Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-261/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X3 məhkəməyə ərizə ilə müraciət edərək, ona məxsus "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.metr sahəsi olan 145 saylı mənzilin həbsdən azad olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-119/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 4849/2020 saylı qərardadı əsasında əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən şikayət ərizəsi və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edilərək, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və şikayətə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-119/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)- 119/2025 saylı qərardadından borclunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “buraxılmış müddətin bərpasına” dair ərizənin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-119/2025 saylı qərardadından borclunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan borclunun nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-119/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X11 və X7 təmir xərci qismində müştərək qaydada 595985 manat tutularaq X5 ödənilməsi, X4 “140 saylı mənzilin alınması üçün X8 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbi qismən təmin edilərək, X7 X4 xeyrinə 510 000 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə icra sənədi verilmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəindən ona məxsus, "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanda yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin hərracdan satışının təşkil olunması məqsədi ilə mənzilin satış qiymətinin müəyyən olunması üçün cavabdeh "xxxx" MMC-yə mənzilin qiymətləndirilməsi həvalə olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi” ilə mənzilin satış qiyməti 1.200.000 (bir milyon iki yüz min) manat müəyyən edilmişdir. Nəsimi rayon İcra şöbəsinin sifarişi ilə "xxxx" MTKnın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzil ilkin satış qiyməti 1.200.000 (bir milyon iki yüz min) manat olmaqla hərraca çıxarılmışdır. Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin müstəqil qaydada satışının həyata keçirilərək, borcun ödənilməsinə şəraitin yaradılmasının təmin olunması üçün mənzilin həbsdən azad olunmasını xahiş etmişdir. Belə ki, "xxxx" MMC-nin iş üzrə tələbkar X9 ilə sövdələşərək əmlakının real bazar qiymətini olduqca aşağı qiymətə dəyərləndirdikdə məcburiyyət qarşısında qalaraq əmlakının real dəyərinin müəyyən olunması üçün "xxxx" MMC ilə müqavilə bağlayaraq yuxarıda qeyd olunan əmlakın qiymətləndirilməsini sifariş etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024- cü il tarixli mütəxəssis rəyi ilə əmlakın real bazar qiyməti 1.704.000 (bir milyon yeddi yüz dörd min) manat dəyərində qiymətləndirildi. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən də əmlakın dəyəri müəyyən olunarkən cavabdeh tərəfindən istifadə olunmuş informasiya mənbələrindən istifadə olumuşdur. Lakin "xxxx" MMC qeyd edilən informasiya mənbələrindən oxşar mənzillərin qiymətlərini götürərək əlaqəli şəkildə təhlil etmiş, bir neçə mənzilin qiymətləri əsas götürülərək orta bazar qiyməti hesablanmış və aparılmış hesablamaların nəticəsində mənzilin bir kvadrat metrinin satış qiyməti müəyyən olunaraq ümumi qiyməti müəyyənləşdirilmişdir. Nəsimi rayon İcra şöbəsinə "xxxx" MMC tərəfinfdən tərtib edilmiş xx.xx.2024-cü il mütəxəssis rəyini təqdim edərək əmlakın hərracdan satışını "xxxx" MMC tərəfinfdən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində müəyyən olunmuş 1.704.000 (bir milyon yeddi yüz dörd min) manata təşkil olunmmasını və ya əmlakın satış qiymətinin məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişlər. Lakin Nəsimi rayon İcra şöbəsi əsassız olaraq əmlakın hərracdan satış qiymətini "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi”ndə göstərilən 1.200.000 (bir milyon iki yüz min) manat təklif etmişdir. Ərizədə göstərildiyi kimi, qeyd edilən ünvanda ona məxsus eyni sahədən ibarət 140 və 145 nömrəli iki mənzil olmuşdur. 140 nömrəli mənzil hazırki iş üzrə tələbkar tərəfindən “xüsusi üsulla” bacısı oğlu və biznes şəriki olan X12 adına rəsmiləşdirilməklə ələ keçirilmişdir. Hazırda həmin mənzilin dəyərinin ona ödənilməsi tələbi ilə hazırki iş üzrə tələbkarın bacısı oğlu və biznes şəriki X14 qarşı iddia qaldırmışdır. Məlumat üçün qeyd edir ki, həmin məhkəmə çəkişməsi zamanı mənzili guya 900.000 (doqquz yüz min) manat aldıqlarını bildirirdilər. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 11 mart 2025-ci il tarixli ekspert rəyi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanda yerləşən “X10” yaşayış kompleksində təmirli mənzillərin bir kvadrat metrinin hazırki vaxta orta bazar qiyməti 5826,00 manat müəyyən edilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Nəsimi rayon İcra şöbəsinin qeyd edilən əmlakın 1.200.000 (bir milyon iki yüz min) manata hərraca çıxarılması ilə bağlı hərəkətlərindən verdiyi şikayət Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın icraatında araşdırılmış və 8(006)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardı ilə əmlakın həbsdən azad olunması barədə ərizəsi təmin edilməmişdir. Qeyd etdiyi kimi, Nəsmi rayon İcra Şöbəsinin hərəkətlərindən verdiyi şikayət icraata götürülərək əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın icraatında araşdırılmış və 8(006)-68/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadla əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edildiyindən Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardından tərəfindən şikayət verilməmişdir ki, əmlakın real bazar qiyməti məhkəmə qaydasında müəyyən olunduqdan sonra əmlakın hərracdan satışı həyata keçiriləcəkdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər. Lakin Nəsimi rayon İcra şöbəsi üzərinə həbs qoyulmuş əmlakın qanunsuz olaraq 1.200.000 (bir milyon iki yüz min) manata hərrac yolu ilə satılmasını davam etdirmək istədikdə Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardından şikayət vermək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-119/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-119/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. «X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-m 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxmasın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, borclu tərəfin məhkəməyə müraciəti əsasında ünvan 1 ünvanında yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.metr sahəsi olan 145 saylı mənzilin üzərində olan həbsin götürülməsi məsələsinə baxılmışdır. Məhkəmə ərizəni araşdırıb, həbsin götürülməsi üçün əsas müəyyən etmədiyinə görə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin qərardadı 02 aprel 2025-ci il tarixdə həm tələbkar, həm də borclunun nümayəndəsi və vəkillərinin elektron məhkəmə informasiya sistemində yaradılmış kabinetlərinə yerləşdirilmişdir ki, bununla da qərardaddan şikayət vermə müddətinin axımı başlanmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etmiş olduğu qərardadı tərəflərin (nümayəndə və vəkillərinin) kabinetinə yerləşdirməklə, məhkəmə sənədini rəsmi qaydada təqdim etmiş, lakin şikayət verən tərəf prosessual hüququndan vaxtında istifadə etmədiyi üçün, başqa sözlə şikayəti 10 günlük müddət ərzində 12 aprel 2025-ci il tarixədək verməli olduğu halda, 21 aprel 2025-ci il tarixdə müraciət etmişdir. Hazırki halda isə X1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətdə buraxılmış prosessual müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün hər hansı məqama rast gəlinmədiyindən şikayətin təmin edilməsi mümkün hesab edilmir. Buna görə də kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Belə ki, borclunun nümayəndəsi və vəkili Vəkil2 istinad etdiyi hallarda prosessual müddətin ötürülməsinin üzürlü hesab olunması üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-261/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-261/2025
10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver