Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-273/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-80/2024 saylı, 15 mart 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov ərizə ilə məhkəməyə müraciət edərək, tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu X3 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh Borclu Raffel oğlunun hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və bağ sahəsinin əvvəki vəziyyətə qaytarılmasına dair Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsini hansı qaydada icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilir ki, tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu X3 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh Borclu Rafel oğlunun hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunması və bağ sahəsinin əvvəki vəziyyətə qaytarılmasına dair Xəzər Rayon Məhkəməsinin 2(003)- 58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərara münasibət bildirmədiyi üçün xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcu Borclu ünvanına xəbərdarlıqlar göndərilməsinə baxmayaraq şöbəyə gəlməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilərək ünvanına göndərilmişdir. Borclu məcburi gətirilmə haqqında qərara münasibət bildirmədiyi üçün xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək icra olunması üçün xx.xx.2023-cü il tarxdə Xəzər RPİ-yə göndərilmişdir. Xəzər Rayon Polis İdarəsi tərəfindən borclunun məcburi gətirilməsi haqqında qərar icra edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək Xəzər RPİ-yə göndərilmiş və barəsində A/İ-12202/23 saylı axtarış işi açılmışdır. Torpaq sahəsinin dəqiq kordinatlarını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edlərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmlak Komitəsinin mütəxəssisin iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, 2198 saylı bağ evinin texniki pasportda göstərilmiş baş plandakı konfiqurasiya ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq mövcuddur. Faktiki hasar daxili torpaq sahəsi 2630.0 kv.m. təşkil edir. Bunun 114 kv.m. torpaq sahəsi artıq torpaq sahəsidir. Mülkiyyətdə olan sahənin 40 kv.m. hissəsi hasardan kənarlaşdırılaraq yola daxil olmuşdur. İcra tədbriləri zamanı müəyyən edilmişdir ki, bağın qarşısında olan tikililərdən başqa borclular tərəfindən xeyli sayda ağaclar əkilmişdir. İcra sənədində X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu X3 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə sökülərək bağa hansı istiqamətdən girişin bərpa olunması dəqiq göstərilməmişdir. İcra zamanı tələbkar R.Seydizadə bağın əsas yol tərəfdən borclular tərəfindən çıxarılan qapının yerinə bərpa edilərək həmin qapı istiqamətdə əsas yoldan bağa girişin bərpa edilməsini tələb edir. İcra zamanı çətinliklər yarandığından icra hərəkətlərinin hansı qaydada davam etdirilməsi üçün hakimin izahına ehtiyac vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-80/2024 saylı, 15 mart 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qənaətində göstərib ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsindən görünür ki, məhkəmə bu nəticəyə gələrkən müəyyən etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza əsasında ekspert tərəfindən verilmiş rəyə əsasən iddiaçının mübahisələndirdiyi mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyindən və ara məsafəsi saxlanılmadığından, cavabdeh Borclu tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh Borclu tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə manelər yaranmışdır. Ekpert rəyindən də görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Borclu tərəfindən aparılmış tikinti nəticəsində, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Borclu tərəfindən aparılmış tikinti nəticəsində, iddiaçı Tələbkar bağ sahəsindən istifadə olunmasına müəyyən dərəcədə maneə yaranması müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən iddiaçı Tələbkar mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Belə ki, məhkəmə qətnaməsində tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçının əvvəllər mövcud olan darvazasının sökülərək, mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşən və ara məsafəsi saxlanılmadan, cavabdeh (borclu) Borclu tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və Ttikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh (borclu) Borclu tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsinin təsviri, əsaslandırıcı və nəticə hissəsi aydın şəkildə göstərilmişdir. Ona görə də, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Yəni, məhkəmə mahiyyət etibarı ilə yalnız iddia ərizəsində irəli sürülmüş tələb üzrə işə baxmış və nəticəyə gəlmişdir. Belə olan halda, sözügedən qətnamənin izahına zərurət yoxdur və bu səbəbdən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Qərardaddan Borclu (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini və icra məmurunun müraciətinin təmin edilib izah verilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-80/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə icra məmurunun müraicətini təmin etməmiş, qətnaməyə izah verməsindən imtina etmiş, hesab etmişdir ki, qətanmə aydındır. Məhkəmənin mövqeyi maddi və prosessual normalara zidd olduğundan qərardad ləğv edilməli, qətanməyə izah verilməlidir. Məhkəmə qətnaməyə izah verməkdən imtina etməklə, bu zaman ekspertin rəyinə isdinad etməklə bir daha təsdiq etmişdir ki, qətnamə aydın deyil, izaha ehtiyac var. Qətnamədə sökülməli olan tikililərin konkret hansı tikili olması qeyd olunmur. Məhkəmə sökülməli olan mağaza tikilisi, kafenin daş tikili olmayan taxta otaqları və s. olmasını göstərməli idi. Bu səbəbdən icra məmuru özü müəyyən edə bilməz ki, tikililər dedikdə konkret hansı tikililər nəzərdə tutulur. Həmçinin məhkəmə tikilinin tam, yaxud müəyyən hissədə sökülməsini qət etməmişdir. Ona görə də icra məmuru ərazidə olan mağazanın hansı hissədə sökülməli olmasını, eləcə də mağazanın yanında olan kiçik tikilinin hansı hissədə, yaxud tam sökülməli olmasını öz mülahizəsi ilə müəyyən edə bilməz. Bu hərəkətlər edilərsə, qətnamədən kənara çıxma halı baş vermiş olar. İddiaçının bağ sahəsinin qarşısında yerləşən torpaq sahəsi cavabdehin istifadəsindədir. Həmin sahədə cavabdehə məxsus kafe fəaliyyət göstərir. Orada ağaclarla əhatə olunmuş taxta otaqlar mövcuddur. Qətnamədə həmin kafenin taxta otaqlarının sökülməsi və ağacların kəsilməsi də qət olunmamışdır. Bu səbəbdən də icra məmuru taxta otaqları sökə bilməz, həmçinin yaşıllıq sahəsi olan ağacları doğratdıra bilməz. Əgər taxta otaqlar sökülərsə, ağaclar kəsilərsə, bu hal da icra sənədindən kənara çıxma hesab olunacaq. Odur ki, qətnamə qeyri-müəyyəndir, icra vərəqəsinin hansı qaydada icra olunmasına dair izah verilməsinə ehtiyac yaranmışdır. Qətnamədə 1,23 metr söküntünün hansı istiqamətdə, yəni bağın qarşısında eninə və ya uzununa, yaxud hər iki istiqamətdə aparılmalı olması halları göstərilmədiyi üçün qətnamə qeyri-müəyyəndir, konkret və aydın deyil. Belə olan halda icra məmuru öz mülahizəsi ilə 1,23 metr məsafəni eninə, yaxud uzununa və ya hər iki istiqamətdə olmasını özü müəyyən edə bilməz. Qətnamədə sökülməli olan tikililərin konkret hansı tikililər olması da qeyd olunmayıb. Məhkəmə qətnamədə sökülməli olan tikilinin mağzasa tikilisi, kafe otaqları və s. olmasını göstərməli idi. Qətnamədə dəqiq göstərilməyən tikililərin tam və ya bir hissəsinin sökülməsi icra sənədindən kənara çıxma hesab olunur. Bu səbəblərdən qətnamə qeyri-müəyyəndir, qətnamənin icrasımümkün deyil. Məhkəmə “İcra haqqında” Qanunun 14.1-ci maddəsini pozmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-80/2024 saylı, 20 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin təsviri, əsaslandırıcı və nəticə hissəsi aydın şəkildə göstərilmişdir. Sadalanan xüsusatlara əsasən qərardad qanuni və əsaslıdır. Buna görə də həmin qərardadın ləğv edilməsinə dair şikayət təmin edilə bilməz. Odur ki, həmin qərardaddan verilmiş şikayət baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Qanunun 14.1-ci maddəsində icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etməlidir. İcra sənədində tələblər dəqiq və aydın göstərildiyindən həmin icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izah verilməsinə də hər hansı bir lüzum olmamışdır. İşə baxmış hakim izah barədə ərizəyə də baxaraq qətnaməyə izah verilməsinə ehtiyac və zərurət olmadığı qənaətinə gəlmişdir. Başqa sözlə işə baxmış hakim qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissəsinin aydın şəkildə göstərildiyini vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi də qeyd edir ki, qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq ondakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-80/2024 saylı, 15 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-80/2024 saylı, 15 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-273/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-273/2024
22.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver