Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-264/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Tələbkar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(004)- 302/2021 saylı qərardadından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Quliyev Borclu1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-247/2019 saylı, 20 fevral 2019cu il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu2 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 5 saylı evin, 69 və 70 saylı mənzilləri və Bakı şəhəri, S.Vurğun küçəsi, 6 saylı evin, 4 saylı mənzilinin 1 otağının (13 kv.m), Borclu2 məxsus “Vaz 21063” markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin, Borclu1 adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin 2/1 hissəsinin, Borclu1 məxsus “Mercedes C220 CDİ” markalı, **-ST-*** qeydiyyat nişanlı, “Renault Kangoo” markalı ** GB *** qeydiyyat nişanlı, “X7 Prado” markalı, **-LX-*** qeydiyyat nişanlı, “VAZ 21154” markalı, **-FX-*** qeydiyyat nişanlı, “Logan Dacia" markalı, **-TK-*** qeydiyyat nişanlı “Hyundai Santafe” markalı, **-UJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin 8(004)-247/2019 saylı, 20.02.2019-cu il tarixli qərardadına əsasən əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-302/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək, borclular Borclu2 mülkiyyətində “VAZ 21063" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və Borclu1 mülkiyyətində olan “Mercedes C220 CDİ markalı, 90-ST639 dövlət qeydiyyat nişanlı, “Renault Kango” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21154" markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı və "Logan Dacia" markalı, 90- TK-965 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Tələbkar Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 8(004)-302/2021 №-li, 23 aprel 2021-ci il tarixli qərardadının dərhal ləğv edilməsini və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 8(004)-247/2019 №- li, 20 fevral 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərardad gələcəkdə onun iddiasının təmin olunacağı təqdirdə onun icrasını çətinləşdirə və ola bilsin ki, mümkünsüz edə bilsin.Ona görə də hesab edir ki, 23 aprel 2021-ci il tarixli qərardad ləğv edilməli avtomobillərin üzərlərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(004)-302/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarınna əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2947/2018 nömrəli, 25.04.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu1 və Borclu2 18 ədəd çemodanda olan xalçalar, 13 ədəd açıqda olan xalçalar, 7 ədəd əl işi suviner xalçalar, 1 ədəd “X3 xanımı ilə” portreti olan xalça, 1 ədəd "X4”in portreti olan xalça, 1 ədəd “ziya Məmmədov"un portreti olan xalça, 1 ədəd “Telman lsmayılov"un portreti olan xalça, 1 ədəd “Araz Ağalarov”un portreti olan xalça, cəmi 160.000 ABŞ dolları məbləğində olan xalçalar alınaraq iddiaçı Tələbkar verilməsi, Həmin xalçaların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olaraq 160.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada alınaraq iddiaçı Tələbkar verilməsi göstərilmişdir. İş materiallarınna əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 8(004)- 247/2019 saylı, 20.02.2019-cu il tarixli qərardadının surətindən məlum olur ki, Borclu1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimat təmin olunaraq, Borclu2 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 5 saylı evin, 69 və 70 saylı mənzilləri və Bakı şəhəri, S.Vurğun küçəsi, 6 saylı evin, 4 saylı mənzilinin 1 otağının (13 kv.m) üzərinə həbs qoyulması; Borclu2 məxsus “Vaz 21063" markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, Borclu1 adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin 2/1 hissəsinin üzərinə həbs qoyulması, Borclu1 məxsus “Mercedes C220 CDİ” markalı, 90-ST- 639 qeydiyyat nişanlı, “Renault Kangoo” markalı ** GB *** qeydiyyat nişanlı, “X7 Prado” markalı **-LX-*** qeydiyyat nişanlı, “VAZ 21154” markalı, 90-FX- 249 qeydiyyat nişanlı, “Logan Dacia" markalı, **-TK-*** qeydiyyat nişanlı “Hyundai Santafe” markalı **-UJ-***qeydiyyat nişanlı nəqliyyat vasitəsələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 169/2021 nömrəli 17.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdehlər Borclu1, Borclu2 və Yasamal Rayon İcra şöbəsinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Borclu1, Borclu2 müştərək qaydada 90 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş 21.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Apelyasiya Məhkəməsinin qərarına əsasən Borclu1 tərəfindən bir min səkkiz yüz manat pul Tələbkar ödənilmişdir. İş materiallarına əavə edilmiş 13.04.2021-ci il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2947/2018 nömrəli, 25.04.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar icra sənədi üzrə üzrə icraata xitam verilməsi barədə qeyd edilən qərarı mübahisələndirməsinə dair hər hansı dəlil-sübut göstərməmişdir. Avtomobillərin üzərinə həbsin qoyulması üçün əsas olan hal aradan qalxdığından (və yaxud belə hal olmadığından), icra sənədinin icrasının təmin olunması üçün görülən tədbir ləğv olunması barədə birinci instansiya mıəhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) aymüddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(004)-302/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-264/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-264/2021
10.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver