Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-283/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X5 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rahim Mustafayevin ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rahim Mustafayev ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon icra və Probasiya şöbəsinin icraatına 04 aprel 2022-ci il tarixdə daxil olmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X14 cavabdeh X2 yanında saxlanılmalıdır. xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu. oğlundan hər ay hər uşağa 200 manat olmaqla, cəmi 600 manat məbləğində aliment tutularaq X3 verilməli, alimentin tutulma vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi İsmayıllı rayon icra və probasiya şöbəsinin icraatına daxil olarkən X2 övladları xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X14 analarının himayəsində olmuş və icra vərəqəsi üzrə aliment borclunun əmək haqqından tutulmaqla yönəldilmişdir. 2024-ci ilin mart ayından Borclu övladları xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X10 anasının himayəsindən götürmüşdür. İcra vərəqəsinə əsasən birgə nikahdan anadan olmuş övladları anaları İsmayılova (Mövlayeva) Aysel Sadəddin qızının yanında saxlanılması nəzərdə tutulsa da, faktiki olaraq xx.xx.2017ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X14 ataları X8 yanında birgə yaşayırlar. İcra vərəqəsi üzrə tələbkar X1 rayon icra və probasiya şöbəsinə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən övladlarının Borclu alınaraq onun himayəsinə verilməsini xahiş etmişdir. Tələbkar X12 və X8 anası İsmayılova (Mövlayeva) Aysel Sadəddin qızına verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə Borclu barəsinə məcburi icra tədbirinin icra və probasiya şöbəsi tərəfindən həyata keçirib keçirməməsinə dair aydınlığın gətirilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Solmaz Ədilova) ərizə təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin “xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X8 cavabdeh X2 yanında saxlanılması” ilə bağlı hissəsinə aşağıdakı məzmunda izah verilməsi qərara alınmışdır: xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X8 himayəsi barədə tələb Borclu tərəfindən icra edilməli, həmin tələblərin icrası borclu tərəfindən könüllü qaydada icra edilmədikdə, icra məmuru xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X8 Borclu alınıb tələbkar X3 verilməsi barədə məcburi icra tədbirləri həyata keçirsin. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını, qətnaməyə izahla bağlı ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qərardaddan və məhkəmənin gəldiyi nəticədən də göründüyü kimi məhkəmə əslində Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə izah verməmiş, tərəflər arasında mövcud olan digər bir mübahisəni həll etmişdir. Belə ki, qanunun məzmunundan da məlum olduğu kimi qətnaməyə onun məzmununu dəyişmədən izah verilməsi mümkündür. Həmçinin o halda izah verilə bilər ki, qətnamə icra edilməsin. Lakin hazırkı halda qəbul edilmiş qərardad qanunvericiliyin qeyd olunan tələblərinin pozulması ilə qəbul edilməklə, əsaslandırılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Məhkəməyə X17 tərəfindən işə şifahi məhkəmə iclasında baxılması barədə vəsatət, X13 tərəfindən isə məhkəmə izahatı təqdim olunmuşdur. Kollegiya MPM-in 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Belə ki, MPM-in 230.1-ci maddəsinin dispozitiv şərtinə görə qətnamə onun məzmunu dəyişdirilmədən izah edilə bilər. Qətnamənin izah edilməsi yeni tələblərin təmin olunması ilə nəticələnə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi qətnaməyə izah verilməsi icra sənədində artıq öz əksini tapmış tələblərin onu icra edən şəxslər üçün aydın olmaması halında sırf onun dəqiqləşdirilməsi və daha anlaşılan formada ifadə olunması üçün təsbit edilmişdir. Bu vasitə ilə daha öncə qətnamə ilə baxılmayan və ya yeni ortaya çıxmış bir məsələyə qiymət verilməsi yolverilməzdir. Hazırki iş üzrə izah verilməsi xahiş olunan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X8 cavabdeh X2 yanında saxlanılmalı olması təsbit olunmuşdur. Sözü gedən icra vərəqəsindən görünür ki, onun məzmunu tam aydındır və izah olunmasına hər hansı zərurət yoxdur. Lakin bununla belə İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rahim Mustafayev tərəfindən qeyd olunan icra vərəqəsinin məzmunu və ya yazılış tərzi ilə əlaqəsi olmayan, tamamilə yeni bir mübahisə mövzusu olmaqla həmin icra vərəqəsinin borclu tərəfindən lazımi qaydada icra edilməməsi səbəbindən onun barəsində məcburi icra tədbirlərinin görülüb-görülməməsi ilə bağlı müraciət ünvanlanmışdır. Halbuki qeyd edilən məsələ “İcra haqqında” Azərbaycan Respublikasının qanununda ətraflı şəkildə öz əksini tapmış, hansı halların bu tədbirlərin görülməsinə əsas ola biləcəyi qeyd edilən aktda göstərilmişdir. Bu halda həmin məsələnin qanunvericiliyin tələblərinə zidd olaraq məhkəmə qarşısında qətnaməyə izah formasında qaldırılmasına hər hansı zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edlir ki, qətnaməyə izah verilməsinə dair prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməsi, ərizə rədd edilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-448/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə izah verilməsinə dair İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rahim Mustafayevin ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-283/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-283/2024
07.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver