Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-284/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, x7 və x1 ibarət tərkibdə Kərimova Aytən Nadir qızının katibliyi ilə, Tələbkar “xxxxxxxx” ASC-n nümayəndəsi x4, Borclu və vəkili x3 iştirakı ilə Yasamal rayon məhkəməsinin 8(004)-319/2020 saylı, 28 aprel 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsininicra məmuru Səvxan Abasov təqdimatla məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin 19.07.2018-ci il tarixli, 2(004)-3070/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “MERCEDES BENZ ML 350” minik markalı 10-OV550 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-319/2019 saylı, 28 aprel 2020-ci il tarixli qərardadına əsasən, icra məmurunun təqdimatı təmin edilərək, Borclu məxsus “MERCEDES BENZ ML 350” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması qərara alınmşıdr. 21 may 2020-ci il tarixdə borclu Kərimov x5 rayon məhkəməsinin 8(004)-319/2020 saylı, 28 aprel 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq icra məmurukollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikaytiəni müdafiə edərək təmin olumasını xahiş edən borclunun, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən tələbkarın nümayəndəsinin izahatlarını iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə 28 aprel 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yasamal rayon məhkəməsinin 19.07.2018-ci il tarixli, 2(004)-3070/2018 saylı icra sənədinə əsasən, Borclu 93216,12 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Borclu məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 122000 manat məbləğində müəyyən edilmişdir. Daha sonra Borclu məxsus ipoteka predmeti olan həmin əmlak “x2 Mərkəzinin” Y-236 saylı, 08.10.2019-cu il tarixli protokol ilə “xxxxxxxx” ASC tərəfindən 77775 manata alınmışdır. Qeyd olunan icra sənədi üzrə Borclu tərəfindən 15732,12 manat qalıq borc könüllü icra müddəti ərzində təmin edilməmişdir. “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə alınmış məlumatlardan görünür ki, Borclu mülkiyyətində “MERCEDES BENZ ML 350” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Borclu mülkiyyətində olan “MERCEDES BENZ ML 350” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs haqlı olaraq qoyulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə olan Yasamal rayon məhkəməsinin 8(004)-319/2020 saylı, 28 aprel 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-284/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-284/2020
18.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver