Məhkəmə qərarları › İş №8(103)-271/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-271/2020

05.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-271/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru X13, Tələbkar, nümayəndələri X12 və X7, Borclu X2 nümayəndəsi Nümayəndə qızının iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(009)-97/2020 saylı qərardadından borclu X8 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)-158/2010 saylı qətnaməsi ilə X4, X9 və X5 hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək, bazar günləri saat 11:00-dan 14:00-dək xx.xx.2004-cü il təvəllüdlü X10 ilə ünsiyyətdə olmalarının təmin edilməsi, X1 xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq xx.xx.2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X11 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədi xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmışdır. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru Tohid Nurlu sözügedən icra sənədi üzrə xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək borclu İ.Rüstəmovun aliment borcunun 38022,31 manat məbləğində müəyyən edilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Qərarda qeyd olunur ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 19578 №-li ekspert rəyinə əsasən Teymurova (Rüstəmova) Aygün Zahid qızına xx.xx.2010-cu il tarixdən başlayaraq xx xxxx 2018-ci il tarixədək ödənilməli aliment məbləği 38022,21 manat təşkil edir. X17 sonuncu qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Ərizəçi bildirmişdir ki, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tohid Nurlu qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında xx.xx.2010-cu il tarixdən bu günə kimi onun aliment öhdəlikləri üzrə etdiyi ödənişləri məlum olmayan səbəblərdən nəzərə almamışdır. Onun aliment öhdəlikləri üzrə borcu 2761 manat təşkil etdiyi halda, icra məmuru Tohid Nurlu xx.xx.2019-cu il tarixdə qəbul etdiyi qərarla xx.xx.2010-cu il tarixdən başlayaraq xx xxxx 2018-ci il tarixədək 38022,21 manat məbləğində aliment borcu hesablamışdır. Halbuki, Tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək borclunun xx.xx.2015-ci il tarixədək aliment borcunun olmadığını göstərmiş və xx.xx.2015-ci il tarixədək aliment tələb etməkdən yazılı formada imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(009)-97/2020 saylı qərardadı ilə borclu X2 ərizəsi əsassız olduğundan təmin edilməmişdir. X17 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və icra məmurunun qərarının ləğv edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad məhkəmə tərəfindən araşdırma aparılmadan qəbul edilmişdir. Aliment borcu icra məmurunun müəyyən etdiyi məbləğdən daha azdır. İcra məmurunun qərarının əsasını təşkil edən ekspert rəyi ziddiyyətlidir. Çünki ekspert rəyində İsgəndər Rüstəmovun bir sıra xərcləri də gəlir kimi qeyd edilmişdir. Borclunun “X23” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi dövrdəki aliment borcu ödənilməli olan məbləğdən çıxıldıqda, yəni 24997,09 manat – 22919 manat = 2078,09 manat borcu qalmışdır. Bundan sonra borclu 2017-ci ilin iyulnoyabr aylarında işləməmişdir. Həmin ildə uşaqlar üçün yaşayış minimumu aylıq 136,6 manat təşkil edir. Beləliklə, həmin dövr üçün 136,6 manat x 5 (ay) = 683 manat ödənilməlidir. 2017-ci ilin dekabr-2018-ci ilin aprel ayında İsgəndər Rüstəmov “xxxxxx” MMC-də işləmiş, aylıq qazancının ¼ hissəsi olan 175 manat alimenti hər ay ödəmişdir. Borclu 2018-ci ilin aprel ayından işdən azad olunmasına baxmayaraq, may və iyun ayları üçün 350 manat, 2018-ci ilin iyul-sentyabr aylarında hər ay 135 manat aliment ödəmişdir. Borclunun 2015-ci ilin oktyabr ayından 2018-ci ilin iyun ayına kimi 2761 manat borcu yaranmışdır. Məhkəmə borclunun “Riqli” şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi 2015-ci ilin sentyabr ayından 2017-ci ilin iyul ayına kimi dövrdə illik xalis gəlirinin xx xxxxxxxx 24997,09 manat təşkil etməsi barədə arayışı nəzərə almamışdır. Ekspert rəyində ödənilən aliment məbləği 55644 manat qeyd edildiyi halda, əslində 59644 manat aliment ödənilmişdir. Ekspert öz rəyində X2 iş yerindən onun hesabına köçürülən bütün pul vəsaitlərindən aliment hesablamışdır. Halbuki, hesaba köçürülən pul vəsaitlərindən bir qismi ezamiyyə xərcləri, təmsilçilik xərcləri və sair xərclər olmuşdur ki, həmin pul vəsaitlərindən “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2001-ci il tarixli 98 saylı Qərarının 5ci bəndinə əsasən aliment tutula bilməzdi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 8(009)-97/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İcra məmuru Tohid Nurlu bildirdi ki, icraatında olan aliment tələbinə dair icra işi üzrə aliment borcunun müəyyən edilməsi üçün sorğu verilmiş, məlum olmuşdur ki, X17un əmək haqqı daha yüksək məbləğdə olduğu halda, o uzun müddət alimenti hər ay 500 manat olmaqla ödəmişdir. Nəticədə, onun külli miqdarda aliment borcu yaranmışdır. Aliment borcunun ödənilməsini təmin etmək məqsədilə İsgəndər Rüstəmovun mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, təqdimata baxılarkən aliment borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertin rəyinə əsasən İsgəndər Rüstəmovun xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək aliment borcunun 38022,31 manat olması müəyyən edilmişdir. Buna görə də o, “İcra haqqında” Qanunun 85.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək aliment borcunun məbləği barədə xx.xx.2019-cu il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərarın ləğv olunması barədə X17un şikayəti əsassızdır. Tələbkar da məhkəmə iclasında şikayətin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(009)- 158/2010 saylı qətnaməsində X2 əmək haqqı 2000 manata yaxın qeyd olunduğuna görə, o uzun müddət borcludan hər ay 500 manat məbləğində aliment almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, İsgəndər Rüstəmovun aldığı əmək haqqı bundan xeyli çox olmuş, İsgəndər onu aldadaraq alimenti az ödəmişdir. Belə ki, İsgəndər Rüstəmov əmək haqqının kifayət qədər yüksək olduğunu bilə-bilə ona hər ay cəmi 500 manat aliment ödəmişdir. Hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Tələbkarın nümayəndələri Zahid Teymurov və Muxtar Mustafayev da şikayətin təmin edilməməsini xahiş etdilər. Muxtar Mustafayev izahatında həmçinin bildirdi ki, aliment borcunun tutulması üçün icra vərəqəsi X17un iş yerinə göndərilib aliment borcu mühasibatlıq vasitəsilə tutulmalı olduğu halda, onlara məlum olmayan səbəblərdən aliment borcunu İsgəndər Rüstəmov poçt və bank vasitəsilə ödəmiş, əmək haqqının yüksək olduğunu bilə-bilə tələbkara hər ay cəmi 500 manat məbləğində aliment ödəmişdir. xx.xx.2015-ci il tarixdə Səbail Rayon İcra Şöbəsi öz işini yüngülləşdirmək məqsədilə guya xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2015-ci il tarixədək yığılmış aliment borclarının tam şəkildə ödənilməsi, bu barədə İsgəndər Rüstəmova qarşı aliment borcu üzrə heç bir tələb və iddiasının olmaması barədə komyuterdə yazılmış hazır ərizəyə Tələbkar imza etdirmişlər. Ərizəyə imza edərkən Tələbkar yanılmışdır. Tələbkar İsgəndər Rüstəmovun əmək haqqının bundan iki dəfədən də çox olmasını bilsəydi, heç vaxt belə ərizəyə imza etməzdi. Buna görə də həmin ərizənin heç bir əhəmiyyəti yoxdur. Yığılmış aliment borcunun məbləğinə gəldikdə isə, bu barədə ekspert rəyi kifayət qədər əsaslandırılmışdır və yenidən ekspertiza keçirilməsinə zərurət yoxdur. Ekspert rəyindən də görünür ki, ekspert aliment borcunu hesablayarkən aliment ödəyən şəxsə çatası qazanc məbləğindən vergilər tutulduqdan sonra qalan məbləği nəzərə almışdır. Buna görə də hesab edir ki, icra məmuru aliment borcunun məbləği barədə düzgün qərar çıxarmış, həmin qərarın, habelə qeyd olunan qərarın qüvvədə saxlanılması barədə məhkəmə qərardadının ləğv edilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, borclunun şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(009)-97/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, İ.Rüstəmovun adına olan xx.xx.2010-xx.xx.2017-ci il tarixləri əhatə edən “Hesabdan çıxarış” ilə borclunun adına olan ******************** nömrəli bank hesabına 2.000-11.000 manat aralığında pul vəsaitləri daxil olmuşdur. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortalanmalar haqqında məlumat”a əsasən borclu İ.Rüstəmovun adına hesablanmış məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlər aşağıdakı kimi olmuşdur: 2010-cu il üzrə 2722,44- 5066,92 manat aralığında; 2011-ci il üzrə 2669,38-8890,29 manat aralığında; 2012-ci il üzrə 3203,39-5478,96 manat aralığında; 2013-cü il üzrə 3728,90-7537,82 manat aralığında; 2014-cü il üzrə 3014,72-4709,61 manat aralığında; 2015-ci il üzrə 5022,49- 12316,85 manat aralığında; 2016-cı il üzrə 5730,85-7162,62 manat aralığında. xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək Tələbkar adına daxil olmuş pul köçürmələri barədə cədvəldən görünür ki, borclu İ.Rüstəmov tərəfindən tələbkarın adına həyata keçirilmiş ödənişlərdən bəziləri, ərizə əsasında qaytarılmışdır. Borclu mübahisələndirilən illər üzrə aylıq gəlirləri barədə düzgün məlumat təqdim etməmişdir. Bu isə 2010-2015-ci illər üzrə aliment borcunun olmaması barədə Tələbkar ərizəsini əhəmiyyətsiz edir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, X8 1998-ci ildən 2017-ci ilədək “X23” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.2008-ci ildən xx.xx.2017-ci ilədək həmin nümayəndəliyin rəhbəri vəzifəsində işləmişdir. X2 aliment borcunun müəyyən edilməsi barədə məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 19578 saylı rəyi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ekspert tərəfindən rəy kifayət qədər əsaslandırılmışdır. Belə ki, ekspert tərəfindən aliment verən X2 xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək qazancının 374665,23 manat, ödəməli olduğu aliment məbləğinin 93666,30 manat (374665,23x25%), ödənilmiş alimentin 55644 manat olması nəzərə alınmaqla, ümumilikdə ödənilməli olan alimentin 38022,31 manat olması müəyyən olunmuşdur. Aliment məbləği hesablanarkən aliment ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınan məbləğ nəzərə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3, 106.4-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, borclu X8 “X23” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsində işləməklə ayda 4000 manatdan yuxarı məbləğdə əmək haqqı aldığı halda, Tələbkar hər ay cəmi 500 manat məbləğində aliment ödəmiş, aliment borcunu tam şəkildə ödəməkdən şüurlu şəkildə yayınmışdır. Halbuki, nümayəndəliyin rəhbəri kimi o, aliment borcunun nümayəndəliyin mühasibatlığı vasitəsilə ödənilməsini təmin edə bilərdi, lakin o, alimentin mühasibatlıq vasitəsilə ödənilməsində maraqlı olmamışdır. xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2015-ci il tarixədək yığılmış aliment borclarının tam şəkildə ödənilməsi, bu barədə İsgəndər Rüstəmova qarşı aliment borcu üzrə heç bir tələb və iddiasının olmaması barədə Tələbkar Səbail rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəyə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin ərizə yanılma nəticəsində verilmişdir və aliment tələbindən imtina kimi qiymətləndirilə bilməz. Aliment borcunun məbləği isə kifayət qədər əsaslandırılmış məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun qərarı əsaslı olduğundan birinci instansiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məhkəmə uşaqlarla bağlı qərar qəbul edərkən mütləq uşağın mənafeyini üstün tutmalıdır. Qərardaddan şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas vermir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(009)-97/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar