Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-285/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi barədə X1nın ərizəsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs mütəxəssis dəvət olunması barədə 29 mart 2021-ci il tarixli qərarından şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadı ilə (hakim Mədinə Bağırova) şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından X1 şikayət vermiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, qanunverici qərardaddan verilmiş şikayətə ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutmuşdur. Lakin, Bakı şəhəri Səbail Rayon Məhkəməsi qərardadından verilmiş şikayətə münasibət bildirmədən onu baxılması üçün göndərmişdir. Belə olan halda, apellyasiya qeyri-mümkün hesab edilməli, iş qərardaddan verilmiş şikayətə MPM-nin 269-cu maddəsinə uyğun olaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi barədə X1nın ərizəsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin, mülki iş qərardaddan verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-285/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-285/2021
09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver