Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-284/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-102/2021 saylı işi üzrə 28.04.2021-ci il tarixli qərardadından Borclu MMC-nin rəhbəri X2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-102/2021 saylı işi üzrə 28.04.2021-ci il tarixli qərardadı 29.04.2021-cı il tarixində tərəflərə göndərilmiş (səh.13), 03.05.2021-ci il tarixində Borclu MMC xəbərnaməni imza etməklə qərardadı əldə etmiş (səh.15), 18.05.2021-ci il tarixində Borclu MMC-nin rəhbəri X2 tərəfindən qərardadın ləğv edilməsi barədə şikayət prossessual müddəti ötürülməklə verilmişdir. Bundan əlavə, şikayət vermiş tərəf Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-102/2021saylı işi üzrə 29.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini qeyd etsə də iş materiallarında qeyd olunan tarixli qərardad müəyyən edilməmişdir (səh.16-18). Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərardadın qanuni qüvvəsi üzrə prosessual müddətə, habelə şikayətin məzmun tələblərinə müvafiq onun qaytarılması məsələsinə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396 və 397-ci maddəsinə əsasən: Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər; Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məcəllənin 361.1.3 və 363.1.3-cü maddələrinə müvafiq: barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı apellyasiya şikayətində göstərilməli və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360-366, 395-398, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-102/2021 nömrəli mülki işi üzrə 28.04.2021-ci il tarixli qərardadından Borclu MMC-nin rəhbəri X2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-284/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-284/2021
01.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver