Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-281/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadından X8 Əliməmməd qızı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 Əliməmməd qızı məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4786/2019 saylı 24.05.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)301/2018 saylı, 06 mart 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilərək Əsgərova Nərgiz Əliməmməd qızının Əsgərov Ənvər Rüstəm oğlunun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi 144 saylı evin 13 saylı mənzilin ½ hisssəsində payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia qalan hissədə rədd edilməsi barədə qətnamə qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(103)-7680/18 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilərək, Əsgərov Ənvər Rüstəm oğlunun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X13 prospekti 144 saylı evin 13 saylı mənzilinin 1/3 hissəsinə Əsgərova Nərgiz Əliməmməd qızının payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı Əsgərov Ənvər Rüstəm oğlu tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Azərbaycan respublikası Ali Məhəkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı ilə Əsgərov Ənvər Rüstəm oğlunun kassasiya şikayəti tam Əsgərova Nərgiz Əliməmməd qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli 2(103)- 4786/19 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əsgərov Ənvər Rüstəm oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301/2018 saylı, 06 aprel 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və ilk iddia qismən təmin olunmuş, ilk iddia üzrə cavabdehlər Əsgərova Nərgiz Əliməmməd qızı və X6 Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski pr. 144 nömrəli evin 13 nömrəli mənzilindən çıxarılması, Əsgərova Nərgiz Əliməmməd qızının Əsgərov Ənvər Rüstəm oğluna qarşı mənzilin birgə mülkiyyət hesab edilməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli 2(103)- 4786/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə ehtiyacı vardır. Belə ki, onun azyaşlı uşaqları ilə çıxarılacağı məhz həmin mənzilə sərf edilən xərcin tutulması ilə X3 qarşı pul tələbi üzrə Suraxanı Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsi ilə iddianı təmin edilmişdir. Keçmiş həyat yoldaşı Əsgərov Ənvər Rüstəm oğlu uzun müddətdir ki Azərbaycandan köçmüşdür və xarici ölkədə yaşayır. Onun yaşamağa başqa yaşayış yeri yoxdur. Xəstəlik hazırda getdikcə artır. Onun 4 uşağı var, onlardan ikisi azyaşlıdır - 2 yaşlı və 9 aylıq uşaqları var. Bir övladı 16.06.2020- ci il təvəllüdlü qızı X2 xəstədir, ayağında əyrilik olduğundan əməliyyat olunmuşdur. Hazırda ayağı gipsdədir və bundan sonra 2 ay gipsdə saxlanılmalıdır. Bundan əlavə yaşağıdımmənzilin əsaslı təmirinə sərf etdiyim 32.800 manat Əsgərov Ənvər Rüstəm oğlundan tutulmuşdur. Həmin məbləğ ona ödənilmədən təmir etdirdiyi mənzildən çıxarılmağı ədalətsizlikdir. Məhkəmə qərarları qanuni olmaqla bərabər ədalətli olmalıdır. Hazırda əmlak vəziyyəti imkan vermir ki, özünə mənzil alsın. Qətnamənin icrasına keçmiş həyat yoldaşı Əsgərov Ənvər Rüstəm oğlu çıxarılacağı mənzilin təmirinə xərclədiyi vəsaiti Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən çıxarılacağı mənzilin təmirinə xərclədiyi vəsaiti ödəyənədək möhlət verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Aytən Novruzova). X8 Əliməmməd qızı məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301 /2018 saylı 06 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdiyev) ilk iddia rədd edilmiş,ilk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilərək Əsgərova Nərgiz Əliməmməd qızının X4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi 144 saylı evin 13 saylı mənzilin XA hisssəsində payı müəyyən edilməkhə mülkiyyət hüququnun tanınması .qarşılıqlı iddia qalan hissədə rədd edilməsi barədə qətnamə qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli 2( 103)-7680/2018 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilərək. X5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X13 prospekti 144 saylı evin 13 saylı mənzilinin 1/3 hissəsinə Əsgərova Nərgiz Əliməmməd qızının payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə iddiaçı Əsgərov Ənvər Rüstəm oğlu tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhəkəməsinin Mülki Kolegiyasının 10 yanvar 2019 -cu il tarixli qərarı ilə Əsgərov Ənvər Rüstəm oğlunun kassasİya şikayəti tam, Əsgərova Nərgiz Əliməmməd qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2019-cu i tarixli 2( 103)-4786/2019 savlı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əsgərov Ənvər Rüstəm oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-301/2018 saylı 06 aprel 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və ilk iddia qismən təmin olunmuş, ilk iddia üzrə cavabdehlər Əsgərova Nərgiz Əliməmməd qızı və X6 Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski pr. 144 nömrəli evin 13 nömrəli mənzilindən çıxarılması, X1 Əsgərov Ənvər Rüstəm oğluna qarşı mənzilin birgə mülkiyyət hesab edilməsi, payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.05.2019-cu il tarixli 2(103)-4786/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 26.05.2021-ci il qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, cra haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində qeyd edilir ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya işin hallaraına qeyd edilən hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, X8 Əliməmməd qızı məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4786/2019 saylı 24.05.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, ərizəçi icra sənədini icra edə bilməməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ərizəçinin ərizədə və şikayətdə qeyd etdiyi arqumentlər qətnamənin icrasına möhlət verilməsi üçün qanuni əsaslar hesab oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4786/2019 saylı 24.05.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri onun ləğvi üçün əsas deyildir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X8 Əliməmməd qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2021 saylı, 29.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-281/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-281/2021
25.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver