Məhkəmə qərarları › İş №8(103)-284/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-284/2023

11.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-284/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Borclu əmlakının üzərinə həbs qoyulmasına dair təqdimat ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8(004)-852/2014 nömrəli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 avqust 2012-ci il tarixli, 2(004)- 4136/2012 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Arzu Abdullayevin təqdimatına əsasən tələbin borclunun əmlakına yönəldilməsinin təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində “Mersedes Vita” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi 203a nömrəli evin 20-ci mənzilinin, Bakı şəhəri Nəsimi rayonu İ.İsmayılov küçəsi 58 nömrəli evin 4-cü (paylı) mənzilinin borcluya aid hissəsinin, Bakı şəhəri Aşağı Bulvar küçəsi 16 nömrəli fərdi yaşayış evinin və Samux rayonu Qaradağlı kəndində yerləşən 5,045 ha torpaq sahəsinin 1/7 hissəsinin üzərinə həbs barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2014-cü il tarixli, 8(004)- 852/2014 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir.

3. Maraqlı şəxs MMC qərardaddan şikayət verərək, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması hissəsində qismən ləğv edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8(004)- 852/2014 nömrəli şikayət təmin edilmişdir.

5. Tələbkar ASC bu qərardaddan şikayət verərək ləğv olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 8(004)- 852/2014 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Daha sonra Tələbkar ASC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, şikayətin geri qaytarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. İş materiallarından görünür ki, Tələbkar ASC mübahisələndirilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8(004)-852/2014 nömrəli qərardadından şikayət versə də, sonradan ərizə təqdim edərək, şikayətin geri qaytarılmasını xahiş etmişdir.

10. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin geri götürülməsi barədə ərizə mövcud olduğundan hazırkı işə apellyasiya qaydasında baxmaq üçün prosessual əsaslar da mövcud deyil. Ona gör də şikayət qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 8(004)- 852/2014 nömrəli qərardadından Tələbkar Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar