Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-280/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), x12 və x4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Tələbkar LPO “xxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi x2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair 06 mart 2020-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadından x5 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2015-ci il tarixli 8(009)- 1746/2014 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 17 yanvar 2013-cü il tarixli 2(009)-58/2013 saylı icra sənədinin icrası ilə bağlı borclu x7 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçəsi 51 saylı evin 21 saylı mənzilinin üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. x5 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2013-cü il tarixli 2(009)-58/2013 saylı icra sənədinin icrası ilə əlaqədar borclu x10 ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçəsi 51 saylı evin 21 saylı mənzilinin üzərinə Səbail Rayon Məhkəməsinin 10 yanvar 2015-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadı ilə qoyulmuş həbsin ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, borclu keçmiş həyat yoldaşı x6 ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı olan məbləğ cəmi 40908 manat təşkil edir və həmin məbləğin ödənilməsi üçün üzərinə həbs qoyulmuş avtomobillərin və beton pompasının (ipoteka ilə yuklü edilərkən dəyəri 60000 manat qimətləndirilib) dəyəri tam kifayət edir. Bu səbəbdən də hesab edir ki, borclu x10 ilə birgə nikah vaxtı əldə etdikəri, onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçısi 51 saylı evin 21 saylı mənzilinin üzərinə qoyulmuş həbs məhkəmə qaydasında ləğv olunmalıdır. Göründüyü kimi icra sənədinin icrası ilə əlaqədar borclunun əmlakına həbs icra sənədinin icrası üçün lazım olan həcmdə və miqdarda qoyulmalıdır. Digər tərəfdən borclunun lazımı miqdarda pul vəsaiti olmadıqda qanunvericiliyə uyğun tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaklara yönəldilir. Borclu x10 ilə birgə nikah vaxtı əldə etdikləri, onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçəsi 51 saylı evin 21 saylı mənzili yeganə yaşayış yeri olduğundan qanunvericiliyə uyğun tələbin yönəldilə bilmədiyi əmlakdır, qanunla həmin əmlak üzərinə həbs qoyulmasına yol verilmir. Qeyd etdiklərinə və qanunun tələblərinə əsasən hesab edir ki, borclu ilə birgə nikah vaxtı əldə etdikləri yeganə yaşayış yerləri olan mübahisəli mənzilin üzərinə həbs qoyulması qanunsuzdur, məhkəmə qaydasında ləğv olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadı ilə borclunun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan borclu şikayət verərək qərardadın ləğv edilməsini, həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(006)-1746/2014 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş x5 məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. x5 məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadı x3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından göründüyü kimi iddiaçı x10 cavabdeh xxxxxxxxxxxxxx ASC-yə qarşı “cavabdehə olan 49808 manat borcunun ona məxsus olan Beton Pompası HBT-80 markalı texnika ilə əvəzləşdirilməsinə və borcunun ödənilməsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq qətnamənin qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 23 yanvar 2015-ci il tarixli, 2(011)-299/2015 saylı qətnaməsi ilə həmin iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı x10 “xxxxxxxxxxxxxx” ASC ilə ipoteka müqaviləsi bağlamasını, kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün mülkiyyətində olan Beton Pompası HBT-80 markalı texnikanı ipoteka ilə yüklü etməklə banka təminat verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında ipoteka müqaviləsi imzalansa da, həmin müqavilə notariat qaydasında təsdiq olunmamış, daşınar əmlakın ipotekası haqqında müqavilə dövlət qeydiyyatına alınmamış, HBT-80 markalı mühərrik nömrəsi 00820491 zavod nömrəsi 49018 olan Beton Pompası iddiaçının deyil, Xəlilov Hidayət Möhübbət oğlunun mülkiyyətində olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçəsi 51 saylı evin 21 saylı mənzilinin borclu x10 ilə birgə nikah vaxtı əldə etdiklərinə və onun mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçəsi 51 saylı evin 21 saylı mənzilinin yeganə yaşayış yeri olduğuna dair hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki apelyasiya instansiyasına təqdim etməmiş, eyni zamanda borclunun qeyd edilən əmlakı üzərinə həbs qoyularkən təqdimatla onun mülkiyyətində bir neçə əmlakın olduğu da müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayətində qoyduğu dəlillərin əsassız olmasına dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra icraatı çərçivəsində əmlak üzərinə qoyulmuş həbs iki qaydada götürülə bilər : 1) ümumi qaydada qərardaddan şikayət verilməklə, 2) həbsin qoyulmasına əsas olmuş zərurət aradan qalxdıqdan sonra borclunun ərizəsi əsasında. Əgər birinci halda həbsin götürülməsinin əsası kimi qəbul edilmiş qərardadın qanunsuz və ya əsassız olduğu çıxış edirsə, ikinci halda həbsin ləğvinin əsası kimi həbsin qoyulmasına əsas olmuş zərurətin aradan qalxması çıxış edir. Hazırkı vəziyyətdə Rəhiməxanım İmanova mənzilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2015-ci il tarixli, 8(009)-1746/2014 saylı qərardadından şikayət verməmiş, habelə həbsin qoyulmasına əsas olmuş zərurət aradan qalxmamış, yəni icra sənədi tam icra edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir əsas müəyyən edilmədiyindən ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadı x3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə x1 ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadından x1 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 8(009)-1746/2014 saylı qərardadı x3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-280/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-280/2020
16.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver