Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-278/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Masallı Rayon Məhkəməsinin 1(050)-26/2021 saylı, 02 mart 2021-ci il tarixli icra sənədinə əsasən X3 4750 manat X4, 7798 manat X10, 870 manat X12, 590 manat X15, 2360 manat X5, 4875 manat X14 və 1600 manat X6 xeyrinə ödənilməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon icra şöbəsinin 08.04.2021ci il tarixli icraata başlamaq haqqında qərarın (icra məmuru Aslan Aslanbəyli) icrasına 1 il möhlət və ya hissə hissə hər ay 200 manat ödəməklə bağlı qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu Ü.Talıbova ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin 08.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından (icra məmuru Aslan Aslanbəyli) əsasən ondan 4750 manat X7, 7798 manat X10, 870 manat X12, 590 manat X15, 2360 manat X8, 4875 manat X11 və 1600 manat X6 xeyrinə ödənilməlidir. COVİD-19 pandemiyası ilə əlaqədar və digər problemlərlə bağlı qərarın icrasında onun üçün çətinlik yaranmışdır. Hal-hazırda qərarı icra etməyə heç bir imkanı yoxdur. Ona görə də məhkəmədən ərizənin təmin olunmasını, qərarın icrasına 1 il möhlət verilməsini və ya hissə hissə hər ay 200 manat ödəməklə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hər bir qərarı Azərbaycan Respublikasının adından çıxarılır. Onları icra etmək hər bir vətəndaşın borcudur. Özü ağır xəstədir, uzun müddət xəstəxanada müalicə olunmuşdur, tənha qadındır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə (hakim G.Babazadə, 8(004)-320/2021) X1 Masallı Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 1(050)-26/2021 saylı icra sənədinin hissə-hissə icra edilməsi və yaxud icrasına 1 il möhlət verilməsinə dair ərizəsi təmin olunmamışdır. Borclu Ü.Talıbova Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 8(004)-320/2021 nömrəli qərardadından 16.05.2021-ci il tarixdə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, maddi vəziyyəti çox ağırdır. Qətnaməni icra etməyə hal-hazırda imkanı yoxdur. Özü məktəb direktoru işləmiş, lakin sonradan çətin və ağır vəziyyətə düşmüşdür. Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 1(050)-26/2021 nömrəli 02.03.2021-ci il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 200 manat olmaqla hissə-hissə icra edilməsi və yaxud icrasına 1 il möhlət verilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcu hər ay 200 manat ödəməsi, tutulması qərara alınmış məbləğin (cəmi 22843 manat) 9 ilə yaxın müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə müvafiq ərizənin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, faktiki olaraq ödənilməli olan 22843 manat borcun hər ay hissə-hissə ödənilməklə icrası, icra sənədinin icrasının daha çox müddətdə uzadılması deməkdir. Bu hal tələbkarın mənafeyinə uyğun hesab edilə bilməz. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illər ərzində tam icra edilməməsi ədalətli məhkəmə araşdırmasını xəyali hüquqa çevirir. Həmçinin borclunun hər ay 200 manat ödəniş etmək niyyəti də öz təsdiqini tapmır, çünki icra sənədi icraya yönələn gündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, borclu tərəfindən ümumiyyətlə ödəniş edilməmişdir. Cavabdeh şifahi qaydada ödəniş etdiyini bildirsə də, bu hal təsdiq edilməmiş, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş icra məmuru da belə bir halın ona məlum olmadığını bildirmişdir. Bundan başqa, borclunun əmlak vəziyyətini səciyyələndirən sübutlar da iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutlar təqdim edilməmiş, ərizə əsaslandırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-278/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-278/2021
16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver