Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-283/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(011)-688/2022 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: X1 Xətai rayon İcra şöbəsinin övladı 31 yanvar 2017-ci il təvəllüdlü X8 ilə atası İddiaçıla həftənin şənbə günləri saat 10:00-dan 18:00 qədər sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi barədə icra sənədinin geri qaytarılmamasının qanunsuz hesab edilməsi, hazırkı icra işi ilə bağlı icra sənədinin qaytarılması barədə müvafiq qərar qəbul edilməsinin Xətai rayon İcra şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-688/2022 saylı, 08 avqust 2022-ci il tarixli qərardadı ilə X1nın şikayət ərizəsi təmin edilməmişdir. X1 həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmşdır ki, uşaq ağlayır və atası ilə görüşmək istəmir. Dəfələrlə icra şöbəsinə çağrılıb, uşağın psixikası pozulur. Nəticədə icra sənədi icra oluna bilmir. Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən icra sənədinin məhkəməyə qaytarılması üçün əsasların müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə icra sənədinin icrasının borclu tərəfindən təmin edilmədiyi barədə nəticəyə gəlmiş, bunun isə tələbkarın hüquqlarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirmişdir. Məhkəmə bu qənaətə gələrkən “İcra haqqında” Qanunun 2, 8.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(011)-688/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(011)-688/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-283/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-283/2022
14.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver