Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-268/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Borclu X4, onun vəkili X1, Borclu vəkili və nümayəndəsi X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli 2(103)- 6370/2018 nömrəli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X2 hərəkətlərinin qanunsuz hesab edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadından borclu X6 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli 2(103)- 6370/2018 nömrəli icra sənədinə əsasən Borclu 19.214,25 manat, borclu X3 isə 3.241 manat pul tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X2 23.12.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.08.2018-ci il tarixli 2(103)-6370/2018 nömrəli icra sənədi üzrə 19.214,25 manat tələb Borclu mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsindəki 13b nömrəli evin 1 nömrəli mənzilinin 1/6 pay hissəsinin Tələbkar mülkiyyətinə verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi qərara alınmışdır. Borclu X6 şikayətlə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə tələbin Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528-ci məhəllədə yerləşən 13b saylı evin, 1 saylı mənzilinin 1/6 hissəsinin Tələbkar mülkiyyətinə verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmasına dair cavabdeh Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “üzərinə həbs qoyulmuş daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi haqqında” 23.12.2020-ci il tarixli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı ilə borclu X4 şikayəti təmin edilməmişdir. Həmin qərardaddan borclu X4 verdiyi şikayət məhkəmənin 19 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş apellyasiya baxışına təyin olunsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 01.06.2021-ci il tarixdə daxil olmuş məktubda, protokola qeydlər edilməsi barədə X6 tərəfindən ərizə verildiyi bildirilmiş və ərizəyə baxılması üçün işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, protokola qeydlər edilməsi barədə X4 ərizəsinə baxılması üçün iş apellyasiya baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iş apellyasiya baxışından çıxarılsın və protokola qeydlər edilməsi barədə X6 tərəfindən verilmiş ərizəyə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №8(103)-268/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-268/2021
10.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver