Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-272/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, Tələbkar X2 nümayəndəsi X1, Borclu Rzayev Borclu iştirakı ilə, Nizami Rayon İcra və Probasiya şöbəsinin rəis müavini Ceyhun Mustafayevin 23 noyabr 2020-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarından borclu Rzayev Borclu tərərfindən verilmiş şikayətə dair iş üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadından borclu Rzayev Borclu oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Rzayev Borclu Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin 23 noyabr 2020-ci il tarixli “aliment borcunun hesablanması haqqında” qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 8(007)-17/2021 nömrəli qərardadı ilə, Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin “aliment borcunun hesablanması haqqında” 23 noyabr 2020-ci il tarixli qərarından borclu Rzayev Borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Borclu Rzayev Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-17/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilərək 23 noyabr 2020-ci il tarixli “aliment borcunun hesablanması haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin rəis müavini Ceyhun Mustafayevin 23 noyabr 2020-ci il tarixli "aliment borcunun yenidən hesablanması haqqında" qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdi. Məhkəmə iclasında izahat verərkən göstərmişdir ki. "Umutlar Çelik" şirkətində, "İdrak" qəzetində çalışmışdır. "xxxx" MMC-də ştatdan kənar işləmişdir. Hazırda isə Sabunçu rayon Kommunal Təsərrüfat İdarəsində işləyir. Məhkəmə tərəfindən onun "Umutlar Çelik" şirkətində işləməyi əsas götürülməklə gəlirlərinin 1/3 hissəsində və hər ay sabit pul məbləğində hər uşaq üçün 71 manat aliment təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası "Umutlar Çelik" şirkətində işləməyini, aylıq qazancımın 1/3 hissəsi miqdarında tutulan alimentin, həmin il üçün müəyyən olunan, yəni 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136,6 manat etmədiyindən, yaranan 71 manat fərq sabit pul məbləğirdə müəyyən edilmişdir. Sabit pul məbləği üzrə aliment tam ödəmişdir, aylıq qazancı üzrə hər ay üçün hər bir uşaq üçün də 65,6 manat müəyyən olunmalıdır. Göstərilənlərə baxmayaraq, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin rəis müavini Ceyhun Mustafayev yenə də bildirir ki, Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərardadı "iki başlıdır" - o orta əmək haqqını əsas götürərək alimenti hesablayacaq. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-17/2021 saylı iş üzrə 05 may 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Nizami İcra Şöbəsinə kollegiyanın iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra məmuru, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2.-ci madəsinə əsasən kollegiya işə icra məmurun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən borclu Rzayev Borclu, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, Nizami Rayon Məhkəməsinin 8(007)-17/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin 23 noyabr 2020-ci il tarixli “aliment borcunun hesablanması haqqında” qərarından borclu Rzayev Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, borclu Rzayev Borclu kollegiyanın iclasında aliment borcunun ödənilməsi barədə təqdim etdiyi çoxsaylı qəbzlərdəki pul məbləğləri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin “aliment borcunun hesablanması haqqında” 23 noyabr 2020-ci il tarixli qərarın aliment borcunun miqdarının hesablanması hissəsinə uyğunsuz olaraq ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı işə yenidən baxarkən tərəflərin iştirakı təmin edilməklə, icra işi tələb edilməli, göstərilən çatışmamazlıqlar aradan qaldırılmaqla şikayəti tam və hərtərəfli araşdırmalı, bütün hallarına hüquqi qiymət verilməklə, nəticəsindən aslı olaraq qanunamüvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu Rzayev Borclu şikayəti qismən təmin olunsun. Nizami Rayon Məhkəməsinin 8(007)-17/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin 23 noyabr 2020-ci il tarixli “aliment borcunun hesablanması haqqında” qərarından borclu Rzayev Borclu tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardadan kassasiya şikayəti verilə bimləz.
Məhkəmə qərarları › İş №8(103)-272/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-272/2021
17.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver