Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-260/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 8(006)-149/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu (vəkili-nümayəndəsi Nümayəndə) “qətnamənin icrasına möhlət verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006) 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu 90000 manat əsas, 27000 manat faiz, 4500 manat dəbbə pulu olmaqla, cəmi 121500 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan və Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiymətinin 300000 (üç yüz min) manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi 121500 manat məbləğində pulun iddiaçı Tələbkar BOKT ASC-yə ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Borclu qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evinin Borclu tərəfindən 1 ay müddətində boşaldılması qət edilmişdir. Borclu icra sənədinin verilməsi üçün əsas olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e 2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən narazı olduğu üçün ondan apellyasiya, daha sonra kassasiya şikayətləri verməsinə baxmayaraq, Maraqlı şəxs icra məmurunun tam qanunsuz qərarı əsasında hərrac sifariş verilmiş və qətnamə qanuni qüvvəyə minməmiş icra olunaraq Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsinə əsasən 255000 manata "xxxx" MMC-nin direktoru X6 tərəfindən hərracın qalibi X1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən icra şöbəsi tərəfindən hərrac sifariş verildiyindən və həmçinin, Borclu dəfələrlə həm Maraqlı şəxsnə, həm də "xxxx" MMC-yə bu barədə məlumat verməsinə baxmayaraq, hərracın dayandırılması üçün hər hansı tədbir görülməmiş və evi qanunsuz olaraq satılmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli protokolunun etibarsız sayılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Borclu məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə "xxxx" MMC-nin Hərracın Yekunları barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli protokolu və həmin protokol əsasında "xxxx" MMC ilə hərracın qalibi X3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Anası Borclu məxsus evin Bakı şəhəri Suraxanı rayon icra şöbəsi tərəfindən tam olaraq qanunsuz hərraca çıxarılaraq satılmasını eşidən kimi ürək tutmasından xx.xx.2023-cü il tarixdə dünyasını dəyişmişdir. Borclu isə çox güclü əsəb, mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun evinin qanunsuz olaraq satılması və bu barədə məlumat aldıqdan sonra anasının ürək tutmasından vəfat etməsi onun özünü sözün əsl mənasında çox çıxılmaz bir vəziyyətə salmışdır. Elə bil dünya başına fırlanırdı. Həmçinin, hərracın keçirilməsi sifariş olunmuş təşkilat və "xxxx" MMC tərəfindən də bir çox qanunsuzluqlar təşkil edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin çatdırılmasını sübut etmək üçün guya bildirişlərin Borclu nümayəndəsinə verilməsi görüntüsünü yaradaraq poçt xəbərnaməsinə poçtalyon tərəfindən tanımadığı və soyadı “Məmmədov” olan şəxsə imzaladıblar. Nəticədə "xxxx" MMC hərracda iştirak edən şəxslərdə ev sahibinə hərrac barədə məlumatın verilməsi görüntüsünü yaratmaqla evin qanunsuz olaraq satılmasını təmin etmişdir. Hər kəs evin qanunsuz olaraq hərraca çıxarılmasını, həmçinin ev sahibinin hərracın keçirilməsindən məlumatsız olmasını bilsə, həmin hərracda iştirak etməz və özünü lazımsız xərclərdən qoruyardı. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq insransiya məhkəmələrinin icraatında olarkən onun mülkiyyətində olan və hazırda ipoteka predmeti sayılan evə müştəri də tapılmışdı və ilkin olaraq evin alınması üçün 40000 (qırx min) manat beh alınmışdır. Belə ki, Borclu özü evini orta bazar qiymətinə 970000 (doqquz yüz yetmiş min) manata satmaq üçün razılaşmışdır. Lakin, evin qanunsuz olaraq hərracda satılması səbəbindən alqı-satqı baş tutmamış və Borclu aldığı 40000 manat beh əvəzinə 50000 manat pul qaytarmış, yəni Maraqlı şəxs icra məmurlarının, eləcə də hərrac təşkilatı olan "xxxx" MMC-nin hərəkətləri və "xxxx" MMC-nin işçilərinin özbaşınalığı səbəbindən Borclu durduğu yerdə 10000 (on min) manat maddi ziyan dəymişdir. Borclu ona məxsus evin qanunsuz satılması səbəbindən dəfələrlə Maraqlı şəxs rəisi İdris Həsənquliyevə şikayətlər etsə də, sonuncu özünə haqq qazandırmaq istəmiş və hər hansı bir tədbir görməmişdir. X4 vətəndaşa olan saymaz yanaşması səbəbindən Borclu özünü öldürmək həddinə çatmışdır. Son olaraq isə Borclu xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə gedib işin vəziyyəti barədə maraqlanmaq üçün İdris Həsənquliyevin qapısında üç saat gözlədildikdən sonra axırda söyülərək qapıdan qovulmuşdur.
3. Nəsimi Rayon Məhkəməsinin 8(006)-149/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Günay Abidova) ərizə qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006) 1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 3 (üç) ay möhlət verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Qərardaddan tələbkar tərəfindən şikayət verilmiş, həmin şikayət məhkəmənin 14 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006) 1939/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və xx.xx.2023-cü il tarixdə qətnamə qüvvəyə minmiş və icra edilmişdir. Xəzər Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e- 2(003)-305/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1939/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Borclu məxsus ünvan 2 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması barədə "xxxx" MMC-nin Hərracın Yekunları barədə 130 nömrəli protokol etibasız hesab edilmiş və həmin protokol əsasında "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Qanunvericiliyin tələbinə görə icra sənədinin icrasına möhlət verilməsi barədə ərizəyə baxılarkən, məhkəmə borclunun ilk növbədə əmlak vəziyyətini nəzərə almalı və müəyyən edilmiş hallardan asılı olaraq, qərar qəbul etməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1939/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən göründüyü kimi, Borclu Tələbkar BOKT ASC-yə olan 121500 manat borcu onun tərəfindən girov qoyulmuş ona məxsus bağ evinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına ödənilməlidir. Göründüyü kimi, Borclu əmlak vəziyyəti icra sənədinin icrasına təsir göstərmədiyindən, icra sənədinin icrasına möhlət verilməsinə əsas ola biləcək hallar da mövcud deyil, eyni zamanda icra sənədinin icrasına möhlət verilməsi barədə cavabdehin ərizəsində də bu barədə hər hansı tutarlı sübut da göstərilməmişdir. Qətnamənin çıxarılmasından 18 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdehin iddiaçıya olan borcu ödənilməmiş, iddiaçının maliyyə təşkilatı olmasını nəzərə alınsa, onun maliyyə itkiləri davam etməkdədir. Həm də keçirilən hərracın nəticələri etibarsız hesab edildiyindən cavabdehin borcunun ödənilməsi məqsədi ilə Tələbkar BOKT ASC-yə ödənilən vəsait geri qaytarılmalıdır.
8. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir.
9. Belə ki, işin faktiki hallarından görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi hesabına borcun ödənilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra icraatı çərçivəsində keçirilmiş təkrar hərrac nəticəsində ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən bağ evi digər bir şəxsə satılmışdır. Alqı-satqının nəticəsində müvafiq borc məbləği tələbkara verilmişdir. Lakin borclu hərrac protokolunu və hərrac nəticəsində bağlanmış müqaviləni mübahisələndirmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırda qanuni qüvvəsini alaraq icraya yönəldilmiş müvafiq qətnaməsi ilə hərrac protokolu və bağlanmış müqavilə etibarsız hesab edilmişdir.
10. Hazırda borclu Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsini; tələbkar isə borclunun tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclunun ərizəsinin qismən təmin edilməsi ədalətli olardı. Belə ki, iş materiallarından göründüyü kimi, hərracın nəticələri borclu tərəfindən mübahisələndirilmiş və hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin hərrac etibarsız hesab edilmişdir. Praktiki cəhətdən qiymətləndiriləndə demək olar ki, müvafiq icra şöbəsi tərəfindən yenidən hərrac keçirilməsi üçün sifariş verilməsi, həmin sifariş əsasında hərracın təşkil edilməsi və s. üçün müəyyən vaxt tələb olunur. Nəzərə almaq lazımdır ki, nəticələri məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş hərraca əsasən tələbkar borclunun ona olan borcu məbləğində pulu əldə etmiş və hələ geri qaytarmamışdır, belə olan halda ərizənin qismən təmin edilərək qətnamənin icrasına 3 ay müddətində möhlət verilməsini tələbkarın hüquqlarının pozulması kimi qiymətləndirmək olmaz. Göstərilənlərə əsasən və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, borcluya qətnaməni icra etmək üçün 3 ay möhlət verilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
12. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
13. Azərbaycan Respublikası MPM-nin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
14. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
15. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.
16. Hazırda da borclu tərəfindən icrasına möhlət verilməsi xahiş edilən qətnamə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə olmuşdur.
17. Bununla belə, birinci instansiya məhkəməsi aşkar prosessual pozuntuya yol verərək, ipoteka saxlayan - Tələbkar BOKT ASC-nin hər hansı bir razılığı olmadığı halda, ərizəni təmin etmişdir.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyindən, hazırda da ipoteka saxlayan - Tələbkar BOKT ASC-nin bu barədə razılığı olmadığından, ərizənin təmin edilməsi üçün əsaslar olmamışdır.
19. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, qərardad ləğv edilməli, borclunun qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
22. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı: Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 8(006)-149/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Borclu “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsi barədə” ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.