Məhkəmə qərarları › İş №8(103)-271/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-271/2021

14.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-271/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin təqdimatı üzrə, kreditor Tələbkar, Borclu və X5, X3 tərəfindən “avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-56/2016 saylı işi üzrə 26 aprel 2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-56/2016 saylı işi üzrə 26 aprel 2021-ci il tarixli qərardadı ilə X2 “Mercedes-Benz E220” minik markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-56/2016 saylı qərardadının ləğv edilməsinə və ona məxsus həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardadda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə istinadən qeyd edilmişdir ki, ** NP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 minik” markalı avtomobil mülkiyyət hüququ ilə Borclu adına qeydiyyata alınmış, bu hüquq barədə AB seriyalı, 670784 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Borclu adından etibarnamə əsasında hərəkət edən X13 Bakı şəhəri 31 saylı notariat kontorunda həmin avtomobilə dair X6 adına 23 yanvar 2015-ci il tarixli AR-İ seriyalı, 380278 nömrəli etibarnamə vermişdir. Etibarnamənin müddəti 47 il 3 ay 25 gün müddətinə, 18 may 2062ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi, sözügedən avtomobilə münasibətdə ərizə vermiş şəxs X1, subyektiv hüquqa malik şəxs deyildir. Sözügedən avtomobilin üzərinə həbs, məhz əmlak sahibi olan Borclu Tələbkar olan borcunun ödənilməsinin təminatı olaraq qoyulmuşdur və qeyd olunan borcun ödənilməsinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. X3 qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 8(007)-56/2016 saylı saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1 maddəsinə istinadən qeyd edilmişdir ki, istifadəsində olan ** NP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 minik” markalı avtomobilin mülkiyyətçisi Borclu qarşı “borc tələbi”nə dair iş üzrə iddiaçı X9 etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən ərizə ilə məhkəməyə müraciət edərək ** NP *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 minik” markalı avtomobilin üzərindən həbsin götürülməsinə və özgəninkiləşdirilməsi ilə bağlı hər-hansı əməliyyatların aparılmasına etiraz etmədiyini yazaraq bildirmişdir. O, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 8(007)-56/2016 saylı qərardan razı deyil. Hesab edir ki, həmin qərar hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qərardadı ilə X2 verdiyi şikayət təmin edilməmiş, Məhkəmənin 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, X2 şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 şikayəti müdafiə edərək, avtomobili etibarnamə ilə 2014-cü il tarixdə aldığını, amma öz adına indiyə kimi keçirə bilmədiyini, avtomobilə görə Nizami İcra Şöbəsinə müraciət etdiyini, orada ərizə yazdığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi, kreditor Tələbkar, Borclu və X5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 129; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20, 26, 43-50; MPM-nin 15, 236, 385.2, 387.1, 397.2 və 398.0.1-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin (məcburi icra hərəkətlərinə və onların qanuni əsaslarına aid olmayan) dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, tələbkarla razılığa gəlmə icra icraatına xitamı üçün əsas olduğu halda nəqliyyat vasitəsinə aid məcburiyyət tədbirləri ləğv edilə bilər. Ona görə ərizəçinin, maraqlı tərəflərin mənafelərinin və məhkəmə aktının icrası qaydasında qanunvericiliklə əhatə edilən tələblərə riayət etməklə, müvafiq müraciətlər etmək və ya sübutlar əsasında dəymiş zərəri tələb etmək kimi hüquqları vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-56/2016 saylı işi üzrə 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar