Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-27/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 8(004)-575/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1302/2017 saylı icra sənədi üzrə tələbkar X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” haqqında qərarın ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-575/2022 nömrəli qərardadı ilə X1 şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-1302/2017 saylı icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərar ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
3. Daha sonra maraqlarına toxunan şəxs qismində həmin işə cəlb edilmiş Maraqlı şəxs2 şikayətlə məhkəməyə müraciət etmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(004)- 575/2022 saylı qərardadı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli 8(004)-575/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs2 adından onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1.4cü maddəsinin tələblərinə riayət edilmədiyindən və həmin Məcəllənin 2 saylı əlavəsində müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır.
5. Daha sonra maraqlarına toxunan şəxs Maraqlı şəxs2 adından onun nümayəndəsi və vəkili Vəkil2 təkrarən xx.xx.2022-ci il tarixdə elektron formada şikayət verərək Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 8(004)-575/2022 saylı qərardadının ləğv edilməsi və X1 şikayətinin rədd edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir.
6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-575/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verildiyindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 adından onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)- 575/2022 nömrəli qərardadından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
7. Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə təkrarən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-575/2022 nömrəli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. O, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
8. Yasamal Rayon Məhkəməsinin 8(004)-575/2022 nömrəli, 13 dekabr 2022-ci il qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmişdir.
9. Həmin qərardaddan Maraqlı şəxs2 tərəfindən şikayət verilmişdir.
10. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-575/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərillmişdir .
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
13. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
14. Yasamal Rayon Məhkəməsinin 8(004)- 575/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 rəsmi qaydada elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Onun tərəfindən Maraqlı şəxs2 adından verilmiş ilkin şikayət prosessual müddətin sonuncu günündə, yəni xx.xx.2022-ci il tarixdə elektron kabinetdən məhkəməyə daxil olmuşdur. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə formaya uyğun tərtib olunmadığından şikayət geri qaytarılmışdır.
15. Təkrar şikayət xx.xx.2022-ci il tarixdə elektron kabinetdən məhkəməyə daxil olduqda isə artıq prosessual müddət ötürülmüşdür. Məhkəmə xx.xx.2022-ci il tarixli qərardadında prosessual müddətin ötürülməsi əsası ilə şikayəti geri qaytarmışdır.
16. Rayon məhkəməsi həmin qərardadlarda mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Eyni zamanda elektron kabinetə yerləşdirilən hər bir məhkəmə sənədi barədə tərəfə avtomatik olaraq məlumatın ötürülməsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təmin edilir.
18. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndində göstərilmişdir ki, Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.
19. Mülki Prosessual Məcəllənin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
20. Həmin məcəllənin 129.3-cu maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
21. Bu məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə isə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Kollegiya hesab edir ki, rayon məhkəməsi müddətin üzrsüz səbəbə görə ötürülməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
24. Beləliklə, Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, rayon məhkəmənin müddətin bərpa edilməsindən imtina edilməsi barədə 13 dekabr 2022ci il tarixli qərardadı qanuni və əsaslı, şikayətlərin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz.
25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 8(004)-575/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov