəyyən edilməsi, habelə icra məmurunun verdiyi təqdimatın dəlillərini, habelə Borclu bildirdiyi xüsusatların əsaslı olub-olmamasına obyektiv qiymət verilə bilməsi üçün icra işinin götürülərək araşdırılması zəruri olduğu halda, icra işi iş materiallarına əlavə edilməmişdir. Belə ki, təqdimata baxılan zaman Rayon Məhkəməsi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublar ilə (iş v. 35 və 74) Xətai Rayon İcra Şöbəsinə müraciət edərək icra işinin məhkəməyə təqdim edilməsini tələb etsə də, iş materiallarından, o cümlədən məhkəmə baxışının iclas protokolundan görünür ki, icra işi Rayon Məhkəməsinə təqdim edilməmişdir. Göründüyü kimi təqdimata baxmış Rayon Məhkəməsi təqdimatın əsaslı olubolmamasını səthi araşdırmışdır.
Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və barəsində şikayət verilmiş qərardad əsaslı hesab edilə bilməz. Borclu qərardaddan verdiyi şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Buna görə də, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qəbul etdiyi qərardad ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ:
Borclu şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli qərardad ləğv edilsin və təqdimata yenidən, habelə bu qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.