Məhkəmə qərarları › İş №8(103)-27/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-27/2021

03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-27/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar Mövlamov Allahverdi Murtuza oğlu şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə Bakıi şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və 2254 saylı icra işinin icra məmuru X1 icraatından alınaraq digər icra məmurunun icraatına verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Borclunun qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci tarixdə, borclu “xxxx” MMC tərəfindən isə xx.xx.2021-ci il tarixdə Məhkəməyə daxil ərizələrdə şikayətə onların iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icra məmuru X1 icraatında saxlanılmaqla icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(C05)-2254/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən. ünvan 1 ünvanda Mövlamov Allahverdi Murtuza oğluna məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 2 ünvanda "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh “xxxx" MMC-yə qadağan edilməsi qərara alınmışdır. Tələbkar Mövlamov Allahverdi Murtuza oğlu xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-2254/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədini üzrə icra işinin icra nəmuru X1 icraatından alaraq digər icra məmurunun icraatına verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şikayət üzrə ilk növbədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi məsələsinin həll edilməsi üçün icra məmuruna etiraz etmə proseduru yoxlanılmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icra məmuru Vüsal Şirinovun icraatına verilməklə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş borcluya təqdim edilmiş və məcburi icra hərəkətlərinin həyata keçirilməsinə başlanılmışdır. İcra qanunvericiliyinin müddəalarından göründüyü kimi, etiraz etmə məsələsi icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. Lakin icraat materiallarından və şikayətçinin izahatlarından müəyyən edilir ki, icra məmuruna etiraz icra hərəkətlərindən sonra edilmişdir. A.Mövlamovun şikayət ərizəsindəki digər tələbinə münasibətdə məhkəmə bildirir ki, 2254 saylı icra işinin icra məmuru X1 icraatından alınaraq digər icra məmurunun icraatına verilməsinə dair qərar qəbul edilməsi məsələsi məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 42.1. İcra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. Həmin qanunun, 42.2-ci maddəsinə əsasən, etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı məsələ ilə bağlı düzgün qənaətə gəldiyindən, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar Mövlamov Allahverdi Murtuza oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar