Məhkəmə qərarları › İş №8(103)-263/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-263/2021

25.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-263/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-2049/2016 saylı işi üzrə 31.10.2016-cı il tarixli qərardadından borclu X4 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2049/2016 saylı işi üzrə 31.10.2016-cı il tarixli qərardadı 14.11.2016-cı il tarixində tərəfə göndərilmiş (səh.25-27), məktub borclu X2 apellyasiya şikayətində qeyd olunmuş ünvanına göndərilməsinə baxmayaraq bu ünvanda yaşamır qeydi ilə geri qayıtmış (səh.27), borclu X4 30.04.2021-ci il tarixində ərizə ilə müraciət edərək, məhkəmə qərarının surətinin ona təqdim olunmasını xahiş etmiş (səh. 28), 07.05.2021-ci tarixdə aldığı qərardaddan (müddətin bərpasına dair ərizə vermədən) 08.05.2021-ci il tarixində şikayət vermiş (səh 33), birinci instansiya məhkəməsi tərəfindən isə qərardadın qanuni qüvvəsi üzrə prosessual müddətə, habelə şikayətin məzmun tələblərinə müvafiq onun qaytarılması məsələsinə qiymət verilməmiş. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi korrespondensiyanın göndərilməsi üzrə vəzifələrini yerinə yetirmiş və qərardadı ərizəçinin müraciətlərində qeyd etdiyi ünvana göndərmişdir. İş materiallarından görünür ki, borclunun özü tərəfindən 21.10.2016-cı il tarixdə məhkəməyə (borcun hissə-hissə ödənilməsi barədə) ünvanlanan ərizənin beş il ərzində məlumatsız olması və taleyi ilə maraqlanmaması müddətlərin ağlabatanlığı meyyarları ilə uyğunlaşmır və hüquqlardan sui-istifadəyə şərait yaradılmasına xidmət etdiyindən qanunvericiliyin buna yönəlik tətbiqi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər; Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-2049/2016 nömrəli mülki işi üzrə 31.10.2016-ci il tarixli qərardadından borclu X4 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar