Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-271/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 8(001)-308/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar (ərizəçi) X10 “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-9956/2018 saylı qətnaməsi ilə Borclu xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə ayrı-ayrılıqda 246 manat, ümumilikdə isə 738 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 8(001)-308/2025 saylı qərardadı ilə tələbkar (ərizəçi) X5 ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9956/2018 saylı 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda həmin qərardaddan Borclu şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 8(001)-308/2025 nömrəli qərardadının ləğv edilərək ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-308/2025 nömrəli qərardadı ilə tələbkar X5 ona qarşı alimentin indeksasiya edilməsinə dair ərizəsi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9956/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuşdur. O, məhkəmənin qərarı ilə razı deyildr. Belə ki, o, məhkəməyə satıcı kimi işləyərək 500 manat əmək haqqı aldığını, himayəsində bu nikahdan olanlardan əlavə 5 uşağının olmasını, kirayədə yaşadığını, bunlardan başqa uşaqlarına da aliment ödədiyini, hazırda himayəsində xüsusi diqqətə ehtiyacı olan xəstə uşağının olduğunu, iki banka borcu olduğunu, təyin olunmuş aliment məbləğini ödəməyə kifayət qədər maddi imkanının olmadığını bildirsə də, məhkəmə tərəfindən bu hallara əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Lakin məhkəmə tərəfindən göstərmiş olduğu hallar, təyin olunmuş aliment məbləğini ödəməyə kifayət qədər maddi imkanının olmaması, uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması nəzərə alınmamışdır. Alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə kirayədə yaşadığını, öhdəsində digər şəxslərin (xəstə övladının olması və s.) olub-olmamasını araşdırmamış, təqdim etdiyi sənədlərə qiymət verməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməli olduğu halda iş üzrə müəyyən edilmiş həqiqi hallara qiymət verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli 8(001)-308/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9956/2018 saylı 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdeh Borclu qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2447/2018 saylı iş üzrə 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş alimentin məbləği, habelə eyni məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 üçün müəyyənləşdirilmiş alimentin məbləğinin artırılması və adı çəkilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay sabit pul məbləğində 130 manatın tutularaq X7 ödənilməsi qət edilmişdir. Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(103)- 9956/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 2025-ci ilin aprel ayı daxil olmaqla 2520 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1- ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X3 Rəsul Pənah oğlu ilə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X14 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9956/2018 saylı 13 sentyabr 2018ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Hazırki ərizə də alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2018-ci il sentyabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 8(001)-308/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli 8(001)-308/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-271/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-271/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver