Məhkəmə qərarları › İş №8(103)-279/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-279/2021

18.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-279/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Borclu iştirakı ilə, icra sənədi üzrə Borclu Nəsimi Rayon İcra Şöbəsinin icra məmurunun qərarından şikayətə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru 26.02.2021-ci il tarixdə qərar qəbul edərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-538/2011 nömrəli iş üzrə verilmiş 08.02.2021-ci il tarixli icra sənədi üzrə icra icraatına başlayıb. İcra səndi üzrə borclu bu qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət verib. Nəsimi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin. Borclu bu qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, icra məmuru icra sənədini aldıqda onun 2 davranış imkanı olur: 1) üç gün müddətində icra sənədi üzrə icraata başlamaq; 2) üç gün müddətində icra sənədini qaytarmaq. İcra sənədi üzrə icraata başlamanın əsasları “İcra haqqında” Qanunun 8-ci maddəsində, icra sənədinin qaytarılmasının əsasları isə həmin Qanunun 9-cu maddəsində müəyyən olunub. Əgər icra sənədinin qaytarılması üçün əsas yoxdursa icra məmuru icra sənədi üzrə icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Hazırkı işdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməsi onu təsdiq edir ki, o, icra sənədinin qaytarılması üçün əsas müəyyən etməyib. Şikayətin dəlillərindən görünür ki, borclu icra sənədinin məzmununda göstərilən kredit müqaviləsinin tarixinə (16.02.2019-cu il tarixinə) istinad edərək bildirir ki, həmin tarixdə kredit müqaviləsi bağlanmayıb. Müəyyən olunur ki, icra sənədinin məmununda kredit müqaviləsinin tarixi “16.02.2009” əvəzinə səhvən “16.02.2019” yazılıb. Lakin bu hal borclunun hüququnu və ya qanuni mənafeyini pozmur. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar