Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-273/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilərək iddiaçı X3 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günləri saat 1200 -dan saat 1600 -dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yenil il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 12:00 -dan saat 16:00-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Qeyd olunan qərarla razı olmayan X4 xx.xx.2025-ci il tarixdə qərardan şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-247/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-247/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(010)-3358/2022 saylı iş üzrə xx.xx.2023-cü il tarixli, 11/575 №-li ekspert rəyi ilə bir daha qeyd edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 ataları Borclu bağlılıqları üzə çıxmaqla, anaları iddiaçı X3 bağlılıqları müəyyən olunmayıb, lakin məhkəmə bu halları aydınlaşdırmayıb. Bundan başqa uşaqların hansı gərginlik və psixoloji əziyyət çəkmələrini sübut edən videolar təqdim edilsə də, həmin videolara baxış keçirilməmişdir. Qeyd olunanlara əsasən qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxan; Rayon Məhkəməsinin 8(010)-247/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, ananın uşaqlarla ünsiyyətə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə qanuni qüvvəsini almışdır. İcra şöbəsi tərəfindən ananın azyaşlı övladları ilə görüşü təşkil olunsa da, uşaqlar öz anaları ilə görüşməkdən imtina etdiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı halda icra sənədinin məzmununu tələbkar X2 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günləri saat 12:00 -dan saat 16:00-dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yenil il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 12:00-dan saat 16:00-dək sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ təşkil edir və icra sənədi üzrə tərəflərin hüquq və vəzifələri azyaşlı uşaqların 18 yaşına çatanadək qüvvədə olacaqdır. İcra sənədi üzrə tələb uzun müddətli icra tələbidir, azyaşlı uşaqların anası ilə görüşünün təmin olunmasından ibarətdir ki, bu tələb tərəfləri borclu və tələbkar kimi uzun müddətli olaraq hüquq və vəzifələrlə yüklü etmişdir. Hazırda icra sənədinin geri qaytarılması ilə bağlı hüquq tələbkara məxsusdur. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra şöbəsi tərəfindən icra işi məhkəməyə təqdim olunsa da, həmin icra işinin materiallarında videoçəkilişlər mövcud olmamışdır. Hazırda iddiaçı tərəfindən qərardaddan şikayət verilsə də, şikayətdə yalnız tərəfin hüquqlarının pozulduğu qeyd olunaraq qərardadın ləğvi üçün yeni əsaslar göstərilməmişdir. Yəni hazırkı halda qərardadın ləğvi üçün əsaslar mövcud deyildir. Kollegiya hesab edir ki, azyaşlı uşaqların hazırda valideyni ilə görüşmək istəməməsi icra sənədinin geri qaytarılması üçün əsas hesab olunmadığından birinci instansiya məhkəməsinin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün yenidən icra şöbəsinə göndərilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 9.3.-cü maddəsinə əsasən icra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Məcəllənin 70.4.-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-273/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-273/2025
18.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver