Məhkəmə qərarları › İş №8(103)-28/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-28/2021

15.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-28/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Borclu "xxxx" MTK-nın rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 594/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Ramiz Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1363/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu "xxxx" MTK-nın rəhbəri xx.xx.1992-ci il tarixdə Şərur rayonunun Siyaqut kəndində anadan olmuş Bakı şəhəri, Binəqədı rayonu Rəsulzadə qəsəbəsində qeydiyyatda olan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1363/2020 nömrəli, xx.xx.2020-ci tarixli icra sənədinə əsasən borclu "xxxx" MənzılTikinti Kooperativindən 25240 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyən 100 manatın 50 manatı borcludan tutularaqdövlət nəfinə ödənilməlidir.İcra sənədi 29 09.2020-cı il tarixində şöbəsinin icraatına daxıl olmuş həmin tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sözügedən qərar və könüllü icra barədəbildiriş 30 09 2020-cı ıl tarixdə borclu huquai şəxsin rəhbəri Borcluoluna təqdim edilmiş, lakin icra sənədi könüllü icra müddətində icra edilməmişdir. “Elektron İcra" İnformasiya sistemindən alınmış məlumatdan borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlakın, qiymətli kağızların olmadığı, eyni zamanda "xxxx" MTK-nın fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Eyni zamanda "Elektron İcra İnformasiya sistemindən borclu xxxx MTK-nın rəhbəri Allahverdı Axundovun mütəmadi olaraq xarici ölkələrə səfərlər etdiyi icra sənədinin ıcrasını təmin etmədən xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə səfər etdiyi müəyyən edilmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclu xxxx"MTK-nın rəhbəri X1 ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-594/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, həmin qərardaddan Borclu verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini belə əsaslandırmışdır ki, o, Turkiyə Respublikasında olduğundan 25 240 manatı üzürlü səbəbdən ödəyə bilməmiş, bununla belə 12 000 manatı icra məmuru vasitəsilə tələbkara xx.xx.2020-ci il tarixdə ödənilmiş, xx.xx.2020-ci il tarixdə isə qalan 13 240 manat ödənilmişdir. Onun hazırda icra sənədi üzrə borcu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Kollegiya hesab edir ki, icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyən borclunun həmin icra sənədini tam icra edənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir icra məmurunun qanunla ona verilmiş səlahiyyət daxilində tətbiq etdiyi məcburi icra tədbirlərindən biridir. Hazırki işin hallarından görünür ki, icra məmuru icra sənədinin icrası üçün verilmiş könüllü icra müddəti ərzində borclunun borcunu ödəmədiyi, borclunun adına ona məxsus hər hansı dəyərli əmlak aşkar edilmədiyi əsasından icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmiş, rayon məhkəməsi verilən təqdimatın əsaslı olmaqla təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Hazırki şikayətində borclu icra sənədi üzrə ödəməli olduğu vəsaitin ödənildiyini əsas gətirərək ölkədən getmək hüququnun məhdudlaşmasına zərurət qalmadığını bildirərək qərardadın ləğvini mübahisələndirsə də, qeyd edilən dəlil hazırki qərardadın ləğvinə əsas vermir. Belə ki, icra məmuru icra sənədinin icrası üçün verilmiş könüllü icra müddəti ərzində borclunun borcunu ödəmədiyini bu əsasdan icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Göründüyü kimi borclunun ölkədən getmək hüququnun məhdudlaşması icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə tətbiq edildiyi halda, həmin məhdudlaşmanın götürülməsi isə birbaşa icra məmurunun qərarı ilə həyata keçirilir və məhdudlaşmaya əsas olmuş halın aradan qalxıb-qalxmamasına qiymət verilməsi də birbaşa icra məmurunun səlahiyyətinə aiddir. Hazırki halda borcu icra sənədi üzrə borcun ödənilməsi, bununla da ölkədən getmək hüququnun məhdudlaşmasının aradan götürülməsi ilə bağlı icra məmuruna müraciət edə və yalnız bundan sonra icra məmurunun həmin müraciətlə bağlı qəbul etdiyi qərar, hərəkət və hərəkətsizlikdən inzibati məhkəmə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ saxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Məhkəmə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-594/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Həsənov Rəşad

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar