Məhkəmə qərarları › İş №8(103)-284/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-284/2024

12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-284/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətinə dair mülki iş üzrə Açar sözlər: icra məmurunun qərarının ləğv edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X15 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İcra məmurunun qərarının ləğv edilməsi barədə X1 şikayəti ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il il tarixli, e-8(005)-311/2024 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X3 məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət ilə müraciət edərək, Siyəzən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Fərhadlının icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında 20 may 2024-cü il tarixli qərarını ləğv edib, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(102)-770/2021 nömrəli qərarı ilə, 28 fevral 2014-cü il təvəllüdlü X12 və 19 mart 2015-ci il təvəllüdlü X7 X6 himayəsinə verilməsinə və eləcə də Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 nömrəli qətnaməsinə əsasən 28 fevral 2014-cü il təvəllüdlü X12 Borclu alınıb X8 verilməsi barədə icra vərəqəsinin Siyəzən rayon İcra və Probasiya şöbəsində icra edilməsi, qızı Əsnanın anası Gövhərdən alınıb X8 verilməsi, Siyəzən rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elnur Piriyev barəsində ciddi tədbir görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(005)-436/2020 nömrəli qətnaməsinə əsasən X6 ilkin iddia tələbi təmin edilmiş, Borclu qarşılıqlı iddia tələbi isə rədd edilərək, X11 ilə Borclu arasında 23 fevral 2013-cü il tarixdə Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsində 133 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28 fevral 2014-cü il təvəllüdlü X12 və 19 mart 2015-ci il təvəllüdlü X7 X6 yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(103)-4854/2020 nömrəli qətnaməsi ilə Borclu apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(005)-436/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021ci il tarixli, 2(102)-770/2021 nömrəli qərarı ilə Borclu kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4854/2020 nömrəli iş üzrə 17 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Siyəzən rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(059)-476/2023 nömrəli qətnaməsinə əsasən ərizəçi Borclu «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi»nə dair ərizəsi X6 razılığı və xəbəri olmadan bağlandığından 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunmuşdur. Həmin qətnamədən Borclu tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 11 sentyabr 2023-cü il tarixli, 2(105)-1763/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 2(059)-476/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyun 2022-ci il tarixli, 2(005)- 120/2022 nömrəli qətnaməsinə əsasən 28 fevral 2014-cü il təvəllüdlü X12 Borclu alınıb X8 verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi yazılaraq Borclu yaşadığı ünvan üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, icra vərəqəsi orada uzun müddət ərzində icra edilməmiş, sonradan Borclu Siyəzən şəhərində yaşaması ilə əlaqədar həmin icra vərəqəsi oraya göndərilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi orada da icra edilmədiyindən 04 iyul 2023-cü ildə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada müraciət edilərək qeyd etdiyi qətnamə üzrə icra vərəqəsinin yenidən icra edilməsi tələb olunmuş, lakin Siyəzən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmilə Babayeva 21 iyul 2023-cü ildə həmin icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra X11 həmin qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş və Nərimanov Rayon Məhkəməsi 28 avqust 2023-cü ildə qeyd etdiyi qərarı ləğv etmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(005)-120/2022 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul etmiş və həmin qərardad icra edilməsi üçün Siyəzən rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Lakin indiyə kimi həmin qərardad da icra edilməmiş, Əsna anası Gövhərdən alınıb X8 verilməmişdir. 20 may 2024-cü ildə Siyəzən rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural Fərhadlı həmin icra işi üzrə icra vərəqəsinin icrası mümkün olmayan icra sənədlərinin məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir. Qeyd etdiyi qərarı aşağıdakılara əsasən əsassız və qeyriqanuni hesab edir. Əvvəla həmin qərarda icra vərəqəsinin Siyəzən rayon məhkəməsi tərəfindən verilməsi göstərilir və icra sənədi də Siyəzən rayon məhkəməsinə qaytarılır. İcra sənədi icra edilərkən icra məmuru tərəfindən həyata keçirilən tədbirlərdən X6 xəbəri olmayıb və eləcə də iştirakı təmin olunmayıb. Buna görə uşağın X8 verilməsinin mümkün olmaması, eləcə də uşağın X11 ilə getməkdən imtina etməsi tamamilə əsassızdır. Siyəzən Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(059)-73/2023 nömrəli qərarında Borclu barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icra xitam verilmişdir. İcra məmuru həmin qərardan X11 tərəfindən şikayət verilməməsini əsas götürərək icra sənədinin məhkəməyə geri qaytarmışdır. Atasının səhhəti ilə əlaqədar vaxt çatdıra bilmədiyinə görə X11 həmin qərardan şikayət verə bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə təqdimat icra məmuru tərəfindən məhkəməyə təqdim edildiyinə görə həmin təqdimatın təmin edilməməsi barədə məhkəmə qərarından icra məmuru tərəfindən şikayət verilməli idi. Qeyd etdiyi qərardan 30 gün müddətində məhkəməyə şikayət verilməsinin qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq icra məmuru qərarda 10 gün müddət qeyd etmişdir. Borclu Əsnaya diqqət və qayğı göstərmir, buna görə də Əsnada müxtəlif xəstəliklər var. Əsna ilə X6 münasibəti bir ata kimi çox yaxşıdır. 2023-cü ilin noyabrın 06-da mən Siyəzən rayon İcra və Probasiya Şöbəsinə gedəndə Əsnanı Gövhərin yaşadığı evin yanında, yol qırağında baxımsız vəziyyətdə görmüş və yaxınlaşıb onu evə gətirdi. 0,14 gün X11 ilə Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27, ev 183 A-da qaldı və anasına geri getmək istəmədi. Lakin Nərimanov rayon icra Şöbəsinin icra məmuru Zaur Əlizadənin məcburi göstərişi ilə X11 20 noyabr 2023-cü ildə Əsnanın anası Gövhərlə görüşməsinə icazə verdi. Görüşdən sonra isə Gövhər Əsnanın yenidən Siyəzən rayonunda yaşadığı evə qaçırdı. Gövhər Əsnanın gözünə linza qoyur, dodağına pamada çəkir, göbəyi açıq vəziyyətdə tik-toka qoyur. Borclu uşaqla ünsiyyətdə olarkən onu qaçırdıqdan sonra X2 rayon İcra Şöbəsinə ərizə ilə müraciət etdim, həmin şöbə tərəfindən Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə müraciət olundu, lakin Borclu yaşayış yeri məlum olmadığından onun axtarışı barədə qərarın icrası mümkün olmadı. Bildirir ki, X4 ilə qaldığı müddətdə X11 onu həkim müayinəsindən keçirtdi, müayinə zamanı məlum oldu ki, onun mədəsinin altında vəz yaranıb və qida borusunda yara var. Bu barədə həkimlər resept yazdı, lakin G.Z.Nolvruzova onu qaçırdığına görə uşaq həmin dərmanları qəbul edə bilmədi. Borclu uşağa güclü psixoloji təsir edir və onda güclü psixoloji travma yaradıb. Eyni zamanda uşağı X8 qarşı mənfi ruhda tərbiyə edir. Siyəzən rayon İcra və Probasiya Şöbəsinin rəisi Elnur Piriyev isə bu işin icraatını uzadır, belə ki, o, uşağın X8 verilməsi ilə əlaqədar şəxsi maşınında video-çəkiliş aparmış, lakin həmin günü Borclu tərəfindən uşağın X5 zorla alınmasını nəzərə almamışdır. O, bu icra işi ilə əlaqədar məlumat verəndə də həmin video-çəkilişi göstərərək bu işin icra olunduğunu bildirir. Beləliklə, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(102)- 770/2021 nömrəli qərarı ilə 28 fevral 2014-cü il təvəllüdlü X12 və 19 mart 2015-ci il təvəllüdlü X7 X6 himayəsinə verilməsinə və eləcə də Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 nömrəli qətnaməsinə əsasən 28 fevral 2014-cü il təvəllüdlü X12 Borclu alınıb X8 verilməsinə baxmayaraq həmin qərar və qətnamə indiyə kimi icra edilməmiş, Borclu 28 fevral 2014-cü il təvəllüdlü X13 X8 verməmək üçün əsassız məhkəmə mübahisələrini indiyə kimi davam etdirmiş, X5 hüquq mühafizə orqanlarına əsassız şikayətlər etmişdir. Belə ki, Əsnanı döyməyi ilə əlaqədar Gövhərin Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə yazdığı ərizə öz təsdiqini tapmamışdır. 11 yanvar 2023-cü ildə Borclu ərizə ilə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək 10 gün müddətində Əsnanı mənə verəcəyinə söz verməsinə baxmayaraq həmin vədinə də əməl etməmişdir. Əlavə olaraq onu da qeyd edir ki, Borclu 2018-ci ilin iyun-iyul aylarında bir yerdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M. Arif küçəsi 27-də yerləşən 183 a saylı evdən X8, anası və bacısına məxsus qızıl-zinət əşyalarını, atasına məxsus 1500 manat məbləğində pulu oğurladığına görə o, Nərimanov rayon məhkəməsinin 05 fevral 2020-ci il tarixli 1(005)-70/2020 nömrəli hökmünə əsasən AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(005)- 311/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Tural Fərhadlının icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında 20 may 2024-cü il tarixli qərarı ləğv edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(005)-120/2022 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, “İcra haqqında” Azərbaycan Respublikası icrası mümkün olmayan icra sənədinin qaytarılmasına əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru icra sənədi üzrə tələbi icra etməədn icra sənədinin məhkəməyə qaytarılması barədə 20 may 2024-cü il tarixdə qərar qəbul etmiş, lakin icra vərəqəsinin icrasının mümkün olmaması kimi əsaslandırdığı hallar icra vərəqəsinin icrasız qaytarılmasına əsas olmamaqla, icra qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, icra məmuru 20 may 2024-cü il tarixli qərarı əsaslandırarkən, icra tədbirlərində həkim və hal şahidlərinin iştirakı ilə uşağın tələbkara verilməsi mümkün olmamış, uşaq atasına getməkdən qəti imtina etmişdir. Lakin tələbkar etiraz edərək bildirir ki, qeyd olunan icra tədbiri barədə ona məlumat verilməmiş, həmin tədbirlərdən xəbəri olmamışdır. Məhkəmə qeyd edir ki, təyin olunmuş məhkəmə barədə icra məmuruna məlumat verilsə də, hazırki şikayətə qərarını əsaslandırdığı hallarla bağlı yazılı etiraz təqdim etməmişdir. Halbuki icra məmuru görülmüş icra tədbirləri, o cümlədən uşağın atasına verilərkən onunla getməkdən imtina etməsini təsdiq edən müvafiq sübutları tələbkara təqdim etməli, o cümlədən 28 fevral 2014-cü il təvəllüdlü X12 qəti şəkildə atası ilə getməkdən imtina etməsi barədə müvafiq icra hərəkətlərinin aparılmasının video çəkilişini təqdim etməli, bununla da icra sənədinin icrası istiqamətində üzərinə düşən öhdəliklərini yerinə yetirdiyini, lakin icra sənədinin icrası mümkün olmadığını əsaslandırmalı idi. Göründüyü kimi, icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş zəruri olan bütün məcburi icra tədbirlərini yerinə yetirməmişdir. Nəticə etibarilə icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə borclunun mənafeyinə uyğun gəlmədiyindən onun haqlı şikayətinə səbəb olmuşdur.

5. Həmin qərardaddan Borclu şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(005)-311/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, şikayət verilən qərardadı 05 iyul 2024-cü il tarixində sifarişli poçt vasitəsi ilə almışdır. Aşağıda qeyd edilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, “icra məmuru 20 may 2024-cü il tarixli qərarı əsaslandırarkən, icra tədbirlərində uşaq atasına getməkdən qəti imtina etsə də, bu hal barədə tərtib edilmiş akt tələbkara təqdim edilməmiş və ümumiyyətlə tələbin icrası barəsində tədbirin keçirilməsi barədə tələbkara məlumat verilməmişdir və bu səbəbdən tələbkarın həmin tədbirlərdən xəbəri olmamışdır. Habelə Məhkəmə qeyd edir ki, “təyin olunmuş məhkəmə barədə icra məmuruna məlumat verilsə də, hazırki şikayətə qərarının əsaslandığı hallarla bağlı icra məmuru tərəfindən məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Halbuki icra məmuru görülmüş icra tədbirləri o cümlədən uşağın atasına verilərkən onunla getməkdən imtina etməsini təsdiq edən müvafiq sübutları tələbkara təqdim etməli, o cümlədən 28 fevral 2014-cü il təvəllüdlü X12 qəti şəkildə atası ilə getməkdən imtina etməsi barədə müvafiq icra hərəkətlərinin aparılmasının video çəkilişini təqdim etməli, bununla da icra sənədinin icrası istiqamətində üzərinə düşən öhdəliklərini yerinə yetirdiyini, lakin icra sənədinin icrası mümkün olmadığını əsaslandırmalı idi”. Habelə qətnamənin əsassız olması, Siyəzən rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qəbul etmiş 20 may 2024-cü il tarixli qərarının əsaslandığı tələb üzrə aşağıdakı qeyd edilən tarixlərdə aparılan icra hərəkətləri ilə təsdiq olunur. Borclu müvafiq olaraq 02 fevral 2023-cü il, 10 fevral 2023-cü il və 06 mart 2023-cü il, 13 aprel 2023-cü il və 12 may 2023cü il tarixlərində uşağı ataya təhvil verilməsi üçün şöbəyə gətirilmiş, lakin uşaq ataya getmək istəməmiş və bu hal Siyəzən rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanının yetkinlik yaşına çatmayanların işləri üzrə şöbənin əməkdaşı və psixoloqun rəylərinə əsasən uşağın ataya getmək istəmədiyinin uşağın öz fikrinin olduğunu və ona hər hansı təsir olmadığının müəyyən edilməsi haqqda tərtib edilən aktla təsdiq edilmişdir. Sonradan 07 iyun 2023-cü il tarixdə Borclu uşağı şöbəyə atasına təhvil verilməsi üçün gətirmiş və tələbkara tərəflərindən şərait yaradılaraq uşaq ona təhvil verilmiş, lakin o, uşaqla 2 saat vaxt keçirdikdən sonra anası Borclu geri qaytarmışdır. Bundan sonra tərəflərin qarşılıqlı razılaşmalarına əsasən icra tədbiri 12 iyun 2023-cü il tarixə təyin edilmiş və icra zamanı azyaşlı Əsna Novruzova atası İlqar Novruzova təhvil verilmişdir. Bu barədə tələbi icra edən orqan tərəfindən akt tərtib edilmişdir. Həmçinin tələbkar İlqar Novruzov 12 iyun 2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək uşağın ona verildiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra 21 iyul 2023-cü il tarixdə icra orqan tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(005)-120/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qəbul edilmiş qərarın ləğv edilməsi üçün tələbkar İ.Novruzov Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 dekabr 2023cü il tarixli, 8(005)-373/2023 nömrəli qərarı ilə 21 iyul 2023-cü il tarixdə icra orqanı qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərar ləğv edilmiş, icra sənədi yenidən icra olunması üçün 13 dekabr 2023-cü il tarixdə Siyəzən rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra 13 dekabr 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış və qərar icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş və Borclu 19 dekabr 2023-cü il tarixdə şöbəyə gətirilmiş və ona bildiriş təqdim edilərək, izahatı alınmışdır. Habelə yenidən İcra sənədinin icrası 16 fevral 2024-cü il tarixə təyin edilmiş, borclu uşaqla birgə həmin gün şöbəyə gəlmiş, habelə uşağı ataya təhvil verilməsi üçün, atada (tələbkarda) şöbəyə gətirmiş, lakin uşaq ataya yenidən getmək istəməmiş və bu zaman uşağın halı pisləşdiyindən icra orqanı əməkdaşları tərəfimizdən təcili tibbi yardım çağırılmış və biz uşaqla birlikdə Siyəzən rayon mərkəzi xəstəxanasına aparılmışdır. Habelə bundan sonra icra sənədinin icrası 05aprel 2024-cü il tarixə təyin edilmiş, icra mümkün olmadığına, yəni uşağın atasına (tələbkara) getmək istəmədiyini görən Siyəzən rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanının yetkinlik yaşına çatmayanların işləri üzrə şöbənin əməkdaşı və psixoloqun iştirakı ilə uşaqla müvafiq söhbət aparılmış və uşaq yenidən ataya getmək istəmədiyini bildirmişdir. Bu fakt, Siyəzən rayon İcra Hakimiyyətinin əməkdaşlarının rəyləri, habelə uşağın ataya getmək istəmədiyinin uşağın öz fikrinin olduğunu və ona hər hansı təsir olmadığını bildirməsi məzmunlu tərtib edilmiş aktla təsdiq edilir. Tələbin icrası ilə əlaqədar yuxarıda qeyd edilən məzmunda mükəmməl və ətraflı aparılan icra hərəkətlərinə baxmayaraq, ehtiyat tədbiri olaraq, icra orqanı tərəfindən tələbkarın əsassız şikayətlərindən özlərini sığortalamaq məqsədi ilə guya Borclu uşağın geri qaytarılması ilə bağlı icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini əsas gətirərək, barəsində 05 aprel 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(059)-73/2024 nömrəli qərarı ilə inzibati xəta haqqında başlanılmış iş üzrə icraata, əməlində tövsif olunmuş maddənin tərkibini yaradan inzibati xəta hadisəsi olmadığına ,yəni uşaq öz iradəsi ilə atasına tələbkara getmədiynə, başqa sözlə “borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra etməməsi halları öz təsdiqini tapmadığına” görə xitam verilmişdir. Bundan sonra uşağın, Borclu alınaraq tələbkar (atası) X8 verilməsi, yəni icra sənədini icra etmək mümkün olmadığına, habelə inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsinə dair Siyəzən rayon məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 3(059)-73/2024 nömrəli qərardadından şikayət verilmədiyindən və qərardad qanuni qüvvəsini aldığı nəzərə alınaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədi 20 may 2024-cü il tarixli qərarla icra olunmadan məhkəməyə qaytarılmışdır. Bununla da yuxarıda qeyd edilən tələb üzrə icra hərəkətlərindən məlum olur ki, icra hərəkətləri tələbkarın iddiasının əksinə onun yanında bilavasitə iştirakı ilə aparılmış və bəzən tələbkar hiyləgərlik edərək, sonra da icra tədbirində iştirak etməməsi haqqında iddiasını irəli sürmək məqsədi ilə çox vaxt uşağın ona getməməsi səbəbindən tələbin təmin edilməməsi barədə tərtib edilmiş aktlara imza etməkdən qəsdən imtina etmişdir. Beləliklə şikayətlə birlikdə məhkəməyə təqdim edilən tələb üzrə aparılan icra tədbirlərini müəyyən edən müxtəlif məzmunlu aktlarla, sənədlərlə, yazışma materialları, habelə 28 fevral 2014-cü il təvəllüdlü X12 qəti şəkildə atası ilə getməkdən imtina etməsi barədə müvafiq icra hərəkətlərinin aparılmasına dair video çəkilişlə və məhkəmə qərarı ilə təsdiq olunur ki, uşaq öz iradəsi ilə atasına - tələbkara getməmiş və buna baxmayaraq Siyəzən rayon İcra və Probasiya Şöbəsi məhkəmə qətnaməsinin məcburi icrasına qətiyyətlə çalışmış, habelə borclu barəsində guya “borclunun icradan boyun qaçırması,” əsası ilə barəsində inzibati protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Lakin işə baxan ədalətli Siyəzən rayon Məhkəməsi borclu tərəfindən” icra vərəqəsinin üzrsüz səbəbdən icra etməməsi halları öz təsdiqini tapmadığına görə haqqında başlanılmış inzibati xəta üzrə icraata xitam verilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2024-cü il il tarixli, e-8(005)- 311/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. “İcra haqqında” AR Qanunu: Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra tədbirlərini həyata keçirməlidir. Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.6. İcra edilmiş icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər Maddə 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarı: “...Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İş materiallarından görünür ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-cü il tarixli, 2(102)-770/2021 nömrəli qətnaməsi artıq qanuni qüvvəsini almış və 3 ildir ki, icraya yönəldilmişdir.

11. “İcra haqqında” AR Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir.

12. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, icra məmuru 20 may 2024-cü il tarixli qərarı əsaslandırarkən, icra tədbirlərində həkim və hal şahidlərinin iştirakı ilə uşağın tələbkara verilməsi mümkün olmamış, uşaq atasına getməkdən qəti imtina etmişdir. Lakin icra məmuru görülmüş icra tədbirləri, o cümlədən uşağın atasına verilərkən onunla getməkdən imtina etməsini təsdiq edən müvafiq sübutları tələbkara təqdim etməli, o cümlədən 28 fevral 2014-cü il təvəllüdlü X12 qəti şəkildə atası ilə getməkdən imtina etməsi barədə müvafiq icra hərəkətlərinin aparılmasının video çəkilişini təqdim etməli, bununla da icra sənədinin icrası istiqamətində üzərinə düşən öhdəliklərini yerinə yetirdiyini, lakin icra sənədinin icrası mümkün olmadığını əsaslandırmalı idi. Göründüyü kimi, icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş zəruri olan bütün məcburi icra tədbirlərini yerinə yetirməmişdir.

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il il tarixli, e-8(005)- 311/2024 nömrəli qərardadından Borclu verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il il tarixli, e-8(005)- 311/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar