Məhkəmə qərarları › İş №8(103)-279/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-279/2024

29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-279/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X8 ibarət tərkibdə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətinə baxılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-5/2024 nömrəli 06 iyun 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilməklə, xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsinin Borclu MMC-yə həvalə edilməsi qət edilmişdir. Lakin Fateh-N MMC-nin direktoru X13 qətnaməni bugünədək icra etməmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək dəfələrlə borclu X5 xəbərdarlıq edilərək qətnamənin icra edilməsi tələb olunmuşdur. Bütün bunlara baxmayaraq, borclu X13 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, onun icrasından qərəzli şəkildə yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X4 izahatından da görünür ki, o, xx.xx.2013-cü il tarixli 2(011)- 4232/2013 nömrəli icra vərəqəsindən məlumatlıdır, icra sənədində qeyd edilən yerin ona məxsus olması barədə də məlumatı var, lakin həmin qətnaməsinin icrasına yönəlmiş heç bir hərəkət etməmişdir. Artıq 10 ildir ki, məhkəmə qətnaməsi icra edilmədiyindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən xx.xx.2023-cü il tarixdə icrası mümkün olmayan icra sənədlərinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-5/2024 nömrəli 06 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Ərizəçi tərəfindən verilmiş şikayət məhkəmənin 20 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu etiraz ünvanlayaraq, şikayətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq X6 verilməsinin Borclu MMC-yə həvalə edilməsi qət edilmişdir. Borclu Fateh-N MMC-nin direktoru X4 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli izahatlarına əsasən, o, icra sənədindən xəbərdardır, lakin öz izahatında qeyd etmişdir ki, icra sənədində qeyd edilən 500 kv.m qeyri-yaşayış sahəsinin hamısının mülkiyyətçiləri var və həmin sahələrdə müxtəlif növ fəaliyyətlə məşğuldurlar, bu səbəbdən də həmin sahəni tələbkara təhvil vermək mümkünsüzdür. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli icra sənədinin icrası mümkün olmayan hesab edilmiş və icra sənədinin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 291 nömrəli xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Podratçı- Fateh-N MMC direktor X4 şəxsində, Sifarişçi- Maraqlı şəxs1dur. Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 2 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyriyaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 28,0 kv.m, müqavilənin qiyməti 22400 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 16 nömrəli xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Podratçı- Fateh-N MMC direktor X4 şəxsində, Sifarişçi- Maraqlı şəxs2dur. Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 2 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyriyaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 91,0 kv.m, müqavilənin qiyməti 136500 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Podratçı- Fateh-N MMC direktor X4 şəxsində, Sifarişçi- X10r. Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 2 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 55,0 kv.m, müqavilənin qiyməti 32970 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Podratçı- Fateh-N MMC direktor X4 şəxsində, Sifarişçi- Maraqlı şəxs3dur. Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 3 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 100 kv.m, müqavilənin qiyməti 90.000 manatdır. Çoxmənzilli yaşayış binasının tikintisi haqqında xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Podratçı- Fateh-N MMC direktor X4 şəxsində, Sifarişçi- Maraqlı şəxs5dur. Sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, Podratçı ünvan 2 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci korpusunda, 2-ci girişində 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin tikintisini öz öhdəsinə götürür. Qeyri-yaşayış sahəsinin sahəsi 185,0 kv.m, müqavilənin qiyməti 130000 manatdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli 2-1(82)- 1864/2017 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 saylı binanın 2-ci korpusunun 2-ci girişi 1-ci mərtəbəsində yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi və Bakı şəhəri Yasamal yaşayış massivi 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsi üzərində Maraqlı şəxs3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə həvalə edilmişdir. xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 26 ünvanında yerləşən ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs3 məxsusdur. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Maraqlı şəxs3 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 26 ünvanında yerləşən ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsini alıcı X11 70.000 manata satmışdır. xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında yerləşən ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X11 məxsusdur. xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs4 məxsusdur. xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.0 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs1 məxsusdur. xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 29.50 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Bagirova Zemfiraya məxsusdur. xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 83.30 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs2 məxsusdur. xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 53.70 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs2 məxsusdur. Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs5 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2012-ci il tarixli müqaviləsinə əsasən Podratçı Borclu MMC ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisini 130.000 manata öz öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən Maraqlı şəxs5 ünvan 9 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci girişində 1-ci mərtəbəsində ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini - 130.000 manatı tam ödəmişdir. Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs6 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2012-ci il tarixli müqaviləsinə əsasən Podratçı Borclu MMC ümumi sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisini 32970 manata öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 277 nömrəli maliyyə arayışına əsasən Maraqlı şəxs6 ünvan 9 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci girişində 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini tam ödəmişdir. xx.xx.2020-ci il tarixli 166 nömrəli maliyyə arayışına əsasən Maraqlı şəxs1 ünvan 9 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci girişində 1-ci mərtəbəsində ümumi sahəsi 28 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini tam ödəmişdir. xx.xx.2020-ci il tarixli 165 nömrəli maliyyə arayışına əsasən X7 ünvan 9 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci girişində 1-ci mərtəbəsində ümumi sahəsi 23 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini tam ödəmişdir. xx.xx.2022-ci il tarixli 276 nömrəli maliyyə arayışına əsasən Maraqlı şəxs2 ünvan 9 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci girişində 1-ci mərtəbəsində ümumi sahəsi 91 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini tam ödəmişdir. 15 yanvar 2024-cü il tarixli Yerli baxış protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa edilmiş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinə 15 yanvar 2024-cü il tarixdə saat 10:00-da baxış keçirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa edilmiş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsində 02 ədəd gözəllik salonu, 01 ədəd rəqs dərsləri üçün qeyri-yaşayış sahəsi, 03 ədəd boş və təmirsiz qeyri-yaşayış sahəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 3-16-16/2-10/1777 nömrəli 06 may 2024-cü il tarixli məhkəmə tikinti-texniki eskpertizasının rəyinə əsasən – Birinci sual üzrə- Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsində X6 təhvil verilməli olan, sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin mərtəbəsində yerləşdirildiyinin göstərildiyini, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasına dair tərtib edilmiş layihəyə əsasən 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 500 kv.m təşkil etdiyini, eləcə də baxış zamanı təqdim edilmiş qeyri-yaşayış sahəsinin texniki göstəricilərinin (ölçülərinin, planlı yerləşməsinin, ünvanının, sahəsinin) Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasına dair tərtib edilmiş layihəyə uyğun olduğunu nəzərə alaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4232/2013 nömrəli qətnaməsinə əsasən X6 təhvil verilməli olan sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. İkinci-səkkizinci suallar üzrə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2- ci girişinin 1-ci mərtəbəsində yerləşən, Maraqlı şəxs6 faktiki istifadəsində olan tikilinin ümumi sahəsinin 53.7 kv.m təşkil etdiyini, həmin tikilinin faktiki vəziyyətinin Maraqlı şəxs6 adına verilmiş çıxarışın və texniki pasportun məlumatları ilə üst-üstə düşdüyünü, eləcə də Maraqlı şəxs6 ilə Borclu MMC arasında bağlanmış 02 iyul 2012-ci il tarixli müqavilədə ona satılmış qeyriyaşayış sahəsinin Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Fateh-N” MMC tərəfindən inşa olunmuş yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşməsinin göstərildiyini nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 8 ünvanında yerləşən Maraqlı şəxs6 məxsus ümumi sahəsi 53.7 kv.m olan qeyriyaşayış sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Maraqlı şəxs1 faktiki istifadəsində olan tikilinin ümumi sahəsinin 28.0 kv.m təşkil etdiyini, həmin tikilinin faktiki vəziyyətinin Maraqlı şəxs1 adına verilmiş çıxarışın və texniki pasportun məlumatları ilə üst-üstə düşdüyünü, eləcə də Maraqlı şəxs1 ilə Borclu MMC arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli müqavilədə ona satılmış qeyri-yaşayış sahəsinin Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 2- ci korpusunun, 2-ci girişində 1-ci mərtəbəsində yerləşməsinin göstərildiyini nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 5 ünvanında yerləşən Maraqlı şəxs1 məxsus ümumi sahəsi 28.0 kv.m olan qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 7 ünvanında yerləşən Maraqlı şəxs2 məxsus ümumi sahəsi 83.3 kv.m olan qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ünvan 6 (Yeni qaydalarla: AZ1149, ünvan 4 ünvanında yerləşən Maraqlı şəxs4 məxsus ümumi sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 26 ünvanında yerləşən Maraqlı şəxs3 məxsus ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən Zemfira Bağırovaya məxsus ümumi sahəsi 29.50 kv.m olan qeyriyaşayış sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Doqquzuncu sual üzrə Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs1 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 291 nömrəli, xx.xx.2010-cu il tarixli müqavilədə nəzərdə tutulan 28 kv.m qeyri-yaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs1 və X18 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 10 nömrəli xx.xx.2010-cu il tarixli müqavilədə nəzərdə tutulan 50 kv.m qeyriyaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs2 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 16 nömrəli xx.xx.2009-cu il tarixli müqavilədə nəzərdə tutulan 91 kv.m qeyri-yaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs6 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 17 nömrəli xx.xx.2012-ci il tarixli müqavilədə nəzərdə tutulan 55 kv.m qeyriyaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs4 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2020-ci il tarixli 01 saylı müqavilədə nəzərdə tutulan 23 kv.m qeyri-yaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs3 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2011-ci il tarixli müqavilədə nəzərdə tutulan 100 kv.m qeyri-yaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi Maraqlı şəxs5 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2012-ci il tarixli müqavilədə nəzərdə tutulan 185 kv.m qeyri-yaşayış sahəsi, - Podratçı Borclu MMC ilə sifarişçi X15 arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” xx.xx.2014-cü il tarixli müqavilədə nəzərdə tutulan 30 kv.m qeyri-yaşayış sahəsi ilə Borclu MMC ilə X14 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqaviləsində nəzərdə tutulan ünvan 2 ünvanda olan yaşayış binasının 5(2)-ci korpusunun, 2-ci girişinin 1-ci mərtəbəsindəki 500,0 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Onuncu sual üzrə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 26 ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2) korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi ilə yuxarıda qeyd edilən çıxarışlara əsasən qeyri-yaşayış sahələrinin üst-üstə düşməyən sahənin olmadığı müəyyən edilmişdir. İddiaçı X14 cavabdehlər Borclu MMC-yə və Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs6, X16, X23, X19, X12 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddia tələbinə qarşı qarşılıqlı iddia verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1657/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. İcra məmurunun mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsindən boş qeyri-yaşayış sahəsi aşkar edilməmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 26 ünvanında Borclu MMC tərəfindən inşa olunmuş yaşayış binasının 2-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi ilə bağlı müxtəlif şəxslərin adına çıxarışlar mövcuddur və 185 kv.m qeyri-yaşayış sahəsi isə bir şəxsin adına xx.xx.2012-ci il tarixdə müvafiq müqavilə əsasında rəsmiləşdirilmişdir və hal-hazırda onun istifadəsindədir. Borclu MMC-nin rəhbəri izahatında hər hansı boş yerin olmadığını, bütün qeyri-yaşayış sahəsinin təsisçilərin qərarı əsasında satıldığını və icra sənədinin icrasının mümkün olmadığını bildirmişdir. Göründüyü kimi keçirilmiş ekspertiza nəticəsində təqdim edilmiş müqavilələrə əsasən başqa şəxslərə satılmış və istinad edilən Çıxarışlara əsasən müxtəlif şəxslərin adına qeydiyyata alınmış sahələrin tələbkara verilməli olan 500 kv.m qeyri-yaşayış sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. İcra məmurunun qərarından müəyyən olunur ki, tələbkarın tələb etdiyi 500 kv.m qeyri-yaşayış sahəsi müxtəlif şəxslərin mülkiyyətindədir, həmin şəxslər isə hazırki tələb üzrə cavab verməli olan şəxslər deyildir. Belə olan halda, icra məmurunun həmin mülkiyyətçilərdən icra sənədinin icrasını tələb edə bilməsi üçün hüquqi əsas müəyyən olunmur. İş materiallarından müəyyən edilir ki, iddiaçı X14 cavabdehlər Borclu MMC-yə və Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs6, X16, X23, X19, X12 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddia tələbinə qarşı qarşılıqlı iddia verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1657/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmçinin Məhkəmə kollegiyası həmin işə baxılana kimi hazırki iş üzrə icraatın dayandırılmasına zərurət görmür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, şikayəti təmin etməməkdə haqlı olmuş və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-5/2024 nömrəli 06 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar