Məhkəmə qərarları › İş №8(103)-264/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-264/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-264/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 8(011)-478/2023 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul olunmasını və hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda inşa edilən binada 83 saylı deyil, 78 saylı ümumi sahəsi 141.5 kv.m olan mənzili alqı-satqı müqaviləsi əsasında X1 almış, xx.xx.2019-cu il tarixdə isə həmin mənzilə çıxarış verilmişdir, çıxarışda mənzilin ümumi sahəsi 130.5 kv.m göstərilmişdir, icra vərəqəsində digər cavabdeh isə "xxxx" MTKdır, icra məmuru həmin borclu ilə bağlı hər hansı tədbir görməmişdir, icra prosesi zamanı icra məmuru mülkiyyət hüququ tanınmış mənzilin Tələbkar aid olmasını Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin və Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-6501 saylı iddianın təmini tədbiri barədə qərardadının icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla əsaslandırır, icra məmuru icra işinin materiallarını, istinad etdiyi sənədləri dərindən öyrənməmişdir, icra məmuru xəbərdarlığa qoşma olaraq göndərdiyi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarından da məlumatsızdır, həmin qərarın 13-cü bəndində məhkəmə mənzilləri ümumi sahəsinə görə azdan çoxa görə aparmış və icra vərəqəsində Tələbkar sahiblik və istifadə hüququ tanınmış ümumi sahəsi 141,2 kv.m olan mənzili 82 saylı mənzil kimi qeyd olunmuşdur, ancaq icra məmuruna dəfələrlə bu barədə bildirilsə də, əhəmiyyət verməmişdir, həmçinin icra məmuru icra sənədində göstərilən 83 saylı mənzilin müəyyən edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, alınmış xx.xx.2022-ci il tarixli cavabda həmin mənzilin yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir, bundan başqa icra məmuru təkrarən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edərək icra edilməsi üçün DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə göndərmiş, sonuncu qeyd olunan blokun 13-cü mərtəbəsində liftdən çıxarkən soldan 1-ci mənzilin 78 saylı olduğunu, 83 saylı mənzilin isə yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir, özü 78 saylı mənzilin vicdanlı alıcısı və sahibi olmuşdur, bütün bunlara baxmayaraq icra məmuru təkrarən qanunsuzluğa və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək xx.xx.2023-cü il tarixdə icra qurumunun rəhbəri Vüqar Qasımov tərəfindən təsdiq edilmiş borclunun məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir, lakin həmin qərarı ötən dövrdə ona təqdim etməmiş, qərarı xx.xx.2023-cü il tarixdə əldə etmişdir, icra məmuru onun həmin qərardan şikayət vermək hüququndan istifadə etməklə bağlı müddəti pozaraq xx.xx.2023cü il tarixdə Xətai rayon Məhkəməsinə təqdimat vermişdir, həmçinin qərar çoxsaylı xəbərdarlıqlara baxmayarq icra şöbəsinə gəlmədiyi ilə əsaslandırılmış, halbuki icra qurumu tərəfindən hazıradək ona heç bir rəsmi çağırış gəlməmiş və təyin edilmiş icra proseslərindən telefon vasitəsilə məlumat əldə etmiş, həmin proseslərdə nümayəndəsi (vəkil) onu təmsil etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-478/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ilə borclunun şikayəti təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Xətai Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə Tələbkar Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyinin qoyulması, Q.Muradovun həmin mənzildən çıxarılması qət edilmişdir ki, bu da icra sənədi üzrə borclu Q.Muradov barəsində icra hərəkətlərinin aparılmasını mümkün edir. Digər tərəfdən isə, icra işi ilə bağlı icra tədbirləri, habelə icra məmurunun çağırışına üzürsüz səbəbdən gəlməmiş borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmiş, hazırda da icra işi davam etdirilir, icra məmuru X.Məmmədovun əməlində (hərəkət və hərəkətsizliyində) şikayətin dəlilləri üzrə hər hansı bir pozuntu halları məhkəmə tərəfindən müəyyən edilmir. Belə olan halda, qanunvericiliyə əsasən, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra qurumuna çağırılma barədə bildirişlər könüllü icra olunmadığından və borclu icra məmurunun çağırışlarına məhəl qoymadığından, onun barəsində icra məmuru tərəfindən çıxarılmış məcburi gətirilmə barədə qərar qanuni və əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 78 saylı mənzillin əvvəllər Q.Muradova, həmin ünvandakı 83 saylı mənzilin isə Tələbkar məxsus olması, həmin mənzillərin fərqli mənzillər olması və 83 saylı mənzildə yerləşənlərin borclunun ailə üzvləri olmaları, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır və bundan sonra borclunun mülkiyyət hüququ ilə özünə məxsus olduğu mənzili satması, onun tələbkara məxsus fərqli mənzilində yaşadığı barədə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş halların aradan qaldırılmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, borclu Q.M.Muradovun şikayətinin dəlilləri icra hərəkətlərinin qanunsuz hesab edilməsi, habelə onun Xətai rayon icra şöbəsinə gətirilməsi barədə qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 8(011)-478/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar