Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-273/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Borclu “icraatın dayandırılması və əmlakın həbsdən azad edilməsinə dair” ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü, yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəməyə təqdimatla müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Foton Forland” yük markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C 180” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Mirsubishi Pajero” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadı ilə təqdimatın təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2016/2021 saylı icra sənədi üzrə Borclu adına qeydiyyatda olan "Foton Forland” yük markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C 180” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı, **-FO- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadının ləğv edilməsi və əmlakın üzərinə həbs qoyulmasına dair Nəsimi rayon İcra şöbəsinin təqdimatının rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(103)- 114/2022 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-62/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Borclu “icraatın dayandırılması və əmlakın həbsdən azad edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə icraatın dayandırılması, əmlakın üzərinə həbs qoyulmasına dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadının ləğv edilməsi və ona məxsus əmlakların həbsdən azad edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadı ilə Borclu “icraatın dayandırılması və əmlakın həbsdən azad edilməsinə dair” ərizəsi baxılmadan geri qaytarılmışdır. Borclu tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki şikayət isə MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir. MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin, apellyator tərəfindən verilmiş şikayətin dəlilləri maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Belə olduğu təqdirdə isə, şikayət mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Belə olan halda, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu “icraatın dayandırılması və əmlakın həbsdən azad edilməsinə dair” ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 8(006)-62/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-273/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-273/2022
19.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver